⬆️ Belə küçədə piyada gəzmək istəyərdiniz?
⠀
💬 Hərdən yazırlar ki, Babək prospektində onsuzda piyada gəzən yoxdur, orada səkilər elə parkinq kimi istifadə olunsa problem deyil. Lakin sözügedən prospektin yalnız bir hissəsində çəkilən bu fotolara baxın.
⠀
🔺 Dağıdılmış bordürlar, pillələr... Baryersiz mühitdən söhbət gedə bilməz. Bu cür aqressiv mühitdə nəyinki əlil arabası ilə, heç sağlam insan normal hərəkət edə bilməz.
⠀
🔹 Piyadaları qınamaqdan öncə, gəlin birinci onlar üçün şərait yaradaq.

🎙 YENİ PODKAST!
⠀
Kanalda və səhifələrdə urbanistika haqqında danışanda hər zaman uğurlu xarici təcrübəyə istinad edirik. Bəs belə müqayisələr aparmaq düzgündürmü? Ümumiyyətlə Bakı hansı ölkə və şəhərlərə baxıb nümunə götürməlidir?
⠀
Bugün İsveçdə təhsil alan urbanist-tətqiqatçı Bayram Axundovda bu və digər mövzulara aydınlıq gətirdik.
⠀
➡️ https://youtu.be/jt4bAt7xNj4
⠀
Bu platformalarda həmçinin dinləyə bilərsiniz:
☑️ Apple Podcast
☑️ Spotify

YouTube
"Bakı tipik Avropa şəhəridir" — Bayram Axundov | İnsan yönümlü podkast
İnsan yönümlü şəhər necə olmalıdır? Avropa və Asiyanın uğurlu təcrübəsi hansıdır? Bakı və digər şəhərləri hansı ölkələrlə müqayisə edək və hansı istiqamətdə addımlayaq?
İnsan yönümlü podkastın ikinci buraxılışında urbanist-tədqiqatçı Bayram Axundov ilə bu…

İnsan yönümlü şəhərlər ️
⚠️ Bu gün pis xəbər də var. ⠀ 🔸 Baxmayaraq ki, bütün dünyada artıq sübut olunub ki, yeni yol qovşaqların tikintisi tıxac problemini həll etmir, baxmayaraq ki, Bakı artıq bunu öz misalında sübut etdi, bu yaxınlarda Bakıda daha bir yol layihənin reallaşdırması…
🔺 Keşlə bazarının söküntüsü təxirə salınsa da, lakin digər önəmli məsələ — bu ərazidəki yaşıllıqdır.
⠀
🔸 Bu ilin may ayında xəbər paylaşılmışdır ki, Bakıda yeni yol salınacaq, bunun üçün Keşlə bazarı söküləcək və paylaşılan layihədən görünür ki, ağaclar da bu ərazidə məhv olunacaq.
⠀
🔸 TV kanalların əksəriyyəti bunu “tıxac probleminin həlli” kimi təqdim edirlər, lakin unutmayaq ki, urbanistikanın fundamental qanunu var — daha çox yol, daha çox maşın cəlb edir. Heç bir yol qovşağı Bakıda tıxac problemini həll edə bilməz.
⠀
🔹 Tıxac probleminin həlli — yaxşı ictimai nəqliyyat, ayrılmış avtobus zolaqları, velosiped zolaqları, tramvayın bərpa edilməsi və metronun sürətli inkişafından keçir.

Telegram
İnsan yönümlü şəhərlər ️
⚠️ Bu gün pis xəbər də var.
⠀
🔸 Baxmayaraq ki, bütün dünyada artıq sübut olunub ki, yeni yol qovşaqların tikintisi tıxac problemini həll etmir, baxmayaraq ki, Bakı artıq bunu öz misalında sübut etdi, bu yaxınlarda Bakıda daha bir yol layihənin reallaşdırması…

Media is too big
VIEW IN TELEGRAM
🚲 Xəqani Rüstəmov küçəsindən yaxşı nümunə. Velosiped zolaqları küçənin hər iki tərəfində təşkil olundu.
⠀
🔹 Parkinq cibinə daxil olmadan küçə boyu davam edir.
⠀
#velosipedzolaqları #minivloq

