💡 Xaqani küçəsi - hazırki vəziyyət və təklif.
⠀
🔸 2021-ci ildə Xaqani və Nizami küçələri üçün BNA-ya belə bir təklif göndərib imtina məktubu almışdım.
⠀
🔸 Təklifə əsasən, burada ikitərəfli hərəkət təşkil olunmalı idi ki, bu küçələr şəhər mərkəzinə getmək və yürüşü azaltmaq üçün alternativlər olsun. Eyni zamanda, təklif velozolaqların salınmasını nəzərdə tuturdu.
⠀
🚧 Hazırda bu küçə də təmir üçün bağlanıb. Ümid edirəm, hazırda yeni asfaltlanan küçələrdə müasir standartları tətbiq edən AYNA bu təklifi nəzərə al. Təklifi rəsmi qaydada göndərəcəm.
⠀
#təklif #müraciətlər

⚡️ Yeni cərimələr prezidentin qərarı ilə təsdiq olundu və bugündən qüvvədədir.
Telegram
İnsan yönümlü şəhərlər ️
⛔️ Yeni cərimələr belə olacaq.
⠀
✍️ Bu gün Milli Məclisdə ikinci oxunuşda yeni qanun layihəsi müzakirə olunacaq. Onun təsdiq olunma ehtimalı yüksəkdir. Qanuna "velosiped yolu" və "kiçik elektrik nəqliyyat vasitələri" (elektroskuter) anlayışı daxil olur.
⠀…

🚧 Parlament prospekti təmirdən sonra açıldı.
⠀
🔹 Burada da hərəkət zolaqlarının eni optimallaşdırıldıqdan sonra velozolaq üçün yer tapıldı, əlavə olaraq burada təhlükəsizlik adacıqları təşkil olundu.
⠀
💡 Daha yaxşı etmək üçün isə burada:
🔸 Velozolaqları yolun hər iki tərəfindən salmaq olar (zatən digər tərəfi adi bufer zonadır), o zaman onları birtərəfli etmək olar
🔸 İkinci fotoda olan boya ilə nişanlanmış adacıqları qazon və ağaclar olan fiziki adacıqlarla əvəz etmək olar.
⠀
📸: Foto: AAYDA

🇦🇿 Bakıda nə baş verir?
⠀
💡 Velozolaqlar, piyadalaşma, küçələrin transformasiyası - uzun illərdir gözlədiyimiz urbanistik islahatların nəhayət şahidi oluruq. Layihələrin əksəriyyəti noyabr ayında keçiriləcək #COP29 konfransının ərəfəsində icra olunur.
⠀
🔝 Bəs TOP-5 ən maraqlı və önəmli layihə hansıdır? Və hansı məsələlər kənarda qaldı? Mövsümün yekun videosunda bu layihələrə yaxından baxacağıq.
⠀
➡️ https://youtu.be/cvVogmml9h0
⠀
#vloq #cop29

YouTube
Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır, səkilər genişləndirilir. Bu tədbirlərin hamısı Bakıda noyabr ayında keçiriləcək COP29 iqlim konfransının ərəfəsində görülür. TOP…
🇺🇸 ABŞ-ın daha bir şəhərində urbanistik islahatlara start verildi.
⠀
📍 San-Diego şəhərində NACTO və VisionZero standartlarına uyğun baryersiz səkilər, geniş velozolaqlar, səki çıxıntıları, parkinq cibləri və təhlükəsizlik adacıqları təşkil etdilər.
⠀
🔄 İndi bu küçə daha təhlükəsiz, əlçatan və daha çox hərəkət iştirakçılarının marağını nəzərə alır.
⠀
#ABŞ #VisionZero
⠀
📍 San-Diego şəhərində NACTO və VisionZero standartlarına uyğun baryersiz səkilər, geniş velozolaqlar, səki çıxıntıları, parkinq cibləri və təhlükəsizlik adacıqları təşkil etdilər.
⠀
🔄 İndi bu küçə daha təhlükəsiz, əlçatan və daha çox hərəkət iştirakçılarının marağını nəzərə alır.
⠀
#ABŞ #VisionZero
İnsan yönümlü şəhərlər ️
⚡️ Yeni cərimələr prezidentin qərarı ilə təsdiq olundu və bugündən qüvvədədir.
🔴 Sürücülərə artıq cərimələr gəlir.
Facebook-da bir sürücü yazır ki, avtobus zolağına daxil olduğu üçün 100 AZN cərimə olunub.
#cərimələr

🇫🇷 Paris - əvvəl və sonra.
⠀
Bu gün Parisdə Yay Olimpiya Oyunlarına start verilir.
⠀
❗️ Unutmayaq ki, bu şəhər heç də indi gördüyümüz kimi olmayıb. Son illər ərzində burada:
⠀
🚲 800 km yeni velozolaq təşkil olunub
🌳 170,000 ağac əkilib
🚗 Tıxaclar 40% azalıb
✔️ 200+ küçə avtomobillərdən azad edilib
🏊♂️ Sena çayı çimmək üçün yararlı olub
⠀
📸 Urban Cycling Institute.
#əvvəlsonra #paris

