Forwarded from Apar 🚴
Gəlin növbəti dayanacağın yerini birlikdə müəyyənləşdirək😁
Sorğuda iştirak edib dayanacaqların harada olması ilə bağlı fikirlərinizi bölüşə bilərsiniz💚🚲
https://forms.cloud.microsoft/r/19whfFDDPR

❤14👏2
🚶🏻 Uzun illərdən sonra Xocalı parkının iki hissəsini birləşdirən kəsişmədə piyada keçidi təşkil edildi.
💬 İzləyici yazıb ki, müraciət edəndən sonra Xocalı prospektində piyada keçidi təşkil edildi.
🔸 Bu problemi hələ 2021-ci ildə işıqlandırmışdım.

👍56👏8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Bu video “Velozolaq olmasa da sürmək olurdu, istəyən sürər” arqumentinə yaxşı cavabdır.
🔹 Velozolaqlar məhz təhlükəsiz şəraitin yaradılması sayəsində mikromobillik istifadəsini stimullaşdırır.
🔸 Belə baxanda hər bir küçədə piyada gəzmək olur, amma səki olan yerdə axı siz özünü daha təhlükəsiz hiss edirsiniz.

💯49❤13👍9😢1
❓ Görəsən küçədə bu şəkildə təmir aparan insanlar öz evlərində də təmir edərkən yaxınlarına da bu cür əziyyət verirlər? Bu qədər hörmətsiz yanaşırlar? Valideynlər və uşaqlaranın həyatlarını təhlükəyə atırlar?
🚷 Niyə küçələri təmir edərkən insanlara hörmət sıfır səviyyəsindədir?
#səkilər

😢41👍8💩1
Forwarded from Apar 🚴
Hər kəsə salamlarrr
28 MAY Müstəqillik gününə özəl sizi Apar ilə velo yürüşə dəvət edirik.
Saat 11:00-da Ağ şəhərdən başlayan yürüş 1 saat davam edəcək və Milli Bank yaxınlığındakı Apar dayanacağında bitəcək.
Yürüş zamanı iştirakçılar üçün Apar velosipedləri ödənişsiz olacaq.
Aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz💚
https://forms.cloud.microsoft/r/6Mdu5FjuCx

❤22👍6👏2
💡 Detallar önəmlidir.
⠀
🔹 Hətta yol nişanlarını elə yerləşdirmək olar ki, onlar nə səkidəki piyadalara maneə olsun, nə də şəhər estetikanı pozsun.
⠀
🇩🇰Danimarka və 🇪🇸İspaniyadan nümunələr.

❤42💯6👍4
Forwarded from SALEH▪️NASIROV (Saleh Nasirov)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
NO TIXAC! NO PETROL! NO PARKING!
Nə yaxşı ki, bu velosiped zolaqları var. Təhlükəsiz və maneəsiz ünvana çatırsan.
Tıxac yox, petrol yox, parkinq yox.
Əla! Velosiped zolaqları çox, şəhərimiz müyəssər, əlçatan və eko-frendli olsun!
Amma bir problem var; Piyadaların bu zolaqlarla və maşınların döngə zamanı yan güzgülərə baxmayaraq hərəkət etməsi. Gözümün önündə iki skuter sürücüsü maşına çırpıldı. Bu da çox təhlükəlidir. Hesab edirəm buna görə sürücülər məsuliyyətə cəlb , cərimələr tədbiq olmalıdır! Şəhər avtomobillər üçün deyil, piyadalar, velosiped, skuter sürənlər üçündür ilk öncə.
Allah amanımda!

👍51💯5😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 28 May 1918-ci il tarixində yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin parlament binası Bakıda deyil, məhz Gəncədə yerləşmişdi.
⠀
Gəncə vloqumuzda bu bina haqqında ayrıca olaraq danışdıq.

