İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.48K photos
308 videos
2 files
781 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Şəkiyə qısa səfərim oldu. Dedim sizin üçün bu şəhərin küçə infrastrukturunu göstərim.

Təəssüf ki, vəziyyət ürəkaçan deyil. Yenə də yol var, amma səki yox. Açıq və təhlükəli xəndəklər və dizayn-kodsuz tarixi binaların fasadları.

Daha çox foto və ətraflı şərhlər İnstagram stories-də.

#regionlar #Şəki
⚠️ İzləyicilər qanunun daha bir boşluğuna fikir verdilər.

Deməli, mövcud qanunveriliciyə görə, taksi xidmətlərini göstərən şirkətlərin avtomobilləri yalnız sarı, ağ və ya bənövşəyi rəngində ola bilər. Bu məlumatı hazırda daşıyıcılara keçirilən treninqdə sürücülərə təqdim edirlər.

Lakin, elə dövlət taksisi sayılan "Baku Taxi" yeni elektrik "London Cab"-ları qırmızı rəngindədir. Belə çıxır ki, "pomidor" dediyimiz taksilər qanunveriliciyin tələbinə cavab vermir? 🙂

#taksi
Günün rəqəmi.

Niderlandda uşaqların 69%-i məktəbə velosipedlə gedir.

#Niderland
🇦🇿 Bakı şəhəri çox şanslı oldu ki, vaxtilə buxta sahilini bulvar tipli park elədilər.

Şəhər sakinlərinin su ilə kontaktı olduqca vacibdir.

Suya çıxış insanları gəzintilərə motivasiya edir, təbiətə bağlılıq hissini oyadır, hətta terapevtik effekt göstərir.

Bəzi şəhərlər dəniz və ya çay sahili boyu maqistral tipli yollar çəkir (post-sovet ölkələrində belə misallar çoxdur), amma yaxşı ki, bütün digər məsələləri qıraqda qoysaq, bizim paytaxtda buna yol verilmədi.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hər axşam bu ərazidə vəziyyət “gül”dür. 💩

“Park Azure” ətrafında baş verən xaosdan qısa video çəkdim.

#minivloq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vaxt gedir, amma heçnə dəyişmir.

AzNeft dairəsini yenə bağlayırlar, yenə avtobuslar tıxaclarda ilişib qalır.

Yaxşı, onda taksi qiymətini niyə qaldırmışdınız, əgər alternativ olaraq insanlara yaxşı ictimai nəqliyyat verə bilmirsiniz?

#tıxac #ictimainəqliyyat
🇦🇿 Bugünki xəbəri hələ 3 il əvvəl gözləyirdik. Ümid edirəm bundan sonra şəhid xəbərləri gəlməz.

İnkişafın yolu yalnız sülhdən keçir. Ümid edirəm Xankəndidəki vətəndaşlar bu qədər qapaz alandan sonra nəhayət bunu anlayacaq.
Azadlıq prospektinin bu hissəsində hələ də keçidin olmaması təhlükə yaratmağa davam edir.

🔹 Bir neçə ay bundan öncə buradakı vəziyyəti izah etmişdim. və dövlət qurumlarına müraciət ünvanlamışdım.

Müraciətə hələ müsbət cavab gəlməyib və hər gün piyadalar burada təhlükəli şəkildə yolu keçməyə davam edir.

💬 Məyusedici həmçinin odur ki, bəzi izləyicilər yazır “tənbəl piyadaların canı çıxsın getsin 200 metr qabaqdakı svetofordan keçsin”.

Amma bu belə işləmir, əgər sizdə kütləvi şəkildə yolu nəzərdə tutulmayan yerdən keçirlərsə, siz ora qadağalar deyil, əksinə yolu keçmək üçün şərait yaratmalısınız.

🔸 Piyadaları təhqir və tənqid edərək inkişaf heç vaxt olmayacaq.


#piyadakeçidləri #azadlıqprospekti
Azərbaycanda quru sərhədlər tək ermənilər üçün açıqdır. 🙂

Xüsusi karantin rejimi yenidən uzadıldı, quru sərhədlər vətəndaşlar üçün gələn ilədək bağlı qalacaq.

Buna baxmayaraq, Qarabağı tərk etmək istəyən ermənilər üçün Ermənistana yol açıqdır.

Bu addımdan sonra dünya ictimaiyyəti bizi heçnədə ittiham edə bilməz. Nə olur, elə özümüzə olur. 🤷‍♂️
🇦🇿 Xankəndidə panduslar yoxdur.

Geniş asfalt səhraları da insan yönümlü etmək missiyamız üzərimizə düşür. 🙂


#Qarabağ
🚍 Avtobus sürücüsü də yaxşı maaşa layiqdir.

🇬🇪 Tbilisidə yeni açılan avtobus sürücüsü vakansiya üçün 3000 lariyə qədər məvacib təklif edirlər. Bu, 2000 manata yaxın pul edir.

İzləyicimiz arasında avtobus sürücüləri varsa, şərhlərdə Bakıda təklif edilən maaşı yazın, müqayisə edək. Şəxsi mesajda da yaza bilərsiniz, anonim qala bilər, istəsəniz.

#Tbilisi #ictimainəqliyyat
🇦🇿 Xankəndidə yerləşən “Nənə və baba” heykəli artıq nəzarətimizdədir.
İzləyicilərin fikri maraqlıdır.

⬆️ Sizcə bu heykəl saxlanılmalıdır yoxsa demontaj olunmalıdır? Şərhlərdə fikrinizi əsaslandıra da bilərsiniz.
Anonymous Poll
48%
Saxlanılmalıdır
52%
Sökülməlidir
❗️ Səkini zəbt edən bu beton karkaslar 9 aydır heç kimin vecinə deyil.

Ordumuz cəmi 23 saata Qarabağ məsələsini həll edib.

Lakin hələ mart ayında sökülən bu yerüstü piyada keçidinin dayaqlarını demontaj edən qurum tapılmayıb.

📍 Bakı şəhərinin mərkəzidir bura, Koroğlu Rəhimov küçəsi.