🚌 Yaxşı ictimai nəqliyyatın əsas amillərdən biri - onun proqnozlaşdırılmış hərəkəti və sərnişinlərə məlumatlandırılmasıdır.
⠀
🔸 Təsəvvür edin, yaxınlaşırsınız avtobus dayanacağına, amma heç bir məlumatınız yoxdur - buradan hansı avtobuslar keçir, onların qrafiki nədir, təxmini gəlmə vaxtı neçə dəqiqə təşkil edəcək.
⠀
❓ Belə ictimai nəqliyyata arxalana bilərsinizmi?
⠀
🔸 Misal üçün bu fotolarda gördüyünüz bir sıra şəhərlər heç də varlı qərb ölkələri deyil. Qonşu Tbilisi şəhəri daxil olmaqla, bu şəhərdəki dayanacaqların əksəriyyətində hərəkət edən avtobusların (ya tramvayların) nə vaxt gələcəyi göstərilir. Saniyə dəqiqliyi ilə işləməsə də, ən azı məlumatınız olacaq ki, avtobus 3 dəqiqədən sonra gələcək yoxsa 13.
⠀
🔸 Qeyd edim ki, "BakıKart" mobil tətbiqinə qismən bu məlumat artıq inteqrasiya olunub, yəni işin yarısı görülmüş hesab olunur. İnanmıram ki, bizim büdcədə bu cür sadə elektron tablolar (rəngli bahalı LED monitorlar lazım deyil) üçün vəsait tapılmasın. Bahalı "SMART" dayanacaq əvəzinə bu cür həllərə üz tutmaq lazımdır.
#ictimainəqliyyat #dayanacaqlar

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Afiyəddin Cəlilov küçəsindən yaxşı xəbərlər.
⠀
🔹 Velosiped zolağı bütün küçə boyunca çəkildi. İzləyici göndərdiyi videodan görünür ki, velozolaq parallel parklanma ilə birgə təşkil olunub.
🔸 Qalır indi bu küçəni 8 noyabr prospekti ilə birləşdirən dairəyə həmin velozolağı davam etdirmək.
#velosipedzolaqları

🌙 Gecə xronikası.
Azərbaycan prospektində velozolağı qanunsuz parkinqdən qorumaq velosipedçilər öz velosipedlərini baryer kimi düzüblər.
📸: Paylaşdı: Cycling Baku.
#velosipedzolaqları #gecəxronikası

🇺🇸 Nyu-York lap "ağını çıxardı"!
⠀
🚲 Dünən bir şərh rastıma gəldim ki, deyir, “velosiped zolaqlarını mövcud yol hissəsinin hesabına təşkil etmək olmaz”. Təbii ki, mövzu ilə maraqlanan çoxdan bilir ki, məhz mövcud hərəkət hissəsini daha səmərəli və ədalətli istifadə etmək üçün velozolaqlar və avtobus zolaqları salmaq lazımdır.
⠀
🔹 İslahatları ilə fərqlənən Nyu-Yorkda isə lap “ağını” çıxarıblar. Götürüb nə az nə çox, iki avtomobil zolağını veriblər velosipedçilərə - biri hərəkət üçün, biri də veloparkinq üçün. 🙂
⠀
💬 “Bizdə velosiped sürən yoxdur” deyənlər bu fotoda bir dənə də olsun belə velosipedçi tapa bilməzlər. Amma Nyu-Yorkun rəhbərliyi çox gözəl başa düşür ki, tıxaclara qalib gəlmək üçün insanlara dayanıqlı alternativlər yaratmaq lazımdır.
#velosipedzolaqları #ABŞ

⚪️ Şəhəri ağardırlar. Bakının tarixi siması silinir.
⠀
🆘 Bu haqda memarlar və urbanistlər neçə vaxtdır narahatdır. Nə baş verir, bu təmirdir yoxsa bərpa?
⠀
❓ Cavabları memar Dilqəm İsmayılov və bu işin icrası olan Bakı Abadlıq Xidmətinin təmsilçisi Rüfət Quliyevdən soruşacağıq.
⠀
➡️ https://youtu.be/jYvqQSrJFwk
⠀
#vloq #memarlıq

