🌆 "Bakının baş planı niyə qəbul olunmur?" sualına cavab.
💬 Memar Elçin Əliyev öz müsahibəsində baş plan haqqında danışarkən çox yaxşı bir nümunə gətirdi.
⠀
Şəhərin baş planında aydın göstərilir ki, məsələn, Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişməsində 14 mərtəbəli bina tikilməlidir.
⠀
İndi belə bir mənzərəni təsəvvür edin: baş planın qəbulundan sonra hansısa hər şeyə qadir olan şəxs eyni yerdə 13 mərtəbəli deyil, 23 mərtəbəli bina tikir.
⠀
Daha sonra bütün ictimaiyyət şəhərin Baş planını müvafiq idarənin saytında görüb soruşacaq: “Orada axı 13 mərtəbəli bina nəzərdə tutulub. Niyə 23 mərtəbəli bina tikirlər?”. Bu artıq qanuna birbaşa hörmətsizliyin nümunəsini yaradacaq.
⠀
❓ "Baş planı niyə qəbul olunmur?" sualını cavab məhz budur.
#başplan

🚊 Bakıda tramvaylar, baş plan, bla-bla-bla...
⠀
Qrupumuzda yenə də Bakının baş planını müzakirə edirlər. Yenə də Şəhərsalma Komitəsinə istinad olaraq "Bakıya tramvaylar qayıdır" xəbər başlıqlarına rast gəlinir.
⠀
Təxmini ildə 2-3 dəfə Bakıya tramvayların qayıtması müzakirə mövzusu olur. Bizi bu xəbərlərlə ya qıcıqlandırırlar, ya da ümid verirlər.
⠀
Lakin vaxt getdikcə, bu tramvay haqqında planlar daha bulanlıq görünür. Misal üçün baş planda nəzərdə tutulan tramvay xətlərinin birində artıq "Port Baku Walk" ticarət mərkəzini tikməyə başlayıblar. Bir ildən sonra nə olacaq bəs?
⠀
🔹 Odur ki, artıq "Bakının baş planı" mövzusu gündəmdən düşməlidir, bizim izləyicilərimiz də görünür ki, ümidini çoxdan itirib.
#tramvay #başplan

❓Tramvay olacaq? Nə qədər metrostansiya olacaq? Yaxşı və pis məqamlar hansıdır?
⠀
Dünəndən bu suallar dayanmadan gəlir. Mən sizin üçün Bakının baş planının sənədini oxudum və təhlilini hazırladım.
⠀
🔹 Buyurun: https://city4people.az/post/baki-yeni-bas-plan-tehlil/
#başplan #bloq

💬 Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev:
⠀
“Bakının baş planı Bakını insan yönümlü şəhər olaraq inkişaf etdirməyə imkan verir.”
⠀
Bu termini 2019-cu ildə bloq yaradılanda fikirləşmişdik. Artıq yaşamalı şəhərləri ifadə edən bu söz birləşməsi yüksəkvəzifəli məmurların müsahibələrində eşidirik. 😎
#başplan #arxkom

🚊 Tramvay xətlərinin yenilənmiş sxemi.
⠀
İzləyicimiz Azər Axundov baş plana əsaslanaraq, Bakıda təklif olunan tramvay xətlərinin daha aydın sxemini hazırlayıb.
Xəritədən təxmin olunur ki, bəzi xətlər mövcud dəmir yolları olan ərazilərdən keçir.

🌳 Hibrid dəhlizin inşasına başlanıldı.
⠀
Üç gündür inboksa yazırlar ki, mərkəzdən keçən köhnə dəmir yolları sökülür, bu haqda bir məlumat var ya yox.
⠀
💬 “Caliber” jurnalistləri məndən qabaq bu məsələni araşdırdılar, və görünür ki baş planda nəzərdə tutulan yaşıl dəhlizin tikintisinə artıq start verilib.
⠀
🚊 “Yaşıl dəhliz” tək park deyil, bura piyada və velosiped yolları və ən əsas tramvay da keçməlidir. Bu haqda tramvay vloqunda danışmışdıq.
⠀
❗️ Amma tramvayın nə vaxt salınacağı ən böyük dövlət sirri kimi saxlanılır və ictimaiyyətə açıqlanmır.

🚇 Metro xəyalları.
⠀
🔹 İnsanlar bəzən özləri bilmirlər nə istəyirlər. Daha doğrusu — istək var, amma reallaşmasını səhv yerdə axtarırlar.
⠀
💬 Bir izləyici metropolitenin Facebook-səhifəsində yazır ki, aeroporta metro çəkilməlidir.
Niyə? Çünki “28-ə daha tez çatmaq olar”.
⠀
🔹 Bəs baş planda artıq hava limanına qatar (ADY) xəttin çəkilməsi təsdilqənib. Və həmin qatar da Vağzala, yəni 28-ə gələcək.
⠀
🔹 Bu haradasa “Xırdalana metro” xəyallarına oxşayır. İnsanlar bu istiqamətdə mobillik axtarır, hansını ki qatar ödəyə bilir. Əsas odur ki, sayı çoxalsın və intervallar azaldılsın.
⠀
✅ Bu arada, baş planda həmçinin Dərnəgül metrosunun yanında da sərnişin dəmiryol stansiyası (mübadilə mərkəzi) nəzərdə tutulub, bu da o əraziyə ictimai nəqliyyat əlçatanlığını xeyli yaxşılaşdıracaq.
⠀
#metro #başplan