İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
798 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Dar səkidə dayanacaq pavilyonunu quraşdırmaq lazımdırsa, nə etmək olar?

Həll yollarından biri bu ola bilər.

🇬🇧 Fotonu Londondan izləyici göndərib.

#dayanacaqlar
Forwarded from İbrahim Nebioglu
Argentinanın La Plata şəhərinin peykdən görünüşü.

Bu şəhər dünyanın ən yaxşı planlaşdırılmış şəhərlərindən sayılır. La Plata bu dizaynına görə "Diaqonallar şəhəri" adlanır.

Şəhərdə tıxaca düşmək imkansızdır. Çünki La Platada “ikinci dərəcəli yol” və ya “əsas magistrallar” kimi anlayışlar yoxdur. Şəhərin İstənilən bir nöqtəsindən digərinə getmək üçün həmişə onlarla variant var.

Bir şəhərin yollarını, nəqliyyat arteriyalarını modern çağa uyğunlaşdırmaq üçün onun planlamasını mütəxəssislərə yapdırmaq lazımdır, tramvay xətlərini söküb plansız-proqramsız iki mərtəbəli yollar salan şəhər merlərinə deyil.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mədəniyyət yoxsa cərimə?

Bu cür video başqa ölkədən paylaşılsaydı, kimsə mütləq yazardı ki, “bizim sürücülərdə mədəniyyə yoxdur, Bakı belə ola bilməz”.

Faktiki isə görürük, yollardakı davranış və mədəniyyət çox qısa zamanda yüksək cərimə və nəzarət ilə həll olundu. Bu, bütün dünyada belə işləyir və Azərbaycan bu cəhətdən istisna deyil.

📸: bakili_page

#avtobuszolaqları
Yeraltı piyada keçidi həqiqətən öldürür.

🇬🇪 Tiflisdə dəhşətli faciə baş verib. Bir turist qız küçədə hərəkət edərkən yeraltı piyada keçidinin girişinə yıxılıb və dünyasını dəyişib. Fotolarda baxanda açıq-aydın görünür ki, piyada keçidinin bordürü çox alçaqdır (~30 sm), bu da tikinti və təhlükəsizlik normalarına uyğun deyil.

❗️ Amma söhbət tək texniki məsələdən getmir. Bu cür keçidlərin şəhər daxilində inşası artıq müasir şəhərsalma prinsiplərinə ziddir.

🔸 Tiflisdəki vloqdan sizə göstərmişdim ki, bu şəhərdə artıq bir çox yerlərdə yeraltı və yerüstü keçidləri svetoforla nizamlanan zebralarla əvəz edirlər. Lakin onlar tam sökülmür və bəziləri bu cür təhlükə mənbəyi olaraq qalır.

📸 Foto: X/martin_camera

#piyadakeçidləri #Tbilisi
Media is too big
VIEW IN TELEGRAM
❗️ Yeraltı və yerüstü piyada keçidləri haqqında çox yaxşı maarifləndirici bir video.

🔸 İlk baxışdan bu keçidlər yaxşı bir infrastruktur sayılsa da, mövzunu araşdıranda və dünya təcrübəsində baxanda görünür ki, bu keçmişin şəhərsalma prinsiplərinin səhvini.

🔸 Bakının misalı göstərdi ki, bu cür keçidlər tıxacları həll etməyə kömək etmədi, əksinə şəhəri daha təhlükəli və azmobilli insanlar üçün əlçatmaz etdi.

🔴 Səhvləri təkrarlamayaq. Videonu mümkün qədər çox dost və tanışlarınız arasında paylaşın.

#piyadakeçidləri
Forwarded from Dayanma Durma
Avtosalonların ixtiyarına verilmiş prospektdə avtomobillərlə dolu piyada səkisi və avtobus zolağı
🚍 Avtobus dayanacaqlarında vacib yenilik.

ℹ️ Artıq dayanacağa gələn avtobusların siyahısı və onların hərəkət sxemi öz əksini tapacaq.

🗺 İdealda bu sxemlər Bakının xəritəsində öz əksini tapmalı idi ("sketch" kimi, yəni metroda olduğu kimi), həmçinin avtobusların hərəkət cədvəli olmalı idi, lakin indiki halda da bu məlumatın olması da çox yaxşı bir haldır.

#dayanacaqlar
❗️ Günün ən urbanistik xəbəri.

İçərişəhər, Qoşa Qala qapısının ətrafı və Əziz Əliyev küçəsi avtomobillər üçün bağlanacaq. Burada piyada zonaları yaradılacaq.

💬 Bunu AYNA-nın rəhbəri Anar Rzayev öz müsahibəsində qeyd edib.