YouTube
Binalar ağardılır, fasadlar dəyişdirilir — şəhərin memarlıq siması niyə silinir?
Bakıda keçirilən "COP29" konfrans ərəfəsində şəhərin mərkəzində binaların fasadlarını ağartmağa başlayıblar, bəzilən fasadlarında dəyişikliklər müşahidə olunur. Nə baş verir? Tarixi binalarla bu cür davranmaq olarmı? Onları necə qorumalıyıq?
Yeni videoda…
Yeni videoda…
🚲 A. Cəlilov küçəsi. Velosiped zolağı.
Gecə vaxtı buna cərimə yazan olmayacaq, lakin ümid edirəm yeni qanun tam qüvvəyə minəndən sonra, həm velozolaqlara, həm “bus” zolaqlarına ciddi nəzarət başlayacaq.

İnsan yönümlü şəhərlər ️
💫 Qara Qarayev prospektində möcüzə. “Laçın” ticarət mərkəzinin qabağındakı səkini tam olaraq parkinqdən azad ediblər. #səkilər
Uzun çəkmədi.
Qara Qarayev prospektində bu yaxınlarda təmizlənən səki yenidən parkinqə çevrilib.
#səkilər
Qara Qarayev prospektində bu yaxınlarda təmizlənən səki yenidən parkinqə çevrilib.
#səkilər
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚌 Mikayıl Üseynov küçəsində boş avtobus zolağı.
Avtobusların fasiləsiz hərəkəti bütün küçələrdə bu cür təmin olunsa, ictimai nəqliyyatın cəlbliyi qat-qat artmış olar.
🔸 Müntəzəm marşrutlarının keçdiyi bütün tıxaclı küçələrdə vəziyyət belə olmalıdır.
📸: TikTok-dan.
#avtobuszolaqları

🆕 Təzə qoşulan izləyicilər bəlkə bilmir, amma bizim burada özəl Telegram-kanalımız var.
⠀
🔹 Kanalda mən bütün yeni çıxan vloqlar haqqında öncədən məlumat və anonslar verirəm, bəzi səhnəarxası görüntülər paylaşıram.
⠀
🔸 Public-də paylaşmaq istəmədiyim məsələlər həmin “Urban patrons” kanalda dərc olunur.
⠀
❓ Həmçinin kanalda-verilən suallara daha tez cavab verirəm.
⠀
🔹 Kanala giriş simvolik bir məbləğ təşkil edir, bu həm də sizin kanalın davamlı fəaliyyətinə bir dəstəyiniz olur.
⠀
🔹 Qoşulmaq üçün ➡️ keçid.
⠀
🔹 Daha çox maraqlı kontent üçün isə Patreonda qoşula bilərsiniz. Bütün dəstək variantları burada.

⬆️ Bu eyni küçədir.
⠀
🇪🇸 Bura futbol üzrə Avropa çempionu İspaniyanın paytaxtı Madrid şəhəridir.
⠀
🔹 Madriddə 2009-cu ildən başlayaraq bir sıra küçələri piyadalaşdırmağa başladılar.
⠀
🔹 Nəticədə bu cür küçələr:
✅ Daha təhlükəsiz oldu
✅ Daha yaşıl oldu
✅ Daha sakit oldu
✅ Restoran və mağazalar daha çox qazanmağa başladı
✅ Turistlərin cazibə nöqtəsinə çevrildi
✅ Şəhər iqtisadiyyatı canlandı.
⠀
🔄 Bu cür transformasiyalar ilk növbədə şəhərlərin tarixi mərkəzi küçələrdən başlayır, Bakıda hələ ki yalnız istirahət günlərində bu təcrübə tətbiq olunur, bu da hələ ki ciddi bir nəticələr haqqında danışmağa imkan vermir.
⠀
#əvvəlsonra

🌳 Nərimanov parkı təmirdən sonra açıldı.
Çox yaşıl görsənir. Bu ərazi yenilənirsə, burada mütləq eynisəviyyəli piyada keçidləri də lazımdır.
#parklar