🇺🇸 Bu gündən etibarən Nyu-Yorkun Manhattan ərazisinə avtomobil ilə giriş üçün sürücülər pul ödəyəcək.
⠀
💵 Ən bahalı tarif bazar ertəsi-cümə günü, saat 09:00-17:00 arası olacaq. Minik avtomobillərin sürücüləri $5, kiçik yük avtomobilləri $14,40, böyük yük daşıyan maşınların sürücüləri isə $21,60 ödəməli olacaq. İstirahət günləirində və qeyri-pik saatlarında tarif daha aşağı olacaq - $2,25.
⠀
🔹 Proqnozlara görə bu addımlar tıxacların 10% azaltmasına gətirib çıxarmalıdır, Nyu-Yorkun büdcəsinə isə əlavə 15 milyard dollar gəlir gələcək. Bu vəsaiti ictimai nəqliyyatın inkişafına yönəldəcəklər.
⠀
☑️ Bu qərar hələ keçən ilin iyununda qüvvəyə minməli idi, lakin bəzi siyasətçilər onu geri qaytara bildilər. Maraqlıdır ki, yeni seçilmiş ABŞ prezidenti Donald Tramp da bu qərarı dəstəkləmir, lakin Nyu York şəhər bələdiyyəsi ümid edir ki, o vəzifəyə gələndən sonra qərarı federal səviyyədə ləğv etməyəcək.
❗️ Bu hekayədə vacib bir qeyd var. ABŞ özü çox avtomobilləşmiş bir ölkədir, əksər şəhərlərdə maşınsız yaşamaq mümkün deyil. Lakin Nyu-Yorkda nisbətən yaxşı ictimai nəqliyyat var, avtobuslar öz zolaqları ilə hərəkət edir, 470-dən çox metrostansiya var.
⠀
#ABŞ

⚡️ İnanılmaz!
Neftçilər prospektində son illər ərzində İLK eynisəviyyəli piyada keçidi təşkil edildi.
Əziz Əliyev küçəsi ilə kəsişmədə, Kukla teatrın yanında.
#piyadakeçidləri

İnsan yönümlü şəhərlər ️
⚡️ İnanılmaz! Neftçilər prospektində son illər ərzində İLK eynisəviyyəli piyada keçidi təşkil edildi. Əziz Əliyev küçəsi ilə kəsişmədə, Kukla teatrın yanında. #piyadakeçidləri
⬆️ Əslində bu addım təzəlikcə piyadalaşdıran Əziz Əliyev küçəsinin məntiqi davamı idi. Burada artıq svetofor mövcuddur, əvvəl Əziz Əliyev küçəsindən çıxan avtomobillər üçün nəzərdə tutulurdu, indi isə piyada svetoforu funksiyasını yerinə yetirəcək.
⠀
🔹 Səhifədə bu məsələni iki dəfə qaldırmışam. Bakının iki cəlbedici məkanı — İçərişəhəri və Bulvarı mütləq rahat və əlçatan keçid birləşdirməlidir. Mövcud yeraltı piyada keçidləri əlil və uşaq arabaları üçün əlverişsizdir.
⠀
🚲 Eyni zamanda, Əziz Əliyev küçəsindəki velosiped zolağı da Bulvardakı velosiped yolları ilə birləşdi. Artıq velosipedi qucağa alıb bulvara keçmək ehtiyac qalmayacaq.
⠀
❗️ Neftçilər prospektində bu cür keçidlərə bir neçə yerlərdə ehtiyac var. Ən azı Muzey Mərkəzi və Crescent Mall tərəfdə. 15 il əvvəl isə bu prospekdə 11 eynisəviyyəli keçid olub.
#Neftçilərprospekti

☝️ Günü də bu xoş xəbər ilə bitiririk.
5 ilə 10 metrostansiya təhvil veriləcək. Sabah daha ətraflı post yazaram.
#metro

🚇⬆️ Yeni metrostansiyalar güman ki, bunlar olacaq.
⠀
🇦🇿 Dövlət başçısı dünənki müsahibəsində qeyd etdi ki, yaxın 5 il ərzində 10 yeni metrostansiyasının tikintisinə investisiya ayrılacaq. Beləliklə, 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.
⠀
✍️ Tədqiqatçı Azər Axundovun keçən ilin oktyabr ayında paylaşılan sxemə əsasən təxminlər paylaşıb. Bu təxminlərə əsaslansaq, 10 yeni stansiya bu cür paylanılacaq:
⠀
🟣 Bənövşəyi xətdə 6 yeni stansiya. "8 noyabr"dan sonra şəhər mərkəzindən keçərək Babək prospekti istiqamətində;
⠀
🟢 Yaşıl xətdə 4 yeni stansiya. "Xətai" stansiyasının davamı olaraq, Ağ Şəhərdən keçib "Həzi Aslanov" ilə birləşəcək. Bunun üçün, güman ki, Yaşıl və Qırmızı xətlər tam olaraq biri birindən ayrılacaq;
⠀
🔄 İnşa edilən 2 yeni stansiya keçid funksiyasını daşıyacaq — Qırmızı xətdə "Sahil", yaşıl xətdə "Xətai" stansiyaları.
⠀
🔸 Təbii ki, bu tam dəqiqləşdirilmiş məlumatlar deyil, hələ ki bundan öncə paylaşılan sxemlərə əsasən bir proqnozdur. Lakin istənilən halda bu çox yaxşı xəbərdir, metronun inkişafına əsas əngəl vəsaitin ayrılması idi, bu da öz həllini bu il tapacaq.
⠀
✅ Metro ən dayanıqlı və şəhər daxili ən çox sərnişin daşıya bilən ictimai nəqliyyatdır. Onun inkişafı Bakının mobilliyinə müsbət təsir edəcək.
🚊 Parallel olaraq tramvayın bərpasına dair xəbər eşitmək ümidilə, çünki 3-milyonluq şəhərdə sərnişin axınını tək metro və avtobusa bağlamaq istənilən ssenaridə çox böyük yükdür.

✅ Mirzə Ağa Əliyev küçəsində səki tikilir.
⠀
Nəhayət burada piyadalar velosiped zolağı ilə hərəkət etməyə məcbur olmayacaq. Fotoları izləyici göndərib.
⠀
#səkilər

💳 Uzun fasilədə sonra "BakıKart" saytı yenidən aktivdir.
⠀
🔗 www.bakikart.az saytında şəxsi hesaba daxil olmaq olur, yeni şifrənin yaradılması mütləqdir.
⠀
💰 Deyilənə görə, pul kisələrində olan balans yerində qalıb. Yeni mobil tətbiqin təzəlikcə istifadə verilməsi haqqında elan da var.

❌ Ağacları məhv edərək daha bir səki parkinqə çevrilir.
⠀
🔺 Afiyəddin Cəlilov küçəsində bina tikən "developer" elə bilir ki, ətrafındakı səkilər bonus olaraq verilir və onları bu cür barbarcasına zəbt etmək olar.
⠀
🔸 Əvvəl səki ilə gəzən piyadalar indi yola çıxmağa məcburdur. Ərazinin Google Maps-də arxiv fotosuna baxanda görünür ki, burada əvvəl ağaclar da var idi, bina tikənlər "sağ olsunlar" onları da kökündən çıxardılar.
⠀
❗️ Şəhərsalma Komitəsinin reaksiyasını gözləyirik. Paylaşaq və ictimaiyyətləşdirək ki, belə hallar normaya çevriləmsin.

🚇⬆️ Yeni metrostansiyalar güman ki, bunlar olacaq. ⠀ 🇦🇿 Dövlət başçısı dünənki müsahibəsində qeyd etdi ki, yaxın 5 il ərzində 10 yeni metrostansiyasının tikintisinə investisiya ayrılacaq. Beləliklə, 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.…
🚇 Metronun inkişafına dair daha dəqiq xəritə bu gün rəsmi olaraq RİNN tərəfindən təqdim olundu.
❗️ Bu il metronun inkişafına 493 milyon manat ayrılacaq. 2030-cu ilə qədər 4,2 milyarda çatacaq.
Foto: Rauf Ağamirzəyev

🚊 Və günün xəbəri — bu gün tramvayın bərpası yenə də rəsmi olaraq gündəmə gəldi.
⠀
🗺 İlk marşrut Mehdiabad qəsəbəsindən "28 May" metrosu arasında təklif olunur. Bəzilərində sual yaranır, niyə Mehdiabad? Güman ki, bu, sözügedən qəsəbədən Bakının mərkəzinə hərəkət edən axına uyğun hesablanıb. Çünki tramvay xətti həm də Azadlıq prospekti boyunca davam edəcək.
⠀
🔹 Bu planlar reallaşsa, Bakıya tramvayın qayıtmasının canlı şahidi olacağıq. Əsas başlamaqdır, şəbəkənin genişləndirilməsini hər zaman etmək mümkündür.
⠀
📸 Foto şərtidir, süni intellekt ilə hazırlanıb.
⠀
#tramvay

Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Los Ancelesdə fəlakət dəhşətli miqyasa çatıb.
Planet bizə çox qəzəbidir.
Planet bizə çox qəzəbidir.
🚶 Nişanlanma ilə küçəni necə səliqəyə salmaq olar...
Droqal döngəsi kimi tanınan küçə piyadalar üçün olduqça narahat idi. Yolayrıcıya bitişik yerdə nişanlanma olmadığından avtomobillər düz kəsişməyə qədər park edirdi, səkidən çıxışlar da çox blook olunurdu.
⠀
🔸 Bu problemi mən Vağzal Meydanına həsr olunmuş vloqda göstərmişdim.
⠀
✅ Artıq yeni nişanlanma işləri aparılıb, “zebra” və adacıqlar təşkil olunub. Görün necə səliqəlidir. Xatırladım ki, qaydalar da deyir kəsişməyə və piyada keçidlərinə 5 metr qalımış parkinq qadağandır. Yəni burada heç bir parkinq yerləri ləğv olunmayıb, sadəcə nişanlanma ilə bir növ "taktiki urbanizm" tətbiq edilib.
⠀
🔹 Təbii ki, idealda səki çıxıntılar tikərək buranı birdəfəlik qorumaq olar (adacıqlarda park edən sürücülər mütləq tapılacaq), lakin yenə də bu kəsişmə artıq “yeni nəfəs” aldı, insanlar rahatlıqla buradan hərəkət edə bilər.
⠀
#əvvəlsonra

🚶 Nişanlanma ilə küçəni necə səliqəyə salmaq olar... Droqal döngəsi kimi tanınan küçə piyadalar üçün olduqça narahat idi. Yolayrıcıya bitişik yerdə nişanlanma olmadığından avtomobillər düz kəsişməyə qədər park edirdi, səkidən çıxışlar da çox blook olunurdu.…
⬆️ İzləyicilərin göndərdiyi fotolarda səhər paylaşılan məqam öz sübutunu tapır.
Təhlükəsiz adacıqlarında sürücülər necə gəldi saxlayır. Ona görə bu adacıqlar fiziki olaraq səkiyə çevrilməlidir.