🇦🇿 Gəncə insan yönümlü olmaq üçün tarixi bir şans.
⠀
❗️Gələn il Gəncə üçün qərarverici bir il olacaq.
⠀
🔹 Uzun illərdir ölkənin ikinci ən böyük şəhərində heç bir urbanistik islahat aparılmamışdır. İctimai nəqliyyat yumşaq desək çox zəif, şəhər infrastrukturunda isə heç bir müasir həllər tətbiq edilməmişdi.
⠀
🔹 İndi Gəncə üçün bir şans yaranıb. Dövlət başçısı elan edib ki, 2025-ci ildə Gəncədə nəqliyyat və şəhər infrastrukturu sahəsində yeni layihələr icra olunacaq. Və şəhər indi qərar verməlidir — ya burada vaxtilə Bakıdakı səhvləri buraxacaqlar — yolları genişləndirəcəklər, yeni körpülər və tunellər tikəcəklər, və yaxud da Bakının səhvlərindən öyrənib Gəncəni insan yönümlü edəcəklər.
⠀
🟢 Daha konkret danışsaq, şəhəri insan yönümlü etmək üçün:
⠀
☑️ Səkilə bərpa edilməli və genişləndirilməlidir;
☑️ Tarixi binaların bərpasına yanaşma dəyişməlidir, dizayn-kod qəbul edilməlidir;
☑️ Gəncənin əsas turistik məkanlarından biri olan Cavad xan küçəsinin ətrafındakı küçələr də piyadalaşdırılmalıdır;
☑️ Müasir standartlara cavab verən ictimai nəqliyyat təşkil edilməlidir (idealda tramvay bərpa olunmalıdır);
☑️ Geniş velosiped şəbəkəsi təşkil edilməlidir.
⠀
🔹 Gəncədən geniş urbanistik vloqumuz olub, bir çox məsələləri işıqlandırmışıq. Ümid edirəm Gəncədə aparılan islahatlar onu Qafqazın ən gözəl şəhərlərinə çevirmək üçün bir şans olacaq.
⠀
✌️ Gəncəlilərə uğurlar, təhlükəsiz və rahat şəhərdə yaşamaq arzulayıram. Bu posta bir ildən sonra qayıdarıq.
📸: Şəkil süni intellektin köməyi hazırlanıb.
#Gəncə

İndi isə Facebook-da aviasiya üzrə “ekspertlər” peyda olub, öz versiyalarını irəli sürür.
⠀
Təyyarə statistikaya görə ən təhlükəsiz nəqliyyat vasitəsidir, hər bir hadisə çox ciddi araşdırılır, aylar sonra rəy çıxarılır. Heç olmasa, “public”-də hər ağla gələn yazılmasın.
⠀
İlin sonunu dəhşətli bir hadisə ilə bitiririk. Allah ölənlərə rəhmət eləsin!

💬 “Bizi kədərləndirən insanların kütləvi və gözlənilməz ölümüdür.
Halbuki, 2023-cü ildə ölkənin avtomobil yollarında 862 nəfər həlak olub. Qəzaların bəzilərinə yüksək sürət, bir çoxuna yolun işıqlandırılmaması, piyada keçidlərinin əlçatan olmaması, nahamar yol örtüyü, yolayrıcılarının düzgün təşkil olunmaması, bərbad infrastruktur səbəb olub.
Bu rəqəmlər hər il aşağı yuxarı eyni olur. 2024-cü ilin ilk 6 ayında 333 nəfər avtomobil qəzasında həyatını itirib.”
⬆️ Postu yazan İlkin Babayev ilə razıyam.
🔹 Əlavə edim ki, yol nəqliyyat hadisələri qarşısı alına biləcək ölümlərə daxildir və daha təhlükəsiz infrastruktur yaratmaqla bunu etmək mümkündür.
Təbii ki, bu fakt bugünki faciənin ağırlığını inkar etmir. Əminəm ki, araşdırma aparılacaq, nəticələr çıxarılacaq və bu cür qəzalar təkrar olunmaması üçün müvafiq tədbirlər görüləcək.
#qəzalar

