❗️ Şad xəbər var. Lazımsız və qanunsuz piyada keçidi, görünür ki, sökülür.
⠀
Koroğlu Rəhimov küçəsində son vaxtlar gündəmə gətirdiyimiz məsələ öz həlli tapmaq üzrədir.
⠀
Xatırladım ki, burada normal eynisəviyyəli nizamlanan keçid ola-ola əlçatan olmayan və müasir şəhərsalmaya zid olan yerüstü keçid tikirdilər.
⠀
Bu haqda çəkdiyim videoya 7 mindəm çox baxış gəlib. Məsələni işıqlandıran İTV və digər media resurslar da sağ olsun.
⠀
🔹 Müvafiq dövlət qurumlarına da düzgün qərara görə təşəkkürlər. Növbəti addım - digər mövcud küçədənkənar keçidləri eynisəviyyəli keçidlərlə əvəz edilməsidir.
#piyadakeçidi

✅ Bizim Patreon-hesabımıza abunə olun, hətta hər ay ayırdığınız simvolik məbləğ gördüyümüz işə dəstək olacaq.
Patreon-lara qoşulan izləyicimiz həmçinin videoları daha tez izləyə biləcək, urbanistika haqqında kitablar hədiyyə alacaq.
⠀
💳 Kart-2-kart:
🔹 Bank Respublika: 4244-4873-5828-7859
🔹 Leobank: 4098-5844-6806-8406
🔹 Kapital Bank: 4169-7385-1582-2504
Dəstəkçilərimiz sırasına qoşulanlara isə bir daha təşəkkür! 🙏
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👆 Yaxşı infoqrafikadır.
Həm də, sürücülərin nəzərinə çatdırım ki, 90 sürətlə gedəndə ortastatistik avtomobildə təxmini 20-30% yanacaq sərfiyyatı da azalır. Yəni, büdcəyə də qənaətdir.
#təhlükəsizlik #infoqrafika

🇲🇽 Meksikada yerüstü keçidləri söküb eynisəviyyəli keçidlərlə belə əvəz edirlər.
⠀
Bu proseslər bütün dünyada baş verir və bir gün mütləq Bakıda da kütləvi şəkildə baş tutacaq.
⠀
💬 "Yeraltı/yerüstü keçidlər yaxşı şeydir və şəhərdə lazımdır" deyən dostlarınız arasında bu fotoları paylaşın.
#piyadakeçidləri

🇸🇪 Bu günü sizi dünyanın ən təhlükəsiz şəhərinə dəvət edirəm.
⠀
İsveçin əhalisi Azərbaycan qədər olsa da, bu ölkədə yol qəzalarında bizdən 4-5 dəfə daha az insan həlak olur. Amma burada siz yeraltı/yerüstü piyada keçidlərinə rast gəlməyəcəksiniz. Yolları isə bizdən dar olsa da, burada tıxaclar olmur.
⠀
💡 Bunun sirri nədir? "Vision Zero" proqramının vətəni olan Stokholm şəhərini gəzdim və əsl yol təhlülkəsizliyini göstərməyə çalışdım.
⠀
https://youtu.be/Thwd9B8dDFs
⠀
🔹 Qeyd edim ki, İsveçdən bir neçə reportaj buraxmaq planda var, siz isə görülən işlərə öz dəstəyinizi göstərə bilərsiniz: https://t.me/city4people_az/1114
#Stokholm #vloq

YouTube
Stokholm: Tıxacsız və qəzasız şəhər mümkün imiş
🇸🇪 İsveçin paytaxtını yol təhlükəsizliyinin paytaxtı adlandırırlar. Yol qurbanlarına son qoymaq hədəfini qoyan "Vision Zero" proqramını məhs burada icad ediblər.
Əhalisi Azərbaycan qədər olan İsveçin yollarında bizdən 4-5 dəfə daha az insan həyatını itirir.…

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇴 Boqota şəhərində ayrılmış avtobus zolağı sizi belə tıxacdan xilas edə bilər.
⠀
Avropa deyil bura, Cənubi Amerikadır. Burada da başa düşürlər ki, insanlara seçim vermək lazımdır. Ya öz maşınında daha komfortlu, amma daha gec və tıxacda, ya da ictimai nəqliyyatla, ayaq üstə gedə bilərsən, lakin vaxtında çatacaqsan.
#avtobuszolaqları

✅ Koroğlu Rəhimov küçəsindəki lazımsız yerüstü piyada keçidi tarixə qovuşdu.
Paylaşdı: Road Safety
#piyadakeçidləri #əvvəlsonra
Paylaşdı: Road Safety
#piyadakeçidləri #əvvəlsonra
Amsterdam deyil, Tbilisidir. 🇬🇪
⠀
İnfrastrukdur yaradıqca, onun istifadəçiləri də peyd olunacaq. 10 il bundan əvvəl Gürcüstanda belə bir mənzərə təsəvvür etmək olmazdı.
⠀
🚲 Amma şəhər meriyası kütləvi velosiped zolaqları salmağa başladı və velosiped istifadə edən vətəndaşların sayı artmağa başladı. Bu gün Bakının da belə islahatlara çox böyük ehtiyacı var.
⠀
Foto: Viktor Tsilosani
#Tbilisi #velosipedzolaqları

🚇 Bu metroda şəkil çəkdirmək olar. 📸
⠀
Ona görə yeni videoda sizə dünyanın ən qeyri-adi metrostansiyalarını göstərəcəm. Unikal dizayna malik və yeraltı rəsm qalereyasına bənzəyən 🇸🇪 Stokholm metrosunu gəzərək sizə eyni zamanda Bakı metrosunda çatışmayan məsələləri göstərdim.
⠀
https://youtu.be/8fkMmiSY_Oo
⠀
✅ Videolar sizə maraqlı gəlirsə, sizin dəstəyinizə şad olaram: https://t.me/city4people_az/1114
#metro #Stokholm #vloq

