İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.51K photos
315 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⬆️ Dəmiryol vağzalının bağlanmasına qarşı çıxanlara bu fotoları göstərin.

İndiyə qədər burada əsl "Banqladeş" idi. Səkilər kəsilib, piyadalar yol ilə gəzmək məcburdur, avtomobillər bütün sahəni və avtobus dayanacaqlarını zəbt edir, bir sözlə xaos.

🔹 Qafqazın ən böyük şəhərində mərkəzi meydanının bu vəziyyətdə olması utancvericidir. Ümid edirəm, buna son qoyulacaq və burada müasir bir ictimai məkan yaradılacaq.


#vağzalmeydanı
🔹 Tək bizdə deyil.

Bir çox şəhərlərdə Vağzal meydanları əvvəl parkinq olub, sonra müasir ictimai məkanlara transformasiya edilib.

Fotoda: 🇺🇦 Lviv şəhərində vağzal, Ukrayna.

#əvvəlsonra
Sosial şəbəkələrdə şərhlər: “Geniş yollar bizi tıxaclardan xilas edəcək!!🤩

Həmin an geniş yollar:

#tıxaclar #yollarıngenişləndirilməsi
🌳 Xaqani (Molokan) bağının piyadalaşdırılması üçün hələ 2020-ci ildə “İCMALab” belə bir layihə təklif etmişdir.

🔸 Burada daha çox taktiki urbanizm elementlərindən istifadə olunub.
Forwarded from Anar Əliyevin bloqu
Sizə tramvay hədiyyə etmək istəyirəm. 🙂

🇨🇿 Praqa vloquna sona qədər baxan yəgin bu fraqmenti də izləyib. Bu şəhərin simvollarından biri sayılan belə bir suvenir tramvay aldım Praqadan.

İndi isə izləyicilərin birinə hədiyyə etmək istəyirəm. Bu həftənin sonuna qədər kanalın inkişafına ən böyük ianə göndərən izləyiciyə bu eksklüziv hədiyyəni göndərəcəm.

☑️ Birdəfəlik dəstək göstərmək üçün:
kofe.al/city4people

💳 Kartdan karta:
☑️ ABB: 5522-0993-6003-6123
☑️ Leobank: 4098-5844-6806-8406
☑️ Kapital Bank: 4169-7385-1582-2504

Patreon-da bizə qoşulanların dəstəyi də sayılır.

✍️ Daha sonra mənimlə əlaqə saxlayın:
🔹 Telegram: @City4People_az_Bot
📩 E-mail: anar@city4people.az

🔸 P.S. Hazırda ən böyük ianə 17 AZN.
💫İnsan yönümlü şəhərlərə dəstək

Fəaliyyətimizə dəstək olan hər kəsə təşəkkür 💚
İnsan yönümlü şəhərlər ️ pinned «💫İnsan yönümlü şəhərlərə dəstək Fəaliyyətimizə dəstək olan hər kəsə təşəkkür 💚»
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚊 Niyə tramvaylar elə dar küçələrdə lazımdır?

İzah edirəm, 🇨🇿 Praqanın nümunəsində.

#tramvay #Praqa #minivloq
⚠️ 8 noyabr prospekti kapital yenidənqurma üçün təmirə bağlanır.

Hər zaman olduğu kimi, ictimaiyyətə layihə açıqlanmır, lakin ümid edirəm burada insan yönümlü prinsiplər nəhayət tətbiq olunacaq.

🔸 Bu prospekt haqqında keçən il reportaj çəkmişdim. İndiki vəziyyətdə şəhərin bu vacib arteriyası konkret olaraq qəzalar ocağıdır. Nə qədər piyada burada vurulub…

Səkilər dar (bəzi yerlərdə ümumiyyətlə yoxdur), piyada keçidləri arasında məsafə çox böyükdür.

Bura nə lazımdır?
🔹 Geniş səkilər
🔹 Eynisəviyyəli piyada keçidləri
🔹 Velosiped zolaqları
🔹 Avtobus zolağı
🔹 Baş planda buradan hətta tramvay keçir.

🔸 Belə bir layihə təklif də etmişdim vaxtilə.

Ümid edək ki, burada müasir prinsiplər tətbiq olunacaq, asfaltın yenilənməsi ilə iş bitməyəcək.

#8noyabrprospekti
Media is too big
VIEW IN TELEGRAM
🔹 Dəmiryol vağzalında toxunmaq istədiyim daha bir məqam - Sakitliyə fikir verin!

Səs kirliyi yoxdur, bu çox önəmlidir.

#minivloq #vağzalmeydanı
❗️17 mart tarixindən başlayaraq, Bakının tarixi mərkəzi küçələri bazar günlərində avtomobillərin girişi üçün bağlanacaq.

Yalnız sakinlərin girişinə icazə veriləcək (güman ki, şlaqbaum qoyulacaq).

🔸 Bir məsələ var ki, AYNA press-relizdə "həftəsonu" qeyd edir, lakin məhdudiyyətlər şənbə gününə şamil olunmur. Xaqani bağının ətrafını bağlayandan sonra, düşünürəm, belə addımlar davamlı olacaq və güman ki gün güləcək bu küçələr tamamilə piyadalaşacaq.


📍 Xəritə: Azər Axundov.

#piyadalaşma