🚞 Gələn aydan Bakı-Balakən-Bakı qatar marşrutu bərpa olunur.
⠀
🔹 Son hadisələrin fonunda bu xəbər kölgədə qaldı, lakin bu marşrutun ilk dəfə pandemiyadan sonra bərpa olunması vacib xəbərdir.
⠀
🔹 Kim bilmirsə, son illər açılan Ağstafa və Qəbələ istiqamətində sürət qatarları deyil, klassik yataq tipli, lakin yenilənmiş vaqonlardan ibarət olan qatardır.
⠀
🔹 Tipik gecə qatarıdır, axşam 23:50 yola düşür, Balakənə saat 08:10-da çatır. İndiki infrastruktura görə təbii ki, Qəbələyə və Gəncəyə gedən sürətli “Stadler”lə müqayisə olunası deyil.
⠀
⚠️ Lakin nəzərə alaq ki, yataq tipli qatarlarda adətən sürət yox, rahatlıq prioritetdir ki, gecə vaxtı yatmaq mümkün olsun. Ümid edək ki, seçim olaraq bu istiqamətdə sürətli qatar da işləsin.
⠀
🔸 Və nəhayət, qiymət. ADY bu yaxınlarda dinamik qiymət siyasətinə keçib, belə ki, yüksək tələbat dövrü və adi günlərə əsasən tariflər fərqlənir (aviaşirkətlərdə, xarici ölkələrin dəmiryol nəqliyyatında olduğu kimi). Balakənə 17 AZN, daha yaxın Şəkiyə isə 15 manatdan başlayır (standart sinif). Ümumi 10 dayanacaq olacaq.
⠀
❓ İndi bu gedişlər nə dərəcədə öz qiymətini doğruldacaq, səyahət nə dərəcədə komfortlu olacaq, avtomobil və avtobusla nisbətən rəqabətli olacaq — bunu zaman və rəylər göstərəcək.
⠀
☑️ Son dəfə bu istiqamətdə 2012-ci ildə səyahət etmişəm, müqayisə etmək maraqlı olar. Qatar mövzuları maraqlıdırsa və qatar haqqında vloqlar görmək istəyirsinizsə ❤️ atın.
⠀
#qatarlar

Ağır bir həftənin ədalətli yekunu.
Son ana qədər qəhrəmancasına təyyarəni idarə edən və 29 nəfərin həyatını xilas edən, lakin özü qəzanın qurbanına çevrilən AZAL uçuş heyətinə Milli Qəhrəman adı verildi.
Pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva — siz əsl qəhrəmansınız.
Ruhunuz şad olsun. ❤️

✅ Bu il nə gördük və gələn ildən nə gözləyək?
⠀
🔹 2024-cü il ən azı urbanistik cəhətdən Bakıya çox yenilik gətirdi.
⠀
🔹 İlk dəfə olaraq, Bakıda geniş velozolaqlar şəbəkəsinin təməli qoyuldu, avtobus zolaqları hətta heç vaxt təsəvvür edilməyən küçələrdə salındı, şəhərin geniş bir ərazisində piyada zonalar yaradıldı.
⠀
🔹 Bu islahatları çoxları "COP29" tədbirinə bağlayır və gələn ildə bunların davamını gözləmir. Sürücülər deyir ki, tıxaclar daha da artdı, amma bir milyona yaxın avtobus sərnişinlərinin daha tez evinə çatmasından danışan azdır. Heç rəqəmlərə baxmadan Bakıda velosiped və skuter istifadəçilərin sayının artmasını müşahidə etmək olar.
⠀
🔸 Təbii ki, "hər şey əladır" demək tezdir. Ona görə, növbəti ildə islahatlar mütləq davam etdirilməlidir, bunları yarımçıq qoymaq böyük səhv olar.
⠀
☑️ 2025-ci ildə bu istiqamətdə addımların atılmasına ümidim var:
⠀
🔘 İctimai nəqliyyatın "brutto müqavilə" sisteminə keçməsi, gündəlik, aylıq və endirimli tariflərin tətbiq edilməsi;
🔘 Avtobusların hərəkət cədvəlinin müəyyən edilməsi, dayanacaqlarda bu haqda məlumatın olması;
🔘 Yeni metrostansiyaların tikintisinə diqqət və maliyyənin ayrılması;
🔘 Tramvayın bərpasına dair qərarın verilməsi. Relsi nəqliyyat Bakıya hava-su kimi lazımdır;
🔘 Səkilərə böyük diqqətin ayrılması, çatışmayan küçələrdə səkilərin tikintisi və bərpası;
🔘 Velosiped zolaqların şəbəkələşməsi, velosiped və skuterin real alternativ nəqliyyata çevrilməsi üçün infrastrukturun yaradılması;
🔘 Və təbii ki, regionlarda urbanistik islahatların atılmasına start verilməsi. Azərbaycan tək Bakıdan ibarət deyil.
⠀
🔹 Çox ümumi səslənsə də, ən azı proseslərin başlanılması özü bir uğur olar.
⠀
🇦🇿 Xüsusilə Bakıda mobillik çox ağsayır. Bu, şəhər iqtisadiyyatına, insanların sağlamlığına, rifahına, əhvali-ruhiyyəsinə, yol təhlükəsizliyinə mənfi təsir edir. Bunun çıxış yolları, əlbəttə ki, var. Dünya təcrübəsində uğurlu misallar çoxdur.
⠀
✅ Gəlin, birgə maariflənək, yaxşı layihələrə dəstək verək, bəyənmədiklərimizə dair rəy bildərək və müraciətlər yazmaqla şəhərlərimizi daha insan yönümlü edək.
⠀
#analitika

