🚊 Tramvay dar küçələrin "əsl malıdır". 🇨🇿 Praqa bunu ən yaxşı misalıdır.
⠀
🇦🇿 Bakıya tramvayın qayıtmasının müzakirələri hələ də davam edir, və hətta bəzi ekspertlər tramvayın Bakının dar küçələrinə sıxmayacağını kontr-arqument kimi gətirir.
⠀
🔹 Birincisi, Bakının əksər küçələri heç də dar deyil, tarixi mərkəzi çıxsaq demək olar ki hər yerdə ən azı 4 zolaqlı yollardır. Lakin hətta dar küçələr üçün ən effektiv nəqliyyat elə tramvaydır.
⠀
☑️ Müasir tramvayın eni təxmini 15-20% avtobusdan kiçikdir.
⠀
☑️ Tramvayın kiçik seksiyaları var, deməli avtobusdan fərqli olaraq o döngələrdə daha çevikdir.
⠀
☑️ Tramvay sırf ona ayrılmış yol ilə gedir, bunu öncədən hesablayıb hərəkətini millimetrə qədər proqnozlaşdırmaq olar.
⠀
☑️ Tramvaya əlavə vaqonlar qoşub avtobusdan qat-qat daha çox sərnişin daşımaq olar. Avtobusda 80-100 nəfər, tramvayda 200-400 nəfər.
⠀
📸 Fotolarda Praqanın mərkəzində hərəkət edən müxtəlif nəsilə aid tramvaylardır. Sadalanan faktların yaxşı sübutudur. Video sübutuna isə bu şəhərdən çəkdiyim vloqdan baxa bilərsiniz.
#Praqa #tramvay

⭕️ Ukrayna dairəsinin ən yaxşı həllini Road Safety səhifəsi fikirləşdi 😁
🔄 Təhlükəsizlik adacıqlarının səkilərə qatılması — 🇺🇦 Dneprdən əla nümunələr.
⠀
🔹 Hərəkət zolaqları yenidən nişanlanır, "artıq" hissədə təhlükəsizlik adacıqlar yaradılır, bir müddət sonra isə səki tikilir.
⠀
❗️ Bakıya da təcili olaraq bu cür səki islahatları lazımdır. İki gün öncə göstərdiyim Droqal döngəsində bu cür etmək olar, misal üçün.
⠀
📸 Foto: Urban Dnipro.
⠀
#səkilər #əvvəlsonra

Sorğu: avtomobiliniz var?
Anonymous Poll
28%
Var, gündəlik istifadə edirəm
17%
Var, amma xüsusi hallarda istifadə edirəm
24%
Yoxdur, almaq fikrindəyəm
32%
Yoxdur, almaq fikrində deyiləm
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔺 Tıxacların həllini geniş yollarda axtaranlara hər dəfə Yusif Səfərov küçəsini göstərin.
⠀
🔸 10-zolaqlıq yoldur. Faktiki şəhər daxilində maqistral. Lakin pik və qeyri-pik saatlarında burada tıxaca düşə bilərsiniz.
⠀
🚍 Yaxşı ki, burada heç olmasa ictimai nəqliyyat fasiləsiz hərəkət edə bilir.
📸 Video: instagram / Azerbaycan.

🚝 Bakı-Sumqayıt monorels layihəsi - yaxşı ki reallşamadı.
⠀
🔺 Belə bir şəkil göndərdilər, yazırlar ki, vaxtilə (hələ köhnə nazirliyinin vaxtında) Bakı-Sumqayıt arasında monorels tipli nəqliyyat təklif olunurdu. Amma yaxşı ki, bu nəqliyyat Bakıya gəlmədi, çünki bu böyük bir səhv olardı.
⠀
🔸 Monorels futurustik və müasir nəqliyyat növü kimi görsənsə də, o çox böyük büdcələr tələb edir.
⠀
🔸 Adi qatar və tramvaylardan fərqli olaraq, burada tam fərqli texnologiyalar istifadə olunur. Fərqli "relslər", fərqli qatarlar, yerüstü platformalar daha bahalıdır, estakadalar tikilməlidir, ehtiyat hissələri və qulluq — bir sözlə - büdcəyə bir yükdür.
⠀
🔸 Moskvada salınan monorels ziyana işləyir, hər il saxlanılmasına büdcədən pul ayrılır. Vaxtaşarı olaraq sökülməsi təklif olunur.
⠀
❌ Bakıya belə eksperimentlər lazım deyil. Mövcud qatar hərəkət edir, əlavə qatarlar almaqla intervalları azaltmaq olar. Eyni zamanda, Bakı-Sumqayıt yolunda ayrılmış zolaq var, bunu misal üçün metrobus tipli də etmək olar (BRT).
🔸 Dünyada bəzi monorels layihələri olsa da, şəhər nəqliyyatı kimi onları indiki zamanda heç kim inşa etmir.
❗️ P.S. Hələ fikir verin şəkildə göstərilən arqumentlərin arasında "avtonəqliyyatın fasiləsiz hərəkəti" göstərilib. Yəni, hətta o dövrdə bunu təklif edənlər avtomobil yönümlü düşünürdü.

🔺 Deyəsən, Sovetskidə olan-qalan tarixi binaları sökməyə başlayıblar.
Bu tarixi kvartalları niyə saxlamaq lazımdır haqqında çox yazdıq və ətraflı vloq çəkdik.
Lakin bu videodan görünən odur ki, söküntü prosesi artıq başladı.

İnsan yönümlü şəhərlər ️
🔺 Deyəsən, Sovetskidə olan-qalan tarixi binaları sökməyə başlayıblar. Bu tarixi kvartalları niyə saxlamaq lazımdır haqqında çox yazdıq və ətraflı vloq çəkdik. Lakin bu videodan görünən odur ki, söküntü prosesi artıq başladı.
Şəhərsalma komitəsi reaksiya verib. Söküntü işləri dayandırılıb.
🎙️ Baş plan — bir il keçdi, nə dəyişdi?
⠀
Bakı şəhərinin baş planın təsdiqindən düz bir il keçir. Bu bir il ərzində şəhərdə bəzi dəyişikliklər görsə də, perspektivimiz tam məlum deyil.
⠀
Bu sənədi ətraflı təhlil edən şəhərsalma üzrə memar Dilqəm İsmayılov öz fikirlərini, təkliflərini və xarici təcrübəni növbəti podkastımızda paylaşdı.
⠀
➡️ https://youtu.be/bOXnb9uPhOM
⠀
#podkast

YouTube
"Baş plana baxıb çox yaxşı işlər görmək olar" — Dilqəm İsmayılov | İnsan yönümlü podkast
Bakı şəhərinin baş planın təsdiqindən düz bir il keçir. Bu bir il ərzində şəhərdə bəzi dəyişikliklər görsə də, perspektivimiz tam məlum deyil. Bu sənədi ətraflı təhlil edən şəhərsalma üzrə memar Dilqəm İsmayılov öz fikirlərini, təkliflərini və xarici təcrübəni…