İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.47K photos
308 videos
2 files
777 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Günün rəqəmi.

Niderlandda uşaqların 69%-i məktəbə velosipedlə gedir.

#Niderland
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌳 İnsan yönümlü küçənin misalı.

Bu küçədə yalnız velosiped və tramvayların hərəkətinə icazə verilib. Yaşıllıq, sakitlik və sağlamlıq. Belə şəhərdə yaşamaq istəyərdiniz?

Əvvəllər bu küçə belə idi.

🇳🇱 Amsterdam.

#Niderland
Media is too big
VIEW IN TELEGRAM
⬆️ Rotterdamın küçələrinə baxın.

🚴‍♂️ Adətən biz deyirik ki, velosiped zolaqları şəbəkələşmiş şəkildə təşkil olunmalıdır ki, öncədən bir marşrut qurmaq mümkün olsun.

🇳🇱 Niderlandın Rotterdam şəhərinə isə baxanda burada velozolaqsız küçə tapmaq sanki mümkün deyil. Bu 2 dəqiqəlik videoya baxıb şəhərin nə dərəcədə əlçatan, baryersiz, tıxacsız və insan yönümlü olmasına heyran olmaq olar.

🚶 Velozolaqları qoyaq qırağa, bir dənə pandusu olmayan piyada keçidi video boyunca görməyəcəksiniz. Reallıqdan danışsaq, nəyinki Bakı, heç digər Avropa şəhərləri belə infrastrukturla fəxr edə bilmir.

💡 Sadəcə belə videolara baxıb rahat və mobilliyi yüksək olan şəhər necə ola bilər — gəlin özümüz baxaq, dost və tanışlarımız ilə paylaşaq.

☑️ "Bizdə mümkün deyil, maşın çoxdur" deyənlər üçün statistika: Rotterdam Niderlandın ən avtomobilləşmiş şəhəridir. Ümumi isə ölkədə 18 milyon əhali və 10 milyon avtomobil var. Yəni hər 10 nəfərə 5 avtomobil düşür (Azərbaycanda bu rəqəm 10 nəfərə 1,7-dir).

🔹 Video: instagram / modacitylife.

#Niderland