İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.48K photos
308 videos
2 files
781 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Qubadan təhlükəli və təhlüləsiz küçənin nümunəsi.

Elə gələ bilər ki, bu iki tam fərqli bir məkandır, amma hər iki foto Qubanın Memar Əcəmi küçəsində çəkilib.

İdealdan uzaq olsa da, yaxşı küçədə biz səkinin mövcud olmasını görə bilərik, burada küçəyə kölgə gətirən ağaclara da rast gəlmək olar.

Amma küçənin digər bir hissəsində sadəcə maksimum dərəcədə asfaltlanmış ərazi, səkinin küçənin bir tərəfində demək olar ki olmaması, küçə sahəsinə çıxan ağacları isə bir əlin barmaqlarında saymaq olar.

Quba kimi kiçik şəhərlərdə ən çox şoka salan o faktdır ki, burada heç vaxt böyük avtomobil axını olmur və yaxın 50 ildə gözlənilmir də. Buna rəğmən burada lazımsız dərəcədə geniş yollar salınır.

Əvəzində burada əla bir mühit yaratmaq olar ki, insanlar buranın qəşənq havasından ləzzət ala-ala hərəkət etsin, velosiped sürsün, lakin bu dəyərlər belə çıxır ki bizim regionlara, təəssüf ki, hələ ki yad olaraq qalır.

🔹 Qubadan vloqumuz da olub, izləməyə dəvət edirəm.

#təhlükəsizlik #regionlar #Quba
Paytaxtın baş planını 4 ildir təsdiq edə bilməyən ölkədən bəyanat 😂
Piyadalar yolda, maşınlar səkidə - yeni vloqda Bakıdan daha bir nümunə və araşdırma.

📍 Bugünki videoda "28 May" və Dəmiryolu Vağzalı adlandırdığımız ərazini piyada gəzəcəyik və buradakı infrastruktura və piyadalar üçün yaradılan şəraitə yaxından baxacağıq.

Vloqa baxıb bir daha başa düşəcəksiniz ki, piyadaların yol ilə gəzməsi niyə insanların vərdişinə çevrilib.

https://youtu.be/CyYBkFchMvU

🔹 Kanalın davamlı fəaliyyətinə dəstək göstərmək sizi Patreon-da gözləyirəm. İzləyicilərin xahişi ilə artıq ən minimal $1-lıq abunəlik də mövcuddur. Digər üsullar bu postda.

Dəstək göstərən hər kəsə təşəkkür!

#vloq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İçərişəhər qoruğunun qala divarları parkinq kimi istifadə olunur. Bakı şəhərində parklanma xaosu bu gün pik həddinə çatıb.

Gələcək nəsillər bu cür videolara baxanda bizi çox söyəcəklər.


#parklanma #İçərişəhər
Uzun müddət parkinq kimi istifadə edilən Nizami Ədəbiyyət Müzeyinin qarşısındakı meydanı artıq fiziki olaraq dibçəklə ayırdılar.

Bura insanlara verilir. Daha insanyönümlü etmək üçün küçə mebeli də qoymaq olar.

🔹 Müqayisə üçün əvvəlki vəziyyəti də əlavə edirəm.
🚍 Bakı-Sumqayıt yolunda avtobus zolağı salınır.

Maraqlıdır ki, ilk dəfə olaraq zolaqda bufer zonası da nəzərdə tutulub.

Bu xüsusi adacıqdır ki, zolaqdakı hərəkəti ləngitmir. Bu haqda məqalə var bloqumuzda.

İndi əsas odur ki, nəzarət olsun. Zolaq işə salınandan sonra baxarıq.

#avtobuszolağı
Küçə mebeli - Balaxanıdan öyrənək! 👍

Abadlışdırıldıqdan sonra turistik məkana çevrilən Balaxanı qəsəbəsində diqqət çəkən elementlərdən biri də küçə mebelidir. Skamyalar, dibçəklər və hətta masalar buranı insan yönümlü edir.

Dayanıb istirahət etmək üçün yaradılan şərait piyada gəzintiləri üçün önəmlidir.

Ümumi burada olan ab-hava da öz yerində.

🔹 Növbəti vloq buradan olacaq. Qaçırmamaq üçün abunə olun.

#küçəmebeli
💡 İctimai nəqliyyat məhz buna görə inkişaf etdirilməlidir. Rəqəmlərdə diqqət yetirin.

Avtobus zolaqlarına qarşı fikirlər səslənə bilər, "tramvaylar bizə lazım deyil" ifadələrini eşidə bilərik. Lakin reallıq odur ki, bu gün biz Bakıda mobilliyi təmin etmək və tıxaclardan qurtulmaq istəyiriksə, daha çox insan daşıyan nəqliyyatı inkişaf etdirməliyik.

📊 Bunlar hamısı elm və statistika ilə sübut olunan məsələlərdir və bizdə bunları tətbiq etməyin vaxtı çoxdan çatıb.

#ictimainəqliyyat #urbanistika #infoqrafika
🚨 Tıxac tək vaxt itirmək deyil, həyat məsələsidir.

🚑 Yüzlərlə təcili tibbi yardım avtomobilləri hər gün tıxacda ilişib qalır və kim bilir nə qədər insan vaxtında təcili yardım göstərilməməsi üçün həyatını itirir.

Nəzərə alsaq ki, bizdə tıxacda sürücülər heç bir ara məsafəsi saxlamır, bu çox ciddi sosial problemdir.

📸: Rəvan Bağırov

#tıxaclar
🇦🇿 Yaxşı urbanistik həllər insanları daha xoşbəxt edir. İnsan yönümlü Balaxanı bunun bariz nümunəsidir.

Tanınmış qəsəbənin transformasiyası, tarixi və yanaşması - daimi qonağım memar Dilqəm İsmayılovla Balaxanı qəsəbəsi haqqında urbanistik icmalını hazırladıq. Digər videolarda görmədiyiniz və eşitmədiyiniz nüansları məhz bizim vloqda izləyə biləcəksiniz.

https://youtu.be/4Ut2wIbGtz4

🔹 İşimizə dəstək göstərən hər kəsə təşəkkür edirəm. Dəstəkçilər arasında qoşulsanız, bizə daha da böyük layihələrin hazırlanmasında çox kömək edəcəksiniz. Patreon-da bizə daimi dəstək göstərənlər isə əlavə bonuslar əldə edəcək və videoların geniş versiyalarını izləyə biləcəklər.


#vloq