İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
801 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Forwarded from Əkinçi
Media is too big
VIEW IN TELEGRAM
“İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi Anar Əliyev əvvəlki illərdə bir çox ölkələrdə tətbiq edilən avtomobil mərkəzli şəhər modellərinin özünü doğrultmadığını və piyadanın prioritet olmalı olduğunu bildirir.

Tam video burada.

@akinchiproject
🇮🇳 Hindistan bu dəhşətli tıxaclardan qurtulmaq istəyir. "Avtomobil xoşbəxtliyi" faciəyə çevrilib.

🔺 Fotolarda gördüyünüz bu dəhşətli vəziyyət Hindistanın müxtəlif şəhərlərində çəkilib. Əhalisi 1,4 milyard insan təşkil edən bu ölkədə istəsən belə "avtomobil xoşbəxtliyi" təmin edə bilməzsən. Böyük şəhərlərdə yollardakı vəziyyət acınacaqlıdır.

🔸 İndi isə ölkənin paytaxtı Dehli şəhərinə pik saatlarında girişi ödənişli etmək istəyirlər. Nyu-York keysi deyəsən digər ölkələrə misal olmağa başlayıb.


🔸 Təbii ki, Dehlidə ictimai nəqliyyat alternativləri var. Xüsusilə 289 stansiyadan ibarət olan metronu vurğulamaq olar. Lakin 33 milyonluq şəhərin mobilliyini təmin etmək asan bir iş deyil. Avtobusların sayı 7500-ə çatsa da, bu avtobuslar qrafiklər hərəkət etmir, ayrılmış zolaqlar çox azdır, texniki vəziyyəti də ürəkaçan deyil.

🚊 1963-cü ilə qədər bu şəhərdə tramvay hərəkət edib, lakin yolları genişləndirmək məqsədilə tramvay sistemi burada ləğv olunub (tanış mənzərədir?). Üzərindən 60 il keçəndən sonra səhvləri başa düşüb çıxış yolları axtarışındadır.

☑️ Bu post həmçinin onun üçün yazılıb ki, nə qədər geniş yollar tiksən də, nə qədər avtomobil istifadəsini stimulaşdırmaq kimi addımlar atsan belə, heç vaxt "xoşbəxt avtomobil gələcəyi" gəlməyəcək. Bu, riyazi cəhətdən mümkün deyil.

❗️ Heç kim nə sürücülərə, nə avtomobillərə qarşı deyil, burada sürücülərin düşmənləri yoxdur. Lakin yeni yollar, yeni körpülər, yeni tunellər, yolların genişləndirilməsi kimi şəhərlərə yaxşı bir şey vəd etmir.

#tıxaclar #hindistan
❗️ Bugünki önəmli müşavirədən əsas tezislər.

Gün ərzində bizim müzakirə qrupumuzda Prezident İlham Əliyevin sədrliyi nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədən hissə-hissə xəbərlər paylaşırlar. Tam videoya baxandan sonra izləyicilərə maraqlı olan tezisləri çatdırıram.

Dünya şəhərləri avtomobil mərkəzli şəhərlər yanaşmasından İNSAN YÖNÜMLÜ yanaşmaya keçid etməkdədir — bəli, bu ifadə — insan yönümlü şəhər — bu cür yüksək səviyyəli müşavirələrdə səsləndirilməsi olduqca sevindirir!

112 km avtobus zolağı təşkil olunub. Gündəlik xəttə çıxan avtobusların sayı 1750-dən 2160-a qədər artıb. Taksilərin sayı 67 mindən 30 minə qədər endirilib. Taksi avtomobillərin yaşı 15-dən 8-ə çatdırılıb.

Gün ərzində 630 mindən çox vətəndaş Bakı şəhərinin mərkəzinə doğru gəlir. Daxil olan avtomobillərin sayı 300 min.

İctimai nəqliyyat, piyada və mikromobillik səyahətlərin payı 50% təşkil edir, qalan 50% fərdi avtomobil. Konsepsiyaya uyğun fərdi avtomobillərin payı 30-40%-ə qədər endirilməlidir.