Stokholm metrosu: Yeraltı rəsm qalereyası
Bura dünyanın ən gözəl və ən qeyri-adi metrosu sayılır. Yeraltı qayalarda inşa edilən Stokholmun bir sıra metrostansiyalarına unikal dizayn verilib. Bu vloqda göy xətdin beş ən maraqlı stansiyalarını gəzdim, sizə detalları göstərdim. Təbii ki, kamera tam…
❗️ Yol hərəkəti təhlükəsizliyində çox ciddi islahatlar aparılmalıdır.
Bakı-Salyan yolunda bu gün baş verən qəzada 4 (!) nəfər həlak olub. Onların arasında 2020-ci il təvəllüdlü körpə də var.
Bu faciədir.
#qəzalar

⚠️👆 Şəkildəki xəbərin 9 yaşı var. ⠀
⠀
Bizi hələ 2014-cü ildə tıxaclardan qurtulmaq istəyirdilk. 10 ilə yaxın vaxt keçdi, vəziyyət isə daha da pisləşdi.⠀
⠀
🔹 Çünki o vaxtdan bəri bizim qurumlar "Maşınlar üçün necə şərait yaradaq?" sualına cavab axtarırdılar. Yolları genişləndirirdilər, piyadaları yerin üstünə və yerin altına qovurdular, səkiləri parkinqə çevirirdilər, ictimai nəqliyyata diqqət demək olar ki yox idi.⠀
⠀
BNA gəldi, dedi ictimai nəqliyyata prioritet verək, yeni avtobus zolaqları salaq, amma populist məmurlar və deputarlar bunu qınadı, polis inspektorları isə bu gün özləri avtomobilləri bu zolağa yönəldirlər.⠀
⠀
Bunların hamısının "bəhrəsini" indi pəncərəyə baxıb görə bilərsiniz 🚗🚗🚗. Bakı şəhəri həm tıxaclar boğulur, həm də yol təhlükəsizliyi problemi çox acınacaqlı vəziyyətdədir.⠀
⠀
🔹 İndi isə Nəqliyyat Nazirliyi (RİNN) deyir ki, biz şəhəri piyadayönümlü etməliyik, xarici mütəxəssislər dəvət etmişik.⠀
⠀
💬 Bu xarici mütəxəssislər sizə bilirsiniz nə deyəcək? Deyəcək ki, maşınlar üçün olan geniş prospektləri daraldın, orada ayrılmış zolaqlar çəkin, tramvayı qaytarın, velozolaqlar salın.⠀
⠀
❗️ Bunların hamısı düzgün təbliğ görməyən cəmiyyətdə çox ciddi narazıçılığa gətirəcək. Bütün dünyada, hətta ən inkişaf etmiş ölkələrdə, belə islahatlar xalq tərəfdən təzyiqlə qarşılaşıb.⠀
⠀
❓Bizim dövlət qurumlarına sualım odur ki, siz bu təyziqə hazırsınızmı? Urbanistik islahatlar böyük cürət tələb edir.⠀
⠀
🔹 Yaxın gələcəkdə baş verən proseslər mənə çox maraqlıdır. Və əlbəttə ki, bu səhifədə dayanmadan maarifləndirməni aparmağa davam edəcəm, xarici təcrübəni göstərəcəm ki, bizim cəmiyyətdə "həqiqətən yaxşı şəhər necə olmalıdır?" sualına düzgün cavab formalaşsın.⠀
⠀
🤝 Kanala daha çox dostlarınızın dəvət etməsi də bu islahatları yaxınlaşdıracaq.
#tıxac #analitika

❗️Tikinti agentliyi yol hərəkətinin təşkilinə qarışmamalıdır!
⠀
AAYDA agentliyi yalnız yolların tikintisi və digər qurumlardan gələn sifarişləri icra etməlidir.
⠀
💬 İzləyicimiz İlkin Babayev yazır ki, Zığ yolundan İnqilab İsmayılov küçəsinə dönmək üçün mövcud vəziyyətdə sürücülər ~6 km əlavə yürüş etməlidir. Həmin kəsişmədə sadəcə bir kəsişmə açmaq ilə bu məsafəni tam sıfıra endirmək olar.
⠀
✅ Bu təklifə BNA razılıq versə də, ❌ AAYDA bunu "məqsədəuyğun hesab etmir". Argument kimi "hərəkət intensivliyi" və "mühəndis kommunikasiyaların olması" gətirilir.
⠀
Birinci məsələyə gələndə, əminəm ki, BNA-da hərəkət intensivliyi haqqında daha çox və daha dəqiq məlumat var ki, onlar razılıq veriblər. Mühəndis kommunikasiyalarının olmasının problemini isə mən ümumiyyətlə başa düşmürəm.
⠀
Qarabağda, Qafqaz dağlarının altında tunnel tikən bir şirkət üçün kiçik bir ərazidə kabellərin yerlərini dəyişmək necə problem ola bilər?! 🤦♂️
⠀
🔹 Həmçinin qeyd edim ki, əlavə yürüş avtomobillərdən havaya atılan zərərli tullantılara da təsir edir. Yəni, indiki vəziyyət nəinki sürücülərin əlavə vaxt itkisinə, həm də mənfi ekoloji təsirə də gətirib çıxarır.

💨 Post-apokaliptik Bakı.
⠀
Maraqlı bir vizyonun müəllifi: Barış Mehtiyev.