❌ Əhmədbəy Ağaoğlu küçəsində ağacları asfalta basdırırlar.
COP29? Yooo, eşitməmişik…
COP29? Yooo, eşitməmişik…
İnsan yönümlü şəhərlər ️
❌ Əhmədbəy Ağaoğlu küçəsində ağacları asfalta basdırırlar. COP29? Yooo, eşitməmişik…
⬆️ Siz hələ bu küçədəki səkilərə baxın.
Plintusdur elə bil, səki deyil.
Plintusdur elə bil, səki deyil.
İnsan yönümlü şəhərlər ️
❌ Əhmədbəy Ağaoğlu küçəsində ağacları asfalta basdırırlar. COP29? Yooo, eşitməmişik…
⬆️ Artıq düzəldirlər.
İndi laqeyd olmayan bir vətəndaş oradan keçib fotoları çəkməsəydi, məsələ elə də qalacaqdır.
Təəssüf ki, şəhərdə bu cür saysız-hesabsız yerlər var ki, vaxtında reaskiya olmadığından pis günə qalıb.

📄 Son günlər sosial şəbəkələrdə sürücülər qaldırılmış məbləğdə cərimələnməsi haqqında postlar paylaşır.
⠀
🔸 Misal üçün şəkildə olan qayda pozuntusuna görə sürücüyə 80 AZN və 2 bal yazılıb (ikinci sırada avtomobili saxladığına görə, əvvəl 20 AZN olub). Bundan əvvəl avtobus zolağına daxil olan sürücü 100 AZN və 2 bal cərimə olunduğu haqqında post paylaşılmışdır.
⠀
🔸 Lakin əgər avtobus və velosiped zolağına daxil olan, ikinci sırada dayanan sürücülər 100% qayda pozuntusu olmağını bilirsə, parkinq məsələsində infrastruktur cəhətindən çatışmazlıqlar var. Belə ki, bizdə hələ də yolun qırağında sarı xəttin olması dayanmanı qadağan etmir və əgər küçənin əvvəlində 3.27 nişanının olub-olmamasını bilmirsənsə, cərimə oluna bilərsən. Oxşar vəziyyət ödənişli parklanmaya aiddir. Bizdə parklanma yerlərinin nömrələri yalnız nişanın altındakı əlavə lövhəcikdə qeyd olunub. Misal üçün, Tiflisdə bunun asfaltın üzərində edirlər ki, sürücülər vaxt itirib nişan axtarmasın.
⠀
🔸 Ümumi olaraq desək, cərimələrin tətbiqi müntəzəm xarakter daşısa, həmçinin səkilərdə parkinq edilməsinə görə də tədbirlər görülsə, yaxın 1 il ərzində müsbət tendensiyanın şahidi olacağıq.

🚲 Qusarda velosiped zolağı.
⠀
🔸 Şəxsi mesajlarda və qrupda izləyicilər qayda pozuntularını fotolarını göndərib soruşurlar ki, niyə bəzi sürücülər cərimədən çəkinmirlər, ya da ki niyə bəzi küçələrdə cərimə yazmırlar?
⠀
❓ Qarşı sualım var. Sizcə regionlarda 100 manatlıq cərimə reydi başlasa reaksiya necə olar? Misal üçün, Qusar ölkənin nadir şəhərlərdən biridir ki, burada velozolaqlar var. Lakin bəzi yerlərdə zolağa heç kim riayət etmir. İndi bu sürücülərə cərimə yazan olacaq sizcə?
⠀
🔹 Sualın cavabı oradan başlayır ki, bəs burada velosiped zolağı düzgün təşkil olunubmu?
#regionlar #qusar #velosipedzolaqları

🚌 Koroğlu metrostansiyasının yanında nəqliyyat mübadilə mərkəzinin inşası bitib.
⠀
🔹 Mərkəzin məhz burada yerləşməsi daha məntiqlidir, çünki qatar stansiyasına daha yaxındır. Beləliklə, bura avtobus, metro və qatar stansiyalarının birləşdirdiyi nəqliyyat habıdır.
⠀
🔹 Qısa zamanda inşa edilməsini nəzərə alaraq, sərnişinlər üçün pavilyondan əlavə digər şərait nəzərdə tutulmayıb. Xüsusilə ağac və süni kölgələrdən söhbət gedir. Ümid edirəm, gələcəkdə bunun üçün də vəsait və imkan tapılar.
⠀
🔹 BNA-nın vaxtında inşa edildiyi NMM yaxşı nümunədir, gəlin həmçinin digər ölkələrdəki mübadilə mərkəzlərinə baxaq.
#mübadiləmərkəzi