❤47👍6
💬 Bakının tarixi kvartalları və binaların söküntüsü haqqında memar və dizayner Fəridə Kassumova yazır:
⠀
Mən ömrüm boyu Bakıda yaşamışam. Şəhərimizi müxtəlif tarixi dövrlərdə, fərqli simalarda görmüşəm və yadda saxlamışam. Mənim üçün qürurvericidir ki, mən bakılıyam. Baxmayaraq ki, mənim ulu babalarım təkcə Bakıdan yox, Azərbaycanın bölgələrindən, həmçinin qonşu Gürcüstan və Rusiyadan da olublar.
⠀
Dəfələrlə müxtəlif ölkələrdə olmuşam, möhtəşəm memarlıq nümunələrini, şəhərsalma zərifliyini və mükəmməl şəhər mühitlərini görmüşəm. Amma bizim Bakı kimi bir şəhər yoxdur – buna inanın. Orta əsr qalası, nə qədər cilalansa da, yerindədir, kapitalist dövrünün villaları, nə qədər “lagunda” ilə ovulsa da, hələ nəfəs alır, sovet memarlığının nəhəng konstruktivizm qalıqları, "stalinka" binaları, "xruşşovkalar", sovet modernizminə aid abidələr – çoxu baxımsız olsa da, hələ də qalıb, hələ yaşayır…
⠀
Mən artıq 41 ildir təhsil sistemində çalışıram, onun 25 ilini isə gözəllik, mədəniyyət, forma və funksionallıq, etika və tarix dərslərinə həsr etmişəm – memarlıq və dizayn öyrədirəm, neçə-neçə nəsilə. Gəncləri şəhərimizin tarixi ilə təkcə slaydlarla deyil, canlı şəkildə tanış etməyə çalışıram – onları Bakının ən maraqlı və dəyərli məkanlarına ekskursiyalara aparıram. Amma son illərdə bir çox tarixi məhəllələr məqsədli şəkildə və ictimaiyyətin fikri nəzərə alınmadan dağıdılır. Tarixi irs siyahısına salınmış memarlıq abidələri sökülür.
⠀
Biz gələcək nəsillərə nə göstərəcəyik? Bir-birindən fərqlənməyən, insana yad, anti-erqonomik və soyuq şüşə və betonu? Bəs bizim dar küçələrimizin iqlimə uyğun planlaşdırılmış o İtalyan həyətləri, memarlıq detallarının zənginliyi ilə dolu fasadlarımız, o bir daha təkrarlana bilməyəcək Bakı ruhu necə olsun?
⠀
Mən anlamıram – nəyə görə bizi və gələcək nəsilləri bu şəhərin tarixindən, gözəlliyindən, mədəniyyətindən məhrum edirlər? Axı bu dəyərlər bir millətin genetik yaddaşını təşkil edir.

❤37👍9😢7💯3
🚲 Velosipedlə şəhər küçələrində təkbaşına hərəkət edən uşaqlar.
⠀
🔹 Artıq Bakının velosiped zolaqlarında müstəqil şəkildə hərəkət edən 10-12 yaşında uşaqlara rast gəlmək olur. Urbanistikada belə bir prinsip var: əgər bir uşağı təkbaşına velozolaqlara rahatlıqla buraxa bilirsinizsə, deməli bu zolaqlar həqiqətən təhlükəsizdir.
⠀
🔸 Təbii ki, Bakıda tam əminliklə “uşaqları tək buraxmaq olar” demək tezdir. Kəsişmələr təhlükəsiz və nizamlanan olmalıdır, böyük velosiped şəbəkəsi yaradılmalıdır. Amma 4-5 il əvvəl belə mənzərəyə çətin rast gələrdik.
🔹 Gələcək nəsil üçün bu tam hüquqlu nəqliyyat vasitəsi olacaq.
⠀
#velosipedzolaqları

❤73👍7💯4
❓ Piyadalaşan küçələrin ardı gəlir?
⠀
🔹 Keçən il "COP29" ərəfəsində Bakının bəzi tarixi mərkəzi küçələri piyadalaşdı. Xaqani bağının ətrafında yenidənqurma işləri görüldü, tarixi küçələrdə isə şənbə və bazar avtomobil hərəkəti məhdudlaşdırdı. Bəs bu islahatlar hansı nəticə verdi? Bunun ardı niyə gəlmir və ümumiyyətlə gəlməlidirmi?
⠀
🚶♂️ Yeni vloqda bu əraziləri bağlanandan bir il sonrakı vəziyyətinə baxdım, eyni zamanda piyadalaşmaya namizəd olan növbəti küçəni göstərdim:
⠀
➡️ https://youtu.be/SSZVYMGbZIc
⠀
☑️ Patreon-da dəstək olmaq.
🔈 "Urban patrons" qrupuna qoşulmaq.
🤝 Əməkdaşlıq üçün müraciət etmək.
⠀
#piyadalaşma #vloq

YouTube
Bakının piyadalaşan küçələri — ARDI GƏLİRMİ?
Bakının tarixi mərkəzində artıq bir neçə küçə piyadalaşdırılıb. Onların bəzilərini sizə öncəki vloqlarda göstərmişəm. Bu səfər Nizami küçəsindəki heç də piyada küçəsinə yaraşmayan yeraltı keçidi, Xaqani bağını yenidənqurmadan sonrakı vəziyyətini, şənbə-bazar…
❤28👏7
👶 Əgər bir şəhər uşaqlar üçün təhlükəsizdirsə, demək hər kəsin hərəkəti üçün təhlükəsiz olacaq.
⠀
🔸 Böyüklərin əsas məsuliyyəti “küçəyə çıxanda ehtiyatlı ol” demək deyil, uşaqların təhlükəsizliyini öncədən nəzərə alan bir şəhər salmaqdır.
#təhlükəsizlik #uşaqlar

❤44👍12💯4
🚘 İçərişəhərə kənar avtomobillərin girişinə yenidən icazə verilib.
⠀
✍️ İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib ki, qeyri-rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Eyni anda maksimum 300 avtomobil buraxılacaq.
⠀
🔹 Keçən ilin oktyabr ayında Qoruğun ərazisinə avtomobillərin girişi bağlanmışdır. Yalnız rezidentlər və diplomatik korpusların avtomobillərinə girişə icazə verilmişdir.
⠀
❌ Görünür, İçərişəhərin qorunması məsələsi artıq prioritet məsələ deyil, çox heyif.
⠀
#içərişəhər

💩90😢11❤2🤮1