#içərişəhər #piyadalaşma
🚗 Şəhəri avtomobil yönümlü planlaşdırırsınızsa, nəticədə hər yerdə avtomobil və tıxac görürsünüz.

🚶‍♂️ Lakin şəhərinizi insan yönümlü planlaşdırırsınızsa, nəticədə insan və canlı məkanlar görürsünüz.

🇳🇱 Groningen şəhəri. 1970-ci illər və bu gün.

#əvvəlsonra
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edildi.

İzləyicinin göndərdiyi videodan görünür ki, avtobus zolağı artıq ikinci cərgəyə keçirilidi, yerində ikitərəfli velozolaq salındı.

#velosipedzolaqları
📢 Deyirlər, Bakıda velosiped sürən yoxdur

🚲 Təzəlikcə fəaliyyətə başlayan veloicarə şirkəti APAR isə deyir ki, artıq 8 mindən çox unikal istifadəçi var. Və bu hələ 1-2 ayın göstəricisidir.

🔹 Bəs bu xidmət niyə ancaq şəhər mərkəzini əhatə edir? Velosipedlər nə dərəcədə keyfiyyətlidir? Bu və digər sualları birbaşa olaraq APAR-ın rəhbəri Əli Əhmədli cavablandıracaq.

🔹 Həmçinin təcrübəli velosipedçi və urbanist Arzu Süleymanov ilə həm veloicarəni, həm Bakıda sürətlə salınan yeni velozolaqları sınadıq.

➡️ Yeni vloq artıq efirdə:
https://youtu.be/EPQYQIP-dRE?si=9lK0VhFO3yKd-dMj

#vloq #APAR #velosipedzolaqları
Şərhsiz. 🤦‍♂️
⌛️ Bakıya 5 il vaxt verək.

🔹 Təxmini proqnoz bu ola bilər. Bu gün Bakıda baş verən urbanistik transformasiyaları qınayanlar, avtobus və velosiped zolaqlarına qarşı çıxışlar əslində 50-60 il əvvəl bir sıra Avropa ölkələrində də baş verib. Hətta sürücülərin kütləvi etirazlarına da səbəb olub.

🔹 Niderland və Danimakrda keçən əsrin 60-70-ci illərində hər kəs deyirdi ki, "bizim iqlimdə heç kim velosiped sürməyəcək". Bu gün Amsterdam və Kopenhagen dünyanın ən velosipedləşmiş şəhərləridir.

🔹 Ümid edirəm, bizə 50 il deyil, daha az vaxt lazım olacaq ki, başa düşək ki, velosiped bir çox ssenarilərdə real alternativ nəqliyyat vasitəsidir. İnfrastrukturun təşkili davamlı və düzgün şəkildə aparılsa, təxmini olaraq 5 ildən sonra Bakıda (və ümid edirəm digər regionlarımızda) velosiped istifadəsinin artmasını görəcəyik.

🔹 Eyni yanaşmanı ictimai nəqliyyata da tətbiq etmək olar, amma bu gün Bakının ictimai nəqliyyatında çox ciddi islahatlar lazımdır, bu məsələ tək avtobus zolağı ilə həll olunmayacaq.

🔹 Daha çox müasir avtobus, daha əlçatan dayanacaqlar və səkilər, daha proqnozlaşdırılmış hərəkət, hər kəsə məlum və müntəzəm cədvəli, daha çox metrostansiyalar (subsidiyalar mütləq ayrılmalıdır), tramvayların qaytarılması (təəssüf ki, yavaş-yavaş utopiya olur), daha çevik tarif siyasəti və s.

5️⃣ Beş ildən sonra dünya müharibələrin əlindən dağılmasa, bəlkə Bakı bir az tıxac yükündən azalar, şəhərin bir nöqtəsindən digər nöqtəsinə tez çatmaq bir zülmə çevrilməyəcək. Əks ssenarini düşünmək belə istəmirəm.

#analitika
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌳 Geniş piyada zonası ilə yeni Xaqani bağı AYNA tərəfindən Xaqani bağı ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırıldıqdan sonra bu gözəl məkanda geniş piyada zonası yaradılıb.

📊 Monitorinqlərə görə,günün pik saatlarında parkın ətrafına saatda 800-ə yaxın avtomobil daxil olur və əksəriyyəti ərazidə sadəcə dövrə vurub çıxırdı.

😕🔄 İndi isə!

🌟 Geniş piyada zonası olan Xaqani bağı paytaxt sakinləri və turistlər üçün ən sıx ziyarət edilən istirahət məkanlarından birinə çevrilib.
🚲 Zərifə Əliyeva küçəsində yeni velozolaq.

Şərhsiz…

Hələ qabaqdakı parkovşikə baxın.

#velosipedzolaqları