This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🚃 8 fevral 1924-cü il. Bakıda ilk elektrik tramvay xəttinin açılışı.
⠀
Şəhər üçün bu əsl bayram idi.
#tramvay
⠀
Şəhər üçün bu əsl bayram idi.
#tramvay
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚊 "Tramvay üçün yer yoxdur, Bakı küçələri dardır" şərhlərini eşidirik və oxuyuruq.
⠀
Amma gəlin əvvəllər tramvay keçdiyi Dilarə Əliyeva və 28 May küçələrinə baxaq. Dəqiq yer yoxdur? Bəlkə sadəcə küçəni daha səmərəli paylayaq və ictimai nəqliyyata üstünlük verək?
⠀
🔹 Buraxılışı hələ də izləməmisinizsə, tam videoya keçid burada.

❌ Daha iki uşaq təhlükəli yollarımızın qurbanı oldu.
⠀
Zaqatalada sürücülük vəsiqəsi olmayan bir şəxs küçədə gəzən 3 məktəblini vurub, onların ikisi hadisə yerində dünyasını dəyişib.
⠀
Yaxşı, sürücü məsuliyyətsiz bir axmaqdır, amma bu küçədə təhlükəsiz gəzmək üçün şərait varmı? Xeyr, fotolarda hər şey aydın görsənir. Bakının bir çox küçələrində olduğu kimi, regionlarda səkilərlə vəziyyət acınacaqlıdır. İnsanlar yolun ortası ilə gəzir, hər gün həyatlarını təhlükə altına atır. Regionlardan vloqları çəkərkən dəfələrlə bunu göstərmişik.
⠀
Bu qəzada sürücünün günahı olduqca böyükdür, əlbətdə, onu məsuliyyətə cəlb edəcəklər. Amma əgər biz istəyiriksə küçələrdə insanlarımız ölməsin biz qəzadan sonra kimisə cəzalandırmaq deyil (axmaq və məsuliyyətsiz sürücülər dünyanın hər yerində var), qəzaların qarşısını almaq üçün tədbirlərə fokuslanmalıyıq. "Vision Zero" konsepsiyası var, hər şey orada aydın izah olunub, amma bizdə tətbiq etmək istəmirlər.
⠀
🔸 Görəsən daha nə qədər soydaşlarımız ölməlidir ki, biz nəhayət bunu başa düşək? Yollardakı soyqırım nə vaxta qədər davam edəcək?
#qəzalar #visionzero

Forwarded from Papirus
❗️ "Drujba" kinotetarı təmir adı altında tarixdən silinir!
📸 Abdul Hüseynov
📸 Abdul Hüseynov
❗️ AYNA və AzParkinq-ə ciddi pressinq gedir. İndi isə bəzi bloggerlər belə çağırışlar edir. ⬆️
⠀
🅿️ Ödənişli parkinqin tətbiqi başlayandan, cəmiyyətdə ən böyük etirazlardan biri - işə gələn sürücülər 8-10 saat üçün parkinq ödənişini etməli olurlar, onlara güzəşt yoxdur.
⠀
Bu məsələni həm saytda, həm vloqda ətraflı izah etmişik, yenə də deməli oluruq:
⠀
❗️ Küçə parklanması sizi məhs uzun müddətli parkinq etməkdən və avtomobil istifadəsindən çəkindərmək üçün yaradılır.
⠀
🔹 Tıxacsız şəhər istəyiriksə, avtomobil istifadəsi azalmalıdır. Həmçinin, qiymət elə tənzimləməlidir ki, hər zaman boş yerlər tapmaq olsun. Parkinq ucuz olsa, yerlər səhərdən dolacaq və bu gün qiymətdən şikayət edən sabah ümumiyyətlə öz avtomobili üçün yer tapmayacaq.
⠀
🔹 Güzəştli tariflər qapalı qarajlarda ola bilər, orada aylıq və hətta illik tariflər tətbiq olunur. Bu təmiz biznes modelidir. Küçə parklanması isə cəlbedicilik deyil, əksinə çəkindirici prinsip əsasında qurulur.
🔹 Bəli, deyə bilərsiniz ki, ictimai nəqliyyat yaxşı deyil ona görə camaat maşınla gəlir. O zaman siz yaxşı ictimai nəqliyyat tələb edin. "Bizə yaxşı avtobuslar və tramvaylar verin!" tipli postları yazın, biz də dəstək olaq belə çağırışlara.
⠀
🔹 Çox təəssüf olsun ki, bunu hər dəfə ya bu kanal, uzağı 2-3 ekspert səsləndirir. Düşünürəm ki, AYNA və ya AzParkinqin özü böyük kütləyə çatmaq üçün elə bu cür postları yazan bloger və inflüyenslərlə görüşüb izah etməlidir.
#parklanma

🚲 Azadlıq prospekti, “28 Mall”-un ətrafında yeni velozolaqlar salınır.
Buranın bir hissəsində piyada keçidinə böyük ehtiyac var, ümid edirəm onu da nəhayət təşkil edərlər.
#velosipedzolaqları

🇷🇺🚊 Rusiyadan tramvaylar alacağıq?
⠀
Rusiyanın Azərbaycandakı səfiri qeyd edib ki, bu ölkə Bakını tramvaylarla təmin etməyə hazırdır. Bu günə qədər Bakı Metrosunun bütün qatarları Rusiyanın "Metrovaqonmaş" zavoddundan gəlir. Prinsipcə, pis vaqonlar sayılmır, sadəcə Rusiya özü indi sanksiya altına düşüb və bəzi ehtiyat hissələrini xaricdən idxal edə bilmir.
⠀
⬆️ Moskvanın özündə belə bir müasir görünüşlü tramvaylar hərəkət edir (adı "Витязь" gedir). Bizə yaxın olan ölkələri götürsək, Türkiyə və Polşada da tramvay istehsalı var. Bizi qatarlarla təmin edən İsveçrənin "Stadler" şirkətinə də müraciət edə bilərik.
⠀
🔹 Yenə də, bu söhbətlər hamısı hələ də "dillərdə" gəzir, müvafiq qurumlardan heç bir rəsmi xəbər hələ ki yoxdur.

İnsan yönümlü şəhərlər ️
🇷🇺🚊 Rusiyadan tramvaylar alacağıq? ⠀ Rusiyanın Azərbaycandakı səfiri qeyd edib ki, bu ölkə Bakını tramvaylarla təmin etməyə hazırdır. Bu günə qədər Bakı Metrosunun bütün qatarları Rusiyanın "Metrovaqonmaş" zavoddundan gəlir. Prinsipcə, pis vaqonlar sayılmır…
Rusiya istehsalı tramvayları Bakıda görmək istəyərsiniz?
Anonymous Poll
19%
Bəli, yaxşı tramvaylara oxşayır
37%
Xeyr, digər ölkələrdən alaq
41%
Fərqi yoxdur, əsas tramvay qayıtsın
4%
Bizə tramvay lazım deyil
Biabarçılıq! 🇦🇪 Dubayda yolları daraldıb, yerində velosiped zolaqları salırlar.
⠀
📸: Fotonu izləyici göndərib.
İroniyadır, təbii ki. Bütün dünyada bu cür proseslər baş verir 🙂
#velosipedzolaqları #dubay
⠀
📸: Fotonu izləyici göndərib.
#velosipedzolaqları #dubay
⬆️ Yaxşı ortaq küçənin nümunəsi.
⠀
Burada hər şey qaydasındadır.
⠀
✅ Küçə daşla döşənilib, sürətlə hərəkət etmək olmur, ekoloji cəhətdən daha səmərəli.
⠀
✅ Sürət limiti 30 km/s - bu cür ortaq küçələr üçün optimaldır.
⠀
✅ Nişanlar böyük deyil və qruplaşdırılıb, vizual zibillik yaratmır.
⠀
✅ İşıqlandırma tam təmin edilib.
⠀
✅ Parkinq cibləri hərəkət hissəsindən ayrılıb.
⠀
✅ Küçə boyu ağaclar. Foto qışda çəkilib, buranı yayda təsəvvür edin.
⠀
✅ Binaların tarixi görünüşü saxlanılıb. Yersiz reklamlarla kirlənməyib.
⠀
🇭🇺 Budapeşt şəhəri.
#Budapeşt

Media is too big
VIEW IN TELEGRAM
⬆️ Bu xəbər süjetinə diqqətlə baxın.
⠀
Burada baş verən proseslərə "gettoləşmə" deyilir. Bu haqda məqalə yazmışıq və Xırdalanın nümunəsində vloq çəkmişik.
⠀
🔸 Qısa olaraq nə baş verir? Bu cür binaları tikən MTK-lar evləri təhvil verəndən sonra heç bir infrastruktura yatırım etmirlər. Həyətlərə qulluq etmirlər, təhlükəsizliyə nəzarət aşağı olur. Cinayətlərin sayı artır. Nəticədə azca imkan tapan kimi buradan ailələr yavaş-yavaş köçür.
⠀
🔸 Sonda qalan ən aşağı sosial təbəqələr qalır və bura gettoya çevrilir. Bu proseslər dünyanın müxtəlif ölkələrində baş verib və verir, Azərbaycan da bu zəncirdə istisna olmayacaq.
⠀
❗️ Onu da qeyd edim ki, cəmiyyətimizdə bu gün artan aqressivlik, qeyri-adekvat davranış məