İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
798 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Kanala dəstək 🎁
Paylaşdığım məzmunu və vloqları faydalı sayırsınızsa, kanala dəstək göstərə bilərsiniz. Təşəkkür edirəm!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İstirahət gününün gözəl videosu.

🇵🇱 Polşanın paytaxtı Varşavanın səliqəli və insan yönümlü küçələrinə baxın.

Cəmi 35 il əvvəl Bakı kimi adi sovet şəhəri idi.

📸: instagram / maciejmagic_

#Varşava
🚲 Xaqani küçəsində velosiped zolaqları təşkil olundu.

🔹 Çox əladır, ən azı Bakının mərkəzində yeni təmir olunan küçələrdə velozolaqların salınması artıq bir qayda olaraq nəzərə alınır. Yaxşı olardı ki, Xaqani kimi canlı küçələrdə velosipedçilərə hər iki tərəfə təhlükəsiz çatmaq üçün şərait yaradılsın.

🔸 Bəli, bunun üçün zolaqları bir az da daraltmaq lazımdır, bir qədər standartlardan kənara çıxmaq lazımdır. Amma geniş zolaqlar şəhər daxili küçələrdə onsuzda faydalı bir şey deyil. Avropada hətta 2,8-metrlik zolaq şəhər daxili küçələrin qəbul olunanadır.

💡 Xaqani və Nizami küçələri ilə bağlı vaxtilə təklif göndərmişdim, burada velosiped zolaqları hər iki tərəfdə nəzərə alınıb, həm də hərəkəti ikitərəfli təşkil etmək olar ki, sürücülər şəhərə çatmaq üçün artıq yürüşlər etməsin.

Beləliklə, artıq biri birinə parallel olan 28 May, Xaqani, Nizami küçələrində bu zolaqlardan var, bunları birləşdirən küçələrdə (Azadlıq prospekti, A.Puşkin, R.Zorge, K.Səfərəliyeva, R.Behbudov küçələrində velozolaqlar salınsa bu vahid bir şəbəkə yaradacaq.

#velosipedzolaqları
🚄 ADY-dən əslində yaxşı xəbər də var.

🔸 Hər kəs xəbər tirajlayır ki, Abşeron dairəvi yolda hərəkət edən qatarlara biletlərin qiyməti artıb. Bunun fonunda ADY-nin paylaşdığı digər xəbər kölgədə qalıb. Deməli, bundan sonra ölkədaxili qatar biletləri fiks qiymət deyil, tələb-təklifə uyğun formalaşacaq. Bu haqda mən hələ 2022-ci ildə yazmışam.

🔸 Sərnişinləri cəlb etmək üçün, öncədən bilet almağı stimullaşdırmaq üçün bütün dünyada istifadə olunan təcrübədir.

🔸 O ki qaldı, Bakı-Sumqayıt, Bakı-Xırdalan və Abşeronda hərəkət edən digər qatarlara, orada ödəniş ümumiyyətlə Bakının vahid ödəmə sisteminə qoşulmalıdır (BakıKart), və burada pulsuz transfer də nəzərə alınmalıdır. Misal üçün, 1 manat verirsən Sumqayıtdan Bakıya və daha sonra 1 saat ərzində pulsuz avtobus və metrodan istifadə edirsən.

❗️ Bunun üçün isə brutto-müqavilə sisteminə keçmək lazımdır (özü də təcili), amma bu məsələdə aylardır heç bir irəlləyiş yoxdur.

#dəmiryolu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🗓 Hər il 30 gün tıxacda keçiririk. Bunu qəbul etməliyik yoxsa çıxış yolu var?

🕒 İş günlərində 3 saat tıxacda vaxt keçirirsinizsə, bu ildə 720 saat edir. 30 gün, yəni təmiz 1 ay tıxacda keçir. İndi biz bu cür yaşamalıyıq? Bunu qəbul etməyə hazırsınız?

Ümumiyyətlə, bu tıxaclarda bu qədər vaxt keçirən insanlar görəsən gələcəyi necə görür? Nə düşünür?