Qəzaların sayı Avropa İttifaqının səviyyəsinə çatdırılmalıdır (hər 100 minə 4 ölümdən aşağı). Qəzalar ümumiyyətlə ayrıca önəmli bir mövzudur, bu haqda hələ danışarıq.

Yeni dövlət proqramı hazırlanır. Təsdiq olunandan sonra güman ki ictimaiyyətə təqdim olunacaq. Çox maraqlı olar təhlil etməyə, gözləyirəm.

Səki infrastrukturunun təkmilləşdirilməsinə ehtiyac var. Bəli, səkilər gündəmə gətirilir, əladır!

Velosiped zolaqların uzunluğu 35 km təşkil edir, 300 veloparkinq yerləri mövcuddur. Hər ay 200 min səfər velosiped və skuterlərin payına düşür.

9 yeni yol layihəsinin icrası həyata keçiriləcək. Əsas odur ki, yeni yollar multimodal olsun, avtomaqistral kimi salınmasın. Həmin küçələrdə piyada, ictimai nəqliyyat və velosipedçilər rahat hərəkət edə bilsin.

10 yeni metrostansiya inşa ediləcək (bu haqda artıq ətraflı məlumat verilib).

Abşeron dairəvi dəmir yolu inkişaf etdiriləcək. Yeni dəmir yolları salınacaq, yeni qatarlar alınacaq. Hövsana və Hava limanında qatarla gedə biləcəyik.

Mehdiabad və Sea Breeze istiqamətlərində tramvay planlaşdırılır. Sxemdə LRT/BRT kimi göstərilib. LRT - Light Rail Transit, BRT - Bus Rapid Transit. Yəni bu ya tramvay (ümid edək), ya da metrobus olacaq.

Dövlət başçısı həmçinin qeyd etdi ki, ictimaiyyət nümayəndələri müvafiq dövlət qurumlarına öz tövsiyələrini və təkliflərini verə bilər. Bu da yaxşı bir siqnaldır. Misal üçün, son illər ərzində dövlət qurumlarına tərəfimdən göndərilən bir sıra təkliflər qəbul olunub.

🔹 Bir sözlə, bu müşavirədə çox vacib tezislər səsləndirildi. Şəhərin prioritetləri bəlli oldu. Hər zaman demişəm, siyasi iradə çox vacibdir. Bütün bu planların reallaşmasına hər birimizin böyük ümidləri var. Yaşayaq və görək.

📹 Tam video burada.
💬 “Transport for Baku” səhifəsinin qısa təhlili:

Dünən Ölkə başçısının yanında nəqliyyatla bağlı baş tutan müşavirədə gələcək planlar aydın oldu.

Əslində bu tamamilə dərslik yanaşmasıdır, belə də olmalı idi. Nəhayət ki, nəqliyyata vahid yanaşma var və inkişaf strategiyaları əlaqələndirilir.

🚇 Metropoliten sıx şəhər mühitində və əsas hərəkətlilik dəhlizlərində böyük sayda sərnişinlərə xidmət edən sistemdir. Beş illik inkişaf planı elan edildi.

🚆 Şəhərətrafı dəmir yolu, Bakı alqomesiyasını (Bakı və Abşeron rayonunun) birləşdirərək bir növ yerüstü metro funksiyasını yerinə yetirir. Abşeron yarımadasının təməl nəqliyyat infrastrukturu olaraq bu sistem sərnişindaşıma sürətinə görə heç rəqibi yoxdur.

🚊 Metro və ya dəmir yolunun olmadığı ərazilər üçün müasir tramvay kütləvi sərnişindaşıma sistemi olacaq. Şimal-Cənub dəhlizində (Mehdiabad-Binəqədi-28 May) müasir tramvay Azadlıq prospekti boyu yüngül metro funksiyasını daşıyacaq.
🚲 8 noyabrda velosiped keçidlərinin təşkilinə başladılar.

🔹 Bura Xəqani Rüstəmov küçəsi ilə kəsişmədir. Bu kəsişmədə həmçinin yeraltı piyada keçidi mövcuddur, lakin əgər bu gün biz insan yönümlü şəhərlər konsepsiyasını ən yüksək səviyyədə müzakirə ediriksə, burada velokeçidlə yanaşı piyada keçidi də təşkil edilməlidir.

