İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.47K photos
308 videos
2 files
776 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📲 BakıKart əvəzinə "AYNA MaaS" gəlir.

🔹 Keçən ilin sonunda bizim müzakirə qrupunda bu proqramı izləyicilər tapmışdır. Son vloqda artıq AYNA-nın nümayəndəsi təsdiq etdi ki, belə bir proqram hazırlanır. Proqramda marşrut haqqında bütün məlumatlar olacaq, eyni zamanda avtobusarı izləmək mümkün olacaq.

🔹 Deyilənə görə, test mərhələsindədir, yaxın zamanda istifadəyə veriləcək. Bununla yanaşı, bu məlumatın dayanacaqların özlərində də olması ictimai nəqliyyatı daha da cəlbedici və inklüziv edəcək.

#ictimainəqliyyat
🚧 Bakıda yeni yollar və yolötürücülər haqqında.

🔸 Neçə gündür xəbərlərdə Bakıda yeni yollar və yolayrıcılar haqqında paylaşılır. Təəssüf ki, əksər jurnalistlər hələ də "yolların genişləndirilməsi" termininə müsbət bir şey kimi baxır. Bu mövzuda hər kəs şərh istəyir, tıxac probleminin kökünü bunda görür.

🔸 Paylaşılan layihələri mən ətraflı şərh etməyə bir məna görmürəm. Bütün bu layihələr artıq təsdiq edilib, nə qədər ağac bunun üçün məhv edilib (və hələ məhv ediləcək). Bu qovşaqların əksəriyyəti tıxac problemini çox cüzi şəkildə təsir edəcək, əvəzində isə biz daha aqressiv mühit, daha çox asfalt, daha da dözülməz yay istisi, daha pis ekologiya qarşılacağıq.

🔸 Bir balaca ümid var ki, bu qovşaqlardan keçən küçələr multimodal olacaq, ictimai nəqliyyatı nəzərə alacaq, piyadalar üçün infrastruktur unudulmayacaq. Lakin keçmiş layihələrə baxanda (misal üçün mikrorayonlarda və "20 yanvar" dairələri), ümid o qədər böyük deyil.

🔺 Xüsusilə, 8 noyabrdan adam heyifi gəlir. Bu prospekti təzəlikcə müasir üslubda qurulub, bəzi səhvlər buraxılıb, amma yenə də əvvəlki ilə müqayisədə. İndi isə orada yolötürücüsü olacaq (Nargilə dairəsi tərəfdə).

🔸 Bu layihələrə bəziləri indi çıxış yolu kimi baxır, amma onlar tarixə heç də yaxşı bir misal kimi düşməyəcək.

#yollarıngenişləndirilməsi
🚶‍♂️ Yeni keçiddən görün nə qədər insan faydalanır.

🔹 İzləyici göndərdiyi foto Neftçilər prospektində çəkilib. Bu piyada keçidi təşkil olunanda çoxları deyirdi ki, lazım deyil, onsuzda yeraltə keçid var.

☑️ Amma görünür ki, lazım olmayan elə yeraltı keçiddir. İnsanlar hər zaman daha rahat və əlçatan variant seçəcək. Üstəlik, bu keçid şəhərdə yaşayan azmobilli insanlar və velosipedçilər üçün Bulvarı daha əlçatan etdi.

Şəhərdə bir nömrəli prioritet piyada olmasa, şəhər heç vaxt inkişaf etməyəcək. Ona görə bunun davamı gəlməlidir.

#piyadakeçidləri
Forwarded from Farid2424
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Niyə avtobus zolağı ola-ola avtobuslar gəlmir, Təcili Tibbi Yardım çağırırsan, gəlib çıxmır, sualına əyani cavab.. 🤦🤦
Bayraq meydanından düz Dəniz Mall'a kimi yol dayanıb, çünki yolu saxlayıblar... Aziza İsmailova
Media is too big
VIEW IN TELEGRAM
🚲 Velosiped sizi həm sağlam, həm də stressiz və xoşbəxt edə bilər.

⬆️ Belə bir #minivloq
İnsan yönümlü şəhərlər ️
🚶‍♂️ Yeni keçiddən görün nə qədər insan faydalanır. ⠀ 🔹 İzləyici göndərdiyi foto Neftçilər prospektində çəkilib. Bu piyada keçidi təşkil olunanda çoxları deyirdi ki, lazım deyil, onsuzda yeraltə keçid var. ⠀ ☑️ Amma görünür ki, lazım olmayan elə yeraltı keçiddir.…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔺 Bu keçidi deyəsən insanlara çox gördülər.

Neftçilər prospektində piyada və görünür ki, hətta velosipedçilər (!) yeni keçiddən deyil, yerin altına yönəldilir.

Sabah bu keçid ləğv olunsa təəcüblənməyin. Qurumlar arasında vahid koordinasiya olmasa, insan yönümlü şəhərlər qurmaq çətin olacaq.

📸 Paylaşdı: Transport for Baku.

#piyadakeçidləri
🗓️ Ötən həftənin paylaşımları buraxmısınızsa:

🔹 “Tragedy of the Commons” nəzəriyyəsi deyir ki, avtomobil yönümlü şəhər heç vaxt xoşbəxtlik gətirməyəcək. Velosiped sürməkdən fərqli olaraq.

🔹 Xırdalanda daha bir səki məhv olundu.

🔹 İsti iqlim insan yönümlü şəhər qurulması üçün ciddi problem olmamasını Dubayın misalında xatırlatdıq.

🔹 Neftçilər prospektində insanlara rahat olan piyada keçidini qısa zamanda bu cür bağladılar.