❗️ Çox ciddi sualdır, hər birinizin fikrini öyrənmək istəyərdim.

📸 Foto: NİİM.

#tıxaclar
💬 Avtobus zolaqları çoxaldıqca, və yetərincə avtobuslar xətlərdə olduqca bu cür şərhlər də çoxalacaq.

Dayanıqlı və sürətli ictimai nəqliyyat tıxaca real alternativdir.
Kiçik sorğu. Tutaq ki, Bakıda ictimai nəqliyyatda aylıq biletlər dövriyyəyə buraxıldı. Limitsiz biletə (avtobus+metro) nə qədər ayda ödəməyə hazırsınız?
Anonymous Poll
58%
20-30 AZN
25%
40-50 AZN
6%
50 AZN-dən yuxarı olsa da sərf edir
10%
İstifadə etməyəcəm
🚍 Zabrat yolunda yeni avtobus zolağı təşkil olunub.

💯 Əminəm ki, bu yolu hər gün gedən sürücülər indi çox narazıdır. "Onsuzda tıxac idi, daha da pis vəziyyət olacaq".

🎙 Dünən AYNA-nın nümayəndəsi Tərlan Səfərov "AvtoStop" verilişinin efirində yaxşı ifadə işlədib. Deyir, insanları avtomobildən ictimai nəqliyyata qaytarmaq çox çətin bir prosesdir.

🔹 Buna bir əlavəm olacaq. Ümumiyyətlə, nəyə görəsə insanlar sürücüləri və ictimai nəqliyyat istifadəçilərini fərqli-fərqli kateqoriya kimi görür. Amma əslində bir insan evdən çıxarkən o əksər hallarda qərar verir — mənə hansı daha rahat və sərfəli olacaq — avtomobil, avtobus ya metro? Ya da başqa bir mobillik növü? Yəni bir insan bu gün sürücü olsa, sabah avtobusla da gedə bilər.

🔸 Deyə bilərsiniz ki, Bakıda hələ ki ictimai nəqliyyatının həm vəziyyəti, həm "reputasiyası" heç də ürəkaçan deyil, basabas olur, interval çox, avtobusların sayı az və s. Bəli. Amma avtobus zolaqları bu vəziyyətin dəyişmək üçün zəncirin bir bəndidir. Necə deyərlər, "panaseya" (universal dərman) deyil, amma heç olmasa bu zolaqlar sayəsində avtobuslar indi Zabrat və Maştağaya 40-50 dəqiqə deyil, 20-30 dəqiqə çata biləcək. İntervallar azalacaq, avtomobilə nisbətən daha tez çata biləcəksiniz.

💬 Dünən bir şərh paylaşdım, artıq real olaraq, insanlar avtobusun daha tez çatmasını görərək, ondan istifadə etməyə başlayıb. Və elə Zabrat yolunda məhz avtobusun daha tez çatmasını görən sürücülər zamanla ictimai nəqliyyata üstünlük verməyə başlayacaq, tıxaclar da azalacaq. Formula budur.

🔹 Və dediyim ki, bunun üçün avtobusların sayı mütləq çoxalmalıdır, interval aşağı salınmalıdır, avtobuslar özləri komfortlu olmalıdır və qiymətlər cəlbedici olmalıdır (aylıq və illik tarifləri tətbiq etməklə).

#avtobuszolaqları
🚲 Şəhərdə velosiped istifadəsinin stimullarşdırmasında bizim də tövhəmiz olsun.

3️⃣6️⃣5️⃣ Bir illik PULSUZ velosiped abunəliyi hədiyyə edirik.

🚲 “Apar” ilə birgə Instagramda müsabiqə keçirmək qərarına gəldik. Hər iki səhifəyə abunə olan və bu postu stories-də paylaşanlar arasında təsadüfü şəkildə qaliblər seçiləcək.

🏆 Qaliblər 1 il veloicarə xidmətindən pulsuz istifadə edə biləcək.

➡️ Ətraflı şərtlər burada.