İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Forwarded from Papirus
❗️Bakı. Zəbt edilmiş volesiped yolları #insanyönümlüşəhər
Forwarded from Papirus
Media is too big
VIEW IN TELEGRAM
🗣 Mütəxəssislər deyir ki, şəhərlərin quruluşu və dizaynın təşkili bilavasitə xoşbəxtliyə təsir edir. Bəs Bakıda bununla bağlı vəziyyət necədir?

@voaazerbaijan

#insanyönümlüşəhər
Forwarded from Papirus
❗️🚶 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə səsləndirilən fikirlər:

- Şəhər sakinlər üçün olmalıdır. Hazırda Bakı piyada gəzmək üçün əlverişsiz şəhərdir.
- Sabahdan metronun “28 May” stansiyasının qarşısına avtomobillərin girişi bağlanacaq.
- Biz nə qədər çox yol yaradırıqsa, ölkəyə daha çox avtomobil cəlb olunur.
- Bir il ərzində Bakı şəhərində təxminən 2 milyard səfər həyata keçirilir, bunun yalnız 28%-i ictimai nəqliyyatın, 52%-i isə fərdi avtomobillərin və taksilərin payına düşür.
- Əhalinin 17%-nin ümumiyyətlə ictimai nəqliyyata çıxışı yoxdur. Şəhərdə 2500-dən çox avtobus olmalıdır. Hazırda bu say 2000-dən azdır.
- Hazırda məktəb avtobuslarının tətbiqi çox çətindir.
- Qayda pozuntuları, dayanma-durma ilə bağlı tələblər sərtləşdiriləcək.
- Parklanma tətbiq edilən küçələr daha səliqəli olub.
- Bakıda kifayət qədər avtoparklar olsa da, onların arasında əlaqəlilik zəifdir. Bunun üçün yeni sistem tətbiq ediləcək.

#insanyönümlüşəhər
Forwarded from Papirus
✍️ Bayram Axundov

Bir çoxlarımız, içi nəqliyyat və şəhərsalma sahələrində çalışanlar daxil olmaqla, bayram günləri və həftəsonları ərzində avtomobillərin şəhər mərkəzinə girişinə qoyulmuş qadağaya "mərkəzi küçələrin bağlanması deyirik". Bu bir vərdiş olaraq baş verir, və çoxlarımız bunu bu formada deməklə özümüzdən ixtiyarsız şəkildə avtomobilyönümlü məntiqin çərçivəsində danışmış oluruq.

Əslində, şəhərimizin küçələri elə indiki vəziyyətində "bağlanmış" halındadır. Biz avtomobilləri şəhərin müəyyən ərazilərinə buraxmamaqla, o küçələri BAĞLAMIRIQ, əskinə AÇIRIQ! Şəhər sakinlərinə açırıq, piyada gəzməyi sevən insanlara açırıq, körpələrə açırıq, yaşlı sakinlərə açırıq, fiziki və əqli məhdudiyyəti olan insanlara açırıq, velosipedlə hərəkət edənlərə açırıq, şəhəri gəzib, onun estetikasından zövq almaq istəyən insanlara açırıq. Biz bu yolla şəhəri insanın təbiətinə - onun piyada hərəkətinə açıq eləmiş oluruq. Bunun adı "küçənin bağlanması" ola bilməz.

#insanyönümlüşəhər
Media is too big
VIEW IN TELEGRAM
🌆 Metronun “28 May” stansiyası ətrafında yaradılan HUB ilə hərəkət azadlığı yenidən insanlara qaytarıldı. Avtobus və mikromobillik vasitələri sayəsində şəhərin mərkəzi daha əlçatan və insanyönümlü oldu.

#AYNA #İnsanyönümlüŞəhər #Mikromobillik