İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
772 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔄 Tarixi küçələrimiz belə dəyişə bilərdi.

🔹 Keçmiş Sovetski ərazisində yerləşən küçələrində biz söküntü əvəzinə abadlaşdırma işləri aparsaq, onlara yeni nəfəs vermək olar. Bunu vizuallaşdırmaq üçün süni intellekt köməyə gəldi.

Bakının Bayırşəhər ərazisini belə görmək istəyərdiniz?

#piyadalaşma
📊 BakuBus öz səhifəsində sorğu paylaşıb, fikir bildirməyə təklif edir.

🚌 Onların avtobuslarına dair nə rəyiniz varsa, ürəyinizi boşalda bilərsiniz:

➡️ http://forms.gle/4mbJ9Ano7tomPTE17
🖌 "Məktəbə gedən yolun rəsmini çək".

🏫 Məktəbə avtomobil ilə və piyada gedən uşaqlardan xahiş ediblər ki, bu mövzuda bir rəsm çəksinlər. Nəticəsi bu olub.

Və bu bir zarafat deyil. Uşaq təhsili sahəsində ixtisaslaşmış isveçrəli professor Margrit Stamm tərəfindən aparılmış tədqiqatın bir hissəsidir.
⚡️ Unikal xəbər sizinlə paylaşıram: Bakıda 10 yeni metro stansiya bu ərazidə tikiləcək (baxmaq üçün klik edin): Bakı şəhərində.

#metro
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sizcə bu qədər insanın ayağı burada niyə büdrəyir?

Cavabın urbabistika ilə bağlılığı var, yazacam.
İnsan yönümlü şəhərlər ️
Sizcə bu qədər insanın ayağı burada niyə büdrəyir? Cavabın urbabistika ilə bağlılığı var, yazacam.
⬆️ İş orasındadır ki, pillələrdən biri digərlərindən 1 santimetr hündürdür. İnsan beyni isə bir ritmdə hərəkət etməyə öyrəşir, şablondan çıxan kimi “error” verir.

🔹 Ətraflı izahını buradan oxuya bilərsiniz.

🔸 Küçələrimizdə də eyni hal baş verir. Səkilər qəflətən kəsiləndə, qarşımıza pilləkənlər və digər baryerlər çıxanda, beynimiz hərəkət şablonunu itirir. Bu da narahatlığa, konfliktlərə və nəticə olaraq qəzalarla nəticələnir.

🛑 Əlavə olaraq, bu şüuraltı stress yaradır, bizi daha aqressiv edir.

💯 Əminəm ki, Bakıda və istənilən digər şəhərimizdə piyada hərəkət edərək bunu özünüz də hiss etmisiniz.
Media is too big
VIEW IN TELEGRAM
🌆 Metronun “28 May” stansiyası ətrafında yaradılan HUB ilə hərəkət azadlığı yenidən insanlara qaytarıldı. Avtobus və mikromobillik vasitələri sayəsində şəhərin mərkəzi daha əlçatan və insanyönümlü oldu.

#AYNA #İnsanyönümlüŞəhər #Mikromobillik
🔄 Vağzal Meydanı — 2024 vs 2025.

Bu səfər fərq peyk şəkildən yaxşı görsənir.

Növbədi belə islahatı hansı məkanda görmək istəyərdiniz?

#VağzalMeydanı #əvvəlsonra
Fotoda qeyri-adi nə görürsünüz?
🇦🇿 Bakının unudulmuş və unikal adasına baxın — bu gün Pirallahıya gedirik.

🔹 Yeni vloq üçün daha bir unikal rayona yollandıq. Keçmişdə Artyom adı ilə tanınan Pirallahıda bu gün vəziyyət necədir? Küçələr, tarixi məkanlar, yaşayış massivləri, sökülmüş dəmiryolu stansiyası və dağıdılmış zavodlar — yeni vloqda hamısını göstərəcəyik.

➡️ https://youtu.be/_IkKGR6MfWI?si=SWj-GD35_xPRxb3J

#vloq
🗓 Ötən həftə nəyi buraxa bilərdiniz:

🔹 Bakının tarixi mərkəzi küçələri süni intellektlə belə canlandırdıq.

🔹 BakuBus sorğu keçirir. Mütləq iştirak edin, avtobusların işləməsinə dair fikir bildirin.

🔹 Məktəbə maşınla və piyada gedən şagirdlərin rəsmləri uşaqların vizyon formalaşmasına çox yaxşı göstərdi.

🔹 Bu nümunə isə insanların şüuraltı davranışını və bu davranışı niyə nəzərə almaq vacibdir — onu izah edir.

🔹 Əziz Əliyev küçəsini piyada və velosipedçilərin yolunu tədbir zamanı bağlayan təşkilatçılar ictimai qınaqdan sonra belə paylaşım etdi.

🔹 Vağzal Meydanın cəmi bir il ərzində necə dəyişdiyi artıq peyk şəkillərində də görsənir.

🔹 Həftənin vloqunu çəkmək üçün isə Pirallahı adasına yollandıq. Vaxt edib izləyin, maraqlı alınıb.

İzləmədə qalın, bəzi postları yalnız burada, Telegramda paylaşıram.

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⭕️ Təhlükəsizlik sürətdən başlayır.

🔹 Bu gün "BMT-nin 8-ci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi"nə start verilir. Təəssüf ki, Azərbaycan bu cəhətdən aparıcı ölkədən xeyli geridə qalır.

🔹 Misal üçün, əksər inkişaf etmiş ölkələrdə şəhər daxilində sürət limiti 50 km/s müəyyən edilib. Bu sürət həm şəhərdaxili yollar üçün optimal sayılır, və ən əsası qəza riskini xeyli aşağı salır.

🇦🇿 Azərbaycan qanunvericiliyində şəhər daxilində maksimal sürəti 50 km/s-dək endirmək lazımdır. İnsan yönümlü şəhər tək rahat deyil, eyni zamanda təhlükəsiz şəhər deməkdir.

#təhlükəsizlik
🚲 APAR-a yeni velosipedlər gəlir.

🔸 Elektrik velosipedlərin çatışmazlığı aradan qaldırılacaq.

📸 Fotonu Əli Əhmədli, APAR-ın icraçı direktoru paylaşıb.