🔹 Zatən təcrübə onu göstərir ki, velosiped keçidlərini insanlar piyada keçidi kimi istifadə edir. İnklüziv, rahat və əlçatan şəhərlərdə keçidlər də əlçatan olmalıdır.

☑️ Bu haqda ətraflı olaraq bu vloqda danışmışdım.

#velosipedzolaqları #8noyabrprospekti
🔄 İçərişəhərin transformasiyasına baxaq.

🔹 Keçən ilin sonunda İçərişəhərdə çoxdan gözlənilən transformasiya elan olundu. Artıq bu qoruğa kənardan avtomobillər buraxılmır.

🔹 Həmçinin, ətrafda olan Əziz Əliyev küçəsi və İstiqlaliyyət prospektinin bir hissəsi piyadalaşdırıldı.

Bu urbanistik islahat nə dərəcədə şəhərə vacib idi, və bu qərardan sonra İçərişəhərdə vəziyyət nəcədir?

🔹 Cavab tapmaq üçün bu ərazidə gəzişdim və mövcud vəziyyəti sizə göstərdim.

➡️ https://youtu.be/b6VcFEPpRds

#vloq #içərişəhər
⚡️ Nəqliyyatın inkişafına dair yeni dövlət proqramı təsdiq olundu.

34-səhifəlik sənəddir:
⬇️
https://azertag.az/store/manual/2025_01_30_679b9e27a2419.pdf
🚊 Azadlıq prospektində müasir tramvay olsa belə olacaq.

Çox yaraşar 😍

Paylaşdı: Transport for Baku.
✍️ Yeni Dövlət proqramının qısa təhlili.

Dünən önəmli bir sənəd təsdiqləndi. Bu Dövlət Proqramına əsaslanaraq şəhər və nəqliyyat infrasfrukturunda ciddi islahatlar aparmaq olar. 28 sentyabr tarixində keçirilən müşavirədə qeyd olunan məsələlərə əlavə olaraq, belə bir yaxşı məqamlara fokus vurulub:

🔹 Şəhər inklüziv (hər kəs üçün əlçatan) olmalıdır. Piyadaların rahat hərəkəti təmin edilməlidir. Səkilər bərpa olunmalı, panduslar inşa olunmalıdır, səkilərin zəbt edilməsinə qarşı tədbirlər görülməlidir. Bu istiqamətdə hətta yeni texniki normativlər hazırlanacaq. Bakının (və ümumi olaraq bütün şəhərlərimizin) bu gün ən "yaralı" yeri səkilərdir. Bu bənd əla oldu.

🔹 Yeni piyada zonalarının yaradılması nəzərdə tutulub. Xaqani bağının ətrafı və İçərişəhərdən sonra, digər ərazilər də insanlara qaytarılacaq. İslam Səfərli və Nizami küçələrinə bitişik bir sıra digər ərazilərdə rahatlıqla piyadalaşdırmaq olar. Tarixi küçələrin şənbə/bazar günlərində piyadalaşmasını 24/7 olaraq tətbiq etmək olar.

🔹 Tıxacların qarşısını almaq üçün ictimai nəqliyyat inkişaf etdirilməlidir. Proqramda bu bir neçə dəfə vurğulanır. Bəli, bunu biz illərdi deyirik. Yaxşı alternativlər verilsə, insanların bir qismi avtomobilini evdə qoyub ictimai nəqliyyata üz tutar və tıxaclar azalar.

🔹 Yeni metrostansiyalar və tramvay xətləri salınacaq. 2030-cu ilə qədər 10 metrostansiya, perspektivə hətta 51 stansiyanın tikintisi qeyd olunub. Prinsipcə, maliyyə stabil şəkildə ayrılsa, bu real görünür. Tramvay hələ ki "Sea Breeze" üçün təsdiq olunmuş kimi görsənir, Mehdiabad-28 May marşrutu üçün ya tramvay, ya da metrobus (BRT) olacaq. Ümid edək ki tramvay olar, çünki o daha çox adam daşıya bilər, daha az yer tutur və daha dayanıqlıdır.