🇦🇿 Tarixi Gəncə, velosiped yolları ilə məşhur Qusar, Bakıya oxşar Sofiya, insan yönümlü Praqa — bu il sizin üçün 10 şəhərdən 25 geniş vloq gətirdik.
⠀
Dəstək olan hər kəsə təşəkkür! Siz də dəstəyinizi əsirgəməyin.
⠀
Gələn il görüşənədək ✌️ Yeni ildə hər kəsə uğurlar! 💚

❓ "Patreon" nədir və sizi niyə hər zaman dəstək olmağa çağırıram?
⠀
🔹 Təəssüf ki, Azərbaycanda kontent yaradan müəlliflərə dəstək göstərmək mədəniyyəti çox aşağıdır. YouTube-kanalını yaradanda əsas məqsəd maarifləndirmək, digər ölkələrin təcrübəsini göstərmək, Bakı və regionlardakı problemlərdən və çıxış yollarından danışmaq, — bir sözlə urbanistika mövzusunda faydalı və eyni zamanda maraqlı kontent yaratmaq olub.
⠀
🔹 Həm kanalda, həm digər sosial media hesablarında izləyicilərin artması yəgin ki, bu işin boşuna aparılmamasının göstəricisidir. Bugün minlərlə həmyerlimiz "insan yönümlü və müasir şəhər" necə olmalıdır, onun prinsiplərin nədir haqqında məlumatlıdır.
5-10 il əvvəl "geniş yollar və yeraltı keçidlər çox olmalıdır" deyənlər, bu gün öz küçəsində geniş səki və təhlükəsiz keçid tələb edirlər.
⠀
❗️ Lakin daha vacib məsələ odur ki, paylaşdığımız və danışdığımız mövzular şəhərdəki baş verən proseslərə təsir edir. Göstərdiyimiz uğurlu misallar artıq Bakıda tətbiq olunur, işıqlandırdığımız məsələlərə və müraciətlərə dövlət qurumlarından cavab gəlir, səhvlər düzəldilir.
⠀
🔹 Bu il də faydalı və maraqlı məzmunun hazırlanmasına davam etmək istəyirik. Bu işdə bizə ən yaxşı dəstək Patreon platformasında qoşulmaqdır. Çünki hətta kiçik, lakin müntəzəm şəkildə aylıq ianələr bizə işimizi planlaşdırılmış şəkildə davam etməyə kömək edir.
⠀
☑️ Əvəzində siz (sponsor statusundan asılı olaraq):
— yeni videoları və podkastları daha tez görəcəksiniz;
— əsas videolara düşməyən fraqmentləri görəcəksiniz;
— qapalı müzakirə qrupuna dəvət alacaqsınız;
— kitab və suvenirlər hədiyyə alacaqsınız;
— canlı görüşlərə dəvət olunacaqsınız.
⠀
💡 Yeni il bayramı ilə əlaqədar olaraq isə, yanvarın 4-nə qədər "URBAN2025" promokodu ilə abunəliyi 50% endirimlə rəsmiləşdirə bilərsiniz.
⠀
➡️ patreon.com/city4people
⠀
Dəstəyini əsirgəməyən hər kəsə təşəkkürlər. 🙏
#Dəstək

⬆️ Yəgin ki, gələcək nəsillər bu cür işlərə baxıb bizə güləcəklər.
⠀
🇦🇿 Ağcabədidə eynisəviyyəli piyada keçidi olan yerdə yerüstü keçid tikilib. Yolun dar hissəsinə düşür, sadəcə adacıqlarla buranı daha təhlükəsiz etmək olardı.
⠀
🔸 Lakin əvəzində böyük maliyyə və vaxt tələb edən, heç bir əlçatanlığı olmayan yerüstü keçidinin tikintisinə qərar verilib.
⠀
⚠️ İndi bu ərazi yeni qəza ocağı olacaq, çünki insanlar təbii olaraq yenə də keçidin altından keçəcək, sürücülər isə yerüstü keçidi görüb piyadaları gözləməyəcək.
⠀
🔸 Regionlarda yerüstü keçid tikmək deyəsən yeni dəbə çevrilib, bundan əvvəl Cəlilabaddan belə xəbərlər gəlmişdi. Bu heç də yaxşı tendensiya deyil və yeni qəzalara gətirib çıxaracaq.
⠀
#piyadakeçidləri

