İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Bakıda nə baş verir?

💡 Velozolaqlar, piyadalaşma, küçələrin transformasiyası - uzun illərdir gözlədiyimiz urbanistik islahatların nəhayət şahidi oluruq. Layihələrin əksəriyyəti noyabr ayında keçiriləcək #COP29 konfransının ərəfəsində icra olunur.

🔝 Bəs TOP-5 ən maraqlı və önəmli layihə hansıdır? Və hansı məsələlər kənarda qaldı? Mövsümün yekun videosunda bu layihələrə yaxından baxacağıq.

➡️ https://youtu.be/cvVogmml9h0

#vloq #cop29
COP29-un Bakıya gətirdiyi ən yaxşı islahat bu oldu.

🔄 Vağzal meydanı və 28 May metrosunun ətrafı yenidənqurmadan əvvəl və sonra — sadəcə müqayisə edin. Əvvəllər xaotik və nizamsız məkan bu gün səliqəli nəqliyyat habına və əlçatan ictimai məkana çevrilib.

🔸 Bəzi nüanslar olsa belə, birmənalı bu dəyişikliyi uğurlu urbanistik transformasiya adlandırmaq olar.

#vağzalmeydanı #COP29 #əvvəlsonra