🔹 Yeni Suraxanı, Hövsan, Maştağa, Zabrat, Bağlar, Güzdək, Qaradağ — bu qəsəbələrdə dəmir yolları bərpa olunacaq və Bakının mərkəzindən çox qısa bir zamanda bu qəsəbələrə qatarla gəlmək mümkün olacaq. Əlavə olaraq, 20 yeni qatar alınacaq.

🔹 Avtobus zolaqlarının uzunluğu 160 km, velosiped zolaqlarının uzunluğu 100 km-ə çatdırılacaq. Velozolaqları əslində daha da uzun etmək olar. Hər küçədə velozolaq olmalıdır ki, velosiped və skuterlər real nəqliyyat vasitəsi kimi insanları cəlb etsin. Müqayisə üçün Berlində velozolaqların uzunluğu 620 km, Parisdə isə 1000 km-dir.

🔹 Proqramda bir neçə yeni yolların və qovşaqların tikintisi nəzərdə tutulub. Dairəvi və şəhərlərarası yollar əlbəttə ki lazımdır, lakin şəhər daxilində yeni tunellər və müxtəlif səviyyəli qovşaqların tikintisi müasir yanaşma sayılmır. Xüsusilə, 8.1.1.27 bəndində qeyd olunub ki, 8 noyabr prospektində yeni yol qovşağı tikiləcək ("Nargilə dairəsi" adlanan ərazidə). İnsan yönümlü prinsiplərinə uyğun təmir olunan prospektdə indi böyük yol qovşaq tikiləcək?

🔹 Proqramda yeraltı və yerüstü piyada keçidləri müsbət bir infrastruktur kimi təqdim olunur. Lakin daha çox məhz baryersiz mühitə fokuslanmaq və bu cür keçidlərin şəhər daxilində eynisəviyyəli alternativlərini təşkil etmək proqramın məqsədlərinə daha uyğun olardı.

Dövlət başçısı qeyd etmişdir ki, ictimaiyyət öz təkliflərini verə bilər və biz də bundan sonra da müvafiq təkliflər hazırlayarıq, çalışarıq dövlət qurumları ilə sıx əlaqədə olaq.

☑️ Proqram 5 ili əhatə edir, əslində bu böyük bir müddət deyil və bu qısa zamanda şəhəri indikində qat-qat daha mobilli və insan yönümlü edə biləcəyik.

#dövlətproqramı
🚊 Nəqliyyatın buraxılış qabiliyyəti. Urbanistikanın əsasları haqqında xatırlatma.

🔹 Şəhərin inkişafından və prioritetlərindən danışarkən, bu cür infoqrafikaları araşdırmaq çox faydalıdır. Rəlsli nəqliyyat (qatar, metro və tramvay) ən effektiv vasitədir, ona görə daha çox diqqət onların inkişafına ayrılmalıdır.

🔹 Misal üçün, 1 tramvay 3-5 avtobusu əvəz edə bilər. Eyni zamanda, 1 qatara ya tramvaya bir 1 sürücü lazımdırsa, avtobuslar 3-5 dəfə çox insan resursunu cəlb etmək lazımdır, onları təlimdən keçirmək, sosial təminatlarını ödəmək və s. Tramvaya investisiya yatırmaq hər bir böyük şəhər üçün faydalıdır.

🚙 Fərdi nəqliyyat vasitəsi nə qədər rahat olsa da, onlar heç vaxt şəhər daxilində effektiv nəqliyyat vasitəsi sayıla bilməz.

#infoqrafika
Forwarded from Sakit Redaktor
🟥 Bakıda tramvay və trolleybus xəttlərinin sxemi. 1988-ci i il. Vorovski, Çaykovski, Basin...
Forwarded from Əkinçi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“İctimai nəqliyyat tıxacda dayanmamalıdır”

Nəqliyyat eksperti Rauf Ağamirzəyev avtobus və velosiped zolaqlarının tıxacda dayananlara narahatlıq yaratması haqda danışır.

Tam video burada.

@akinchiproject