🚲 Bakının yeni velosiped zolaqları qış vaxtında boş olur, Bakının iqlimi velosiped sürmək üçün uyğun deyil — bu cür fikirləri güman ki, eşitmisiniz.
⠀
💡 Lakin həm xarici təcrübə, həm də ekspertlər deyir ki, soyuq havada müvafiq qaydalara riayət etməklə normal şəkildə velosiped nəqliyyat kimi istifadə etmək olur. Hətta, APAR veloicarədən istifadə edən var, çünki şərait yaradılıb.
⠀
🔹 Yeni vloqda bu mövzunu daha dərin araşdırıb və, necə deyərlər, "mifləri dağıdırıq".
⠀
➡️ https://youtu.be/3MxIpCzPsPo
#vloq

Qış hara, velosiped hara? Soyuq havada velo sürməyin sirrləri
Soyuq mövsüm gələn kimi, bir çoxların dillərinə bir söz düşür ki, "velosiped" qışda nəqliyyat vasitəsi kimi isitfadə oluna bilməz. Lakin bu bir mifdir, çünki infrastruktur olan yerdə, istifadəçilər də tapılacaq.
Qonaqlar: APAR şirkətinin nümayəndəsi Ruslan…
Qonaqlar: APAR şirkətinin nümayəndəsi Ruslan…
Media is too big
VIEW IN TELEGRAM
❓ Bilirdinizmi, 2002-ci ilə qədər Azərbaycanda ictimai nəqliyyat bəzi vətəndaşlar üçün pulsuz olub?
⠀
🔹 Təqaüdçülər və əlillər metro, avtobus, eyni zamanda o vaxt mövcud olan tramvay və trolleybuslarda müvafiq kitabçanı göstərməklə gediş haqqını ödəmirdilər.
⠀
🔸 Lakin 2000-ci illərin əvvəlindən başlayaraq ictimai nəqliyyata diqqət tam ikinci plana keçir, hər kəs “parlaq avtomobil gələcəyi”nə inanır. Subsidiyalar tam kəsilir. 2004-cü ildə tramvay, 2006-cı ildə isə trolleybuslar tarixə qovuşur.
⠀
🔸 Üzərindən 20 ildən çox vaxt keçir. 2025-ci ildə ən azı “brutto müqavilə”nin tətbiqinə, güzəştli və limitsiz aylıq gediş abunəliklərinin təqdim edillməsinə ümid edək.
⠀
🎥 Video: TikTok / Azerbaycantarixi

🇦🇪 Dubay insan yönlümlü şəhər olacaq. Artıq rəsmi.
⠀
🚶 Yeni "Dubai Walk" layihəsinin icrasına artıq bu il start veriləcək. 2040-cı ilə qədər bu meqapolisdə 6500 km piyada yolları salınacaq.
⠀
🔹 Uzun illərdir Dubay avtomobil yönümlü bir şəhər idi, bu da çox isti iqlimə bağlı olan məsələ idi. Bu şəhərdə insanlar "kondisionerdən kondisionerə" qaçır, ictimai nəqliyyat dayanacaqlarına qədər hər yer qapalıdır və sünu sərinləşdirmə sistemlərinə qoşulub.
⠀
🔹 Lakin artıq Dubayda tıxaclar pik səviyyəsinə çatmaqdadır, geniş yollar və prospektlər kömək etmir, əksinə şəhərdəki mobilliyə mənfi təsir edir.
⠀
☑️ Hələ iki əvvəl Dubay vloqunda müşahidələri qeyd etmişəm ki, şəhər dəyişmək yolundadır, burada velozolaqlar, geniş səkilər salınır, tramvay və metro şəbəkəsi sürətlə inkişaf edirlər. Və artıq lap yüksək səviyyədə layihə təsdiq olunub. Yəgin ki, isti iqlimdə layihəni icra etmək asan olmayacaq, mütləq yaşıllıq nəzərə alınacaq, çünki təbii kondisioner funksiyasını məhz ağaclar yerinə yetirir.
⠀
🇦🇿 Çox vaxt Bakını Dubay ilə müqayisə edirlər, deyirlər biz Avropadan yox, bu şəhərdən öyrənməliyik. Görünür, hətta Dubayda rahat və tıxacsız şəhərin sirrin nədir — başa düşməyə başlayıblar.
⠀
➡️ Layihənin təqdimat videosu.⠀
#Dubay