İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
797 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
💬 Yorulmamısan? Bezməmisən? Bu şəhər düzələn deyil...

⬆️ Dəfələrlə belə demotivasiya edən şərhlərə rast gəlmişəm.

🔹 Lakin hər gün çıxdığımız küçələrin quruluşu bizim həyatımıza birbaşa təsir edir. Bizim üçün rutin olsa da, şüuraltı bu bizi formalaşdırır. Və ölkədə bütün digər məsələlərlə yanaşı, buna da biganə qalmaq çətindir.

🔹 Həmin küçələri, şəhərləri və ümumi olaraq mühiti daha yaxşı etməyin yeganə üsulu — mövcud problemlər haqqında danışmaq, onları gündəmdə saxlamaq, yaxşı misalları göstərmək, öyrənmək və maarifləndirməkdir.

📢 Mənimlə razısınızsa, apardığımız maarifləndirmə işində dəstək göstərməyiniz olduqca önəmlidir. Dəstəyiniz sayəsində vloqların çəkilişi üçün avadanlığı yeniləyirəm, dizayn və montaj işinə resurslar cəlb edirəm, reportajların hazırlanması üçün xərcləri qismən qarşılaya bilirəm.

❗️ Resurlar olmadan bunu davamlı etmək mümkün olmayacaq. Fürsətdən istifadə edərək, hər birinizdən dəstək olanların sırasına qoşulmağa rica edirəm.

Patreon-platformasında qoşulanlar bizim üçün ən dəyərlidir, çünki mütəmadi aylıq ianələr bizə işimizi planlaşdırmaq imkan verir. Əvəzində Patreon-da daha çox və daha öncədən kontent paylaşıram: patreon.com/city4people

Özəl Telegram-kanalına qoşula bilərsiniz — burada vloqların anonsları və açıq şəkildə paylaşılmayan postları oxuya bilərsiniz. Artıq bu kanalın izləyiciləri yeni mövsümünün vloqlarından xəbərdardır: https://t.me/tribute/app?startapp=s5ac

Birdəfəlik dəstək üçün:

☑️ kofe.al/city4people
☑️ ABB: 5522-0993-6003-6123
☑️ Leobank: 5411-2498-1256-6615
☑️ Kapital Bank: 4169-7385-1582-2504

Motivasiya yaradan və dəstək olan hərə kəsə təşəkkürlər! 🙏

#Dəstək
"Patreon" nədir və sizi niyə hər zaman dəstək olmağa çağırıram?

🔹 Təəssüf ki, Azərbaycanda kontent yaradan müəlliflərə dəstək göstərmək mədəniyyəti çox aşağıdır. YouTube-kanalını yaradanda əsas məqsəd maarifləndirmək, digər ölkələrin təcrübəsini göstərmək, Bakı və regionlardakı problemlərdən və çıxış yollarından danışmaq, — bir sözlə urbanistika mövzusunda faydalı və eyni zamanda maraqlı kontent yaratmaq olub.

🔹 Həm kanalda, həm digər sosial media hesablarında izləyicilərin artması yəgin ki, bu işin boşuna aparılmamasının göstəricisidir. Bugün minlərlə həmyerlimiz "insan yönümlü və müasir şəhər" necə olmalıdır, onun prinsiplərin nədir haqqında məlumatlıdır.

5-10 il əvvəl "geniş yollar və yeraltı keçidlər çox olmalıdır" deyənlər, bu gün öz küçəsində geniş səki və təhlükəsiz keçid tələb edirlər.

❗️ Lakin daha vacib məsələ odur ki, paylaşdığımız və danışdığımız mövzular şəhərdəki baş verən proseslərə təsir edir. Göstərdiyimiz uğurlu misallar artıq Bakıda tətbiq olunur, işıqlandırdığımız məsələlərə və müraciətlərə dövlət qurumlarından cavab gəlir, səhvlər düzəldilir.

🔹 Bu il də faydalı və maraqlı məzmunun hazırlanmasına davam etmək istəyirik. Bu işdə bizə ən yaxşı dəstək Patreon platformasında qoşulmaqdır. Çünki hətta kiçik, lakin müntəzəm şəkildə aylıq ianələr bizə işimizi planlaşdırılmış şəkildə davam etməyə kömək edir.

☑️ Əvəzində siz (sponsor statusundan asılı olaraq):
— yeni videoları və podkastları daha tez görəcəksiniz;
— əsas videolara düşməyən fraqmentləri görəcəksiniz;
— qapalı müzakirə qrupuna dəvət alacaqsınız;
— kitab və suvenirlər hədiyyə alacaqsınız;
— canlı görüşlərə dəvət olunacaqsınız.

💡 Yeni il bayramı ilə əlaqədar olaraq isə, yanvarın 4-nə qədər "URBAN2025" promokodu ilə abunəliyi 50% endirimlə rəsmiləşdirə bilərsiniz.

➡️
patreon.com/city4people

Dəstəyini əsirgəməyən hər kəsə təşəkkürlər. 🙏

#Dəstək