İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.47K photos
308 videos
2 files
776 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
2026-cı ildə Bakını necə görmək istəyirsiniz?

Niyə soruşuram? Deməli, həmin ildə "Ümumdünya Şəhərsalma Forumu" məhz Bakıda keçiriləcək. Tədbir üçün şəhərimizin seçilməsi səbəblərindən biri də "hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar".

Mən bilmirəm, dəqiq hansı islahatlardan söhbət gedir, amma gəlin bir az real vəziyyətə baxaq:

🔸 Bakının baş planının təsdiqi 4 ildir ki gecikir. Əgər 2026-cı ilə qədər təsdiq olunmasa, bu plan artıq aktuallığını itirəcək. Çünki reallıqlar da dəyişəcək.
🔸 Bakıda heç bir irimiqyaslı urbanistik islahatlardan söhbət belə gedə bilməz. Hardasa kosmetik işlərin görülməsi islahat sayıla bilməz. Biz hələ də səkiləri kəsib yerində parkinq yerləri təşkil edirik.
🔸 İctimai nəqliyyatın inkişafı çox ləngiyir. Müasir və inkişaf edən şəhərin təməli dayanıqlı ictimai nəqliyyatdır.
🔸 Şəhərsalma tam xaotik aparılır. "Tikinti mafiyası" hələ də istədiyi yerdə eybəcər "novostroyka" tikməklə məşğuldur.
🔸 Əsas məsələ: indiyə qədər ölkədə şəhərləri idarə edən vahid idarəedici orqan yoxdur. Yollar, səkilər, yerüstü nəqliyyat, yeraltı nəqliyyat, binalar - bunların hamısı ayrı-ayrı qurumlardadır. Paytaxtın şəhər bələdiyyəsi olmayan Avropa Şurasına üzv olan yeganə ölkəyik.
🔸 Bəli, Qarabağda irimiqyaslı işlər aparılır, bunu görürük. Eyni zamanda, bir müddət əvvəl Füzulinin bir küçəsindən gətirilən misallarda görürük, yenə də müasir standartlar tətbiq olunmur. Laçın şəhərində isə küçələri təmir edəndə səkilər yaddan çıxıb.

Şəhərsalma Komitəsi bundan əvvəl artıq Azərbaycanda iki "Urban Forum" keçirib, dəvətlər də almışam, iştirak etmişəm.

Mən indi bu tədbirin təşkilində iştirak edən insanların və Şəhərsalma Komitəsin zəhmətini yerə vurmaq, onları ruhdan salmaq istəməzdim. Qətiyyən də işlərini diskredatasiya etmək fikrim yoxdur.

🔹 Lakin 2026-cı ildə Bakıda bu tədbirdən çox real və köklü islahatlar görmək istəyərdim. Heç olmasa, qonşu Gürcüstana baxanda utanmayaq.

#ArxKom
💬 Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev:

“Bakının baş planı Bakını insan yönümlü şəhər olaraq inkişaf etdirməyə imkan verir.”

Bu termini 2019-cu ildə bloq yaradılanda fikirləşmişdik. Artıq yaşamalı şəhərləri ifadə edən bu söz birləşməsi yüksəkvəzifəli məmurların müsahibələrində eşidirik. 😎

#başplan #arxkom