🔹 Bakıda salınan yeni yollar şəhərdə niyə tıxac problemini həll etməyəcək? Bir daha urbanistikanın əsaslarına nəzər saldıq.

🔹 Avtobus zolağının vacibliyini rəqəmlər üzərində baxdıq.

🔸 Həftənin vloqu da avtobus zolaqlarına həsr olundu. AYNA-nın nümayəndəsi ilə suallara cavab axtardıq və rəsmi MaaS proqramına baxdıq.

Layihənin fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl qrupa giriş.

#urbanhəftə
💬 "Ay piyadalar, cəhənnəm olun bu şəhərdən ümumiyyətlə! Sizin küçədə nə işiniz var?" - şəkildəki şərhin yanaşması təxmini belədir.

❗️ Bəzi sürücülər piyadalara sadəcə "artıq element" kimi baxırlar. Yadlarından çıxır ki, maşından düşən kimi, onlar da piyadaya çevrilir.

#şərhlərmuzeyi
❗️ŞOK! Piyada keçidini "zebra" ilə əvəz etdilər. Amma bizdə yox...

🇷🇺 Rusiyanın Belqorod şəhərində müharibədən əvvəl yaxşı islahatlar gedirdi. Belə ki, bir neçə küçədə yeraltı keçidləri işıqforla nizamlanan "zebra" ilə əvəz etdilər. Və insanlar bundan yararlanmağa başladı.

🔹 Və bu tendensiya bu gün bütün dünyada müşahidə olunur. Tiflisdə də belə misallar var. Bakı geridə qalan nadir şəhərlərdən biridir.

🔹 Əmin olun ki, digər şəhərlər də "piyadalar rədd olsun keçidə getsin" deyən sürücülər də var. Lakin bu qeyri-intuitiv islahatlar hər zaman müqavimətlə rastlaşsa da, bir müddət sonra insanlar özləri onları müsbət qarşılamağa başlayır.

#piyadakeçidləri
🚲 Bakıda daha bir velozolaq təşkil olundu.

Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində. Fotoda göründüyü kimi, həddindən artıq enli hərəkət zolaqları silinərək, yenidən çəkilib və velozolaq üçün də yer tapılıb.

#velosipedzolaqları
⬆️ Diqqətli izləyicilərimiz fikir verdi ki, Mirzə Ağa Əliyev küçəsinin Mərkəzi Park yaxınlığına düşən küçəyə də velozolaqlar çəkilir.

Beləliklə, Yasamalı və şəhər mərkəzini aktiv şəkildə velozolaqlarla birləşdirirlər.

P.S. Bu küçəyə mütləq nizamlanan piyada keçidi də lazımdır. Mərkəzi Parka piyada keçmək çox çətin və təhlükəlidir.
Çox lakonik sorğu. Xahiş edirəm, hər kəs səs versin.

🚲 Velosiped sürürsünüz?
Anonymous Poll
15%
Çoxdan sürürəm
11%
Velozolaqlar çəkiləndən başladım
45%
İndi yox, amma düşünürəm
28%
Sürmürəm və düşünmürəm
İnsan yönümlü şəhərlər ️
Çox lakonik sorğu. Xahiş edirəm, hər kəs səs versin.

🚲 Velosiped sürürsünüz?
⬆️ 🛴 Bu sorğuda skuterlər də nəzərdə tutulur. Mikromobilliyin bütün üsulları, belə deyək.
🚲 Bakıda təşkil olunan ən yaxşı velozolaqlardan biri.

☑️ Azadlıq prospektinin bu kiçik hissəsində küçənin hər iki tərəfində velozolaq salınıb.

☑️ Skuter parkinqi səkinin hesabına deyil, keçmiş parkinq cibində təşkil olunub.

☑️ Bufer zonası üçün də yer tapılıb.

🔸 Bakının bir çox küçələrində bu işləri sadəcə yenidən xətlənmə işlərini aparmaqla belə həllər tətbiq etmək olar.

#velosipedzolaqları
📊 Statistikanı sevirəm. O mifləri dağıtmağa kömək edir.

Bu rəqəmlər bir daha göstərir ki, bizdə avtomobillərin sayı çox deyil. Gündəlik istifadəsi çoxdur.

Biz insanlara layiqli və komfortlu alternativlər təklif etsək, tıxaclar qısa zamanda həll edə bilərik.

#statistika
İnsan yönümlü şəhərlər ️
Çox lakonik sorğu. Xahiş edirəm, hər kəs səs versin.

🚲 Velosiped sürürsünüz?
⬆️ Və rəqəmlərdən danışaraq, dünənki sorğunun nəticələrinə baxın.

🔹 İnsanların 70% ya artıq velosiped sürür, ya da sürməyə planlaşdırır.

🔹 Lap nəzərə alsaq ki, bu kanalının izləyiciləri müasir düşüncəli və proqressiv insanlardır, əminəm ki, Bakı üzrə bu rəqəm ~50% civarındadır.

💬 “Velozolaqlar lazım deyil” deyənlərə bu nəticələri göstərin.
🇦🇿 Şuşanın baş planından görüntülər.

🚲 Renderlərdə hətta velozolaqlar görünür.

🔹 Burada qalsın, bir neçə ildən sonra real nəticə ilə müqayisə etmək maraqlı olar. Şuşa Qarabağın tarixi mirvarisidir, burada o ab-havanı qorumaq çox önəmlidir.

🔹 Baş planı “Chapman Taylor” şirkəti işləyib.

#Şuşa #Başplan