İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.53K photos
317 videos
2 files
802 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
💡 Kaş hər gün belə xəbərlərin şahidi olardıq.

🚶 Mirzə Ağa Əliyev küçəsində bərpa olunmuş səki. Artıq piyadalar burada velozolaqla hərəkət etməyə məcbur olmayacaq.

☑️ Bəli, səki daha geniş ola bilərdi, amma unutmayaq ki, burada ümumiyyətlə hərəkət etmək mümkün deyildi. Əvvəlki vəziyyətin fotoları da əlavə olunur.

🟢 Belə təşəbbüslər bütün şəhərləri əhatə etməlidir.

#səkilər
🇺🇸 ABŞ Niderlandın təcrübəsini tətbiq edir.

🚄 Cənub Floridanın Dəmir Yolları insanların mobilliyini artırmaq üçün velosipedləri daşımaq üçün ayrıca vaqon ayırıb. Beləliklə, sərnişinlər stansiya qədər öz velosipedləri ilə gəlib, yığılmamış vəziyyətdə vaqona yükləyib yollarını davam edə bilər. Bir vaqona 14 velosiped yerləşir. Bu xidmətə görə əlavə pul ödəmək lazım deyil.

🔹 Belə bir təcrübəyə velosipedləşmiş Avropa şəhərlərində rast gəlinir (Niderland, Almaniya, Danimarka və s.). Həmçinin bizim Dəmir Yollarında da belə opsiya var (yeni Stadler Flirt qatarlarında).

🚲 Beləliklə, mikromobillik vasitələri "last mile" (son mil) kimi istifadəsi də stimullaşdırılır.

#ABŞ #qatarlar
🌳 Adi yaşıllıq küçəni necə dəyişə bilər.

Ağaclar küçədəki ekosistemin balansını qorumağa kömək edir;

Yay aylarında küçələrə kölgə salaraq kondisioner effektini verir;

Küləyin qarşısını qismən alır;

Yağış sularını qismən özünə alır və drenaj sistemlərini yükləmir;

Küçədəki səs-küyü boğaraq bina sakinlərin yaşayışını daha rahat edir;

Küçəni daha gözəl edir;

Ağac olan küçədə gəzərək insanlar daha az stress yaşayır.

Hansı küçədə yaşamaq istəyərdiniz — parkinq və asfalt səhrası olan, yoxsa yaşıllıq ilə dolu?

#ağaclar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚋 Bakı tramvayı bu gün 101 yaşını qeyd edə bilərdi.

🇦🇿 8 fevral 1924-cü ildə Bakıda ilk elektrik tramvay xətti fəaliyyətə başladı. 1939-cu ildə şəbəkənin uzunıuğu 117 km təşkil edirdi.

Şəhər üçün ən dayanıqlı nəqliyyat növü 2004-cü ildə paytaxtın küçələrindən yığışdırıldı.

🚊 Bakıya bu gün hava-su kimi lazım olan tramvayın qayıtmasını gözləyirik.

🎥 Süni intellektlə canlandırılan tarixi fotolar.

#tramvay #tarixifoto
⬆️ Bu geniş səkiyə baxın.

🔸 Adətən yeni tikilən binalarda səkiləri “artıq qalan” kiçik hissədə təşkil edirlər, burada isə mənzərə fərqlidir.

🔸 Düzdür, bir hissəsi avtomobil ilə gələnlər üçün “drop-off/pick-up” zonası kimi istifadə olunur, lakin eynisəviyyəli və daşla döşəndiyindən rahatlıqla ortaq zona kimi istifadə oluna bilər.

🔸 Yəgin ki, iaşə obyektlərinin terasları bu qədər önə çıxarılmasaydl, səki lap geniş olardı.

📍 İzzət Orucova küçəsi. Bu küçədə əks vəziyyət olan yer də var, bu dairəyə düşür. Oraya da mütləq “əl gəzdirmək” lazımdır.

#səkilər
İnsan yönümlü şəhərlər ️
⬆️ Bu geniş səkiyə baxın. ⠀ 🔸 Adətən yeni tikilən binalarda səkiləri “artıq qalan” kiçik hissədə təşkil edirlər, burada isə mənzərə fərqlidir. ⠀ 🔸 Düzdür, bir hissəsi avtomobil ilə gələnlər üçün “drop-off/pick-up” zonası kimi istifadə olunur, lakin eynisəviyyəli…
⤴️ Bu küçənin əks tərəfi misal üçün belədir:

🔻 Səkinin böyük hissəsini kafe özü üçün teras düzəldib;

🔻 Qarajın girişində pandus yoxdur (eynisəviyyəli olmalı idi əslində);

🔻 Qalan səki hətta bir nəfərin hərəkəti üçün dardır.

🔸 Bakının əksər küçələrində əvvəldən sona qədər rahat piyada etmək mümkün deyil.

#səkilər
🚊 Urbanistik həftə necə keçdi?

🔹 Hansı nəqliyyat növünü inkişaf etdirək? Bu infoqrafika ilə xatırlatdıq.

🔹 Nəqliyyat eksperti Rauf Ağamirzəyev "Əkinçi"də düzgün prioritetlərdən danışdı.

🔹 Mirzə Ağa Əliyev küçəsində səkilər təşkil olundu. Bakı üçün hələ ki nadir bir yenilik.

🔹 Amerikanın Niderlandın təcrübəsinə necə tətbiq etməsinə baxdıq.

🔹 Küçədə ağacların vacibliyindən danışdıq.

🔹 Tarixi fotoları canlandıraraq Bakı tramvayının 101 yaşını qeyd etdik.

🔹 İzzət Orucova küçəsində yaxşıpis səkinin nümunəsinə baxdıq.

Kanala dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#urbanhəftə
🛣 Yeni yollar üçün ağacları köçürməyə dəyərmi?

🔸 Keçmişdə Bakı şəhərinin müxtəlif rayonlarında tikilən geniş yollar, qovşaqlar, yerüstü keçidlər avtomobil istifadəsini stimullaşdırdı, ətrafda aqressiv mühit yaradaraq şəhəri piyadalar üçün əlverişsiz etdi.

🔸 Bunun fonunda Bakıda yeni yolların və qovşaqların tikintisi üçün ağacların köçürülməsi kimi xəbərlər paylaşılır. Bu yeni qovşaqların görüntüsü necə olacaq, piyadalar, ictimai nəqliyyat və mikromobilliyin hərəkətinə necə təsir edəcək?

🔸 Tıxacların həlli multimodal küçələrin salınmasından, küçə sahəsini düzgün istifadə etməsindən keçir. Yol qovşağı çox vaxt tıxacı bir ərazidən digərimə köçürür. Yeni yolların və küçələrin salınması vacibdir, lakin həmin küçələr eynisəviyyəli və insan yönümlü prinsiplərin əsasında salınmalıdır. Ağacların olması mütləqdir.

🔸 Bəs yolların genişləndirilməsini niyə tıxac problemini həll etmir? Bu məqalədə cavab tapa bilərsiniz.

#yollarıngenişləndirilməsi
🚧 Səkilərin bərpasına pul ayrılacaq.

🔹 Xəbərin yaxşı tərəfi bununla bitir. BŞİH deyir ki, Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinə 3 milyon manat ayrılacaq. Nəzərə alsaq ki, Bakı küçələrinin 80%-ində səkilər ilə problem yaşanır, bu çox az bir məbləğdir.

Dövlət proqramında səkilərin bərpasına ayrıca bənd ayrılıb, ümid edirəm, bu məsələyə daha ciddi yanaşarlar.

#səkilər
🔄 Vağzal Meydanı əvvəl və sonra.

3-5 il əvvəl belə şəkilləri ancaq "Xarici Təcrübə" kimi paylaşırdım, artıq Bakıda belə transformasiyaların canlı şahidi olduq.

#ƏvvəlSonra
🚊 Nəqliyyat dünyasında gözəllik belə olur.

🇫🇷 Lion şəhərində Alstom istehsalı olan 7-seksiyalı “Citadis” tramvay qatarları daha bir xəttə buraxıldı.

⚡️ Tramvay 70 km/s-d sürətlə hərəkət edə bilir, eyni anda 287 sərnişin daşıyır.

ℹ️ Qatarda LED-monitorlara çıxarılan informasiya sistemi və ödəniş terminalları var.

🔹 Ayrıca olaraq fikir verin, relslər yaşıl qazon ilə əhatə olunub ki, yay aylarında çox qızmasınlar. Həm də şəhərə görün necə gözəllik qatır.

🇦🇿 Bakıda, Gəncədə və Mingəçevirdə belə tramvay sistemlərini təsəvvür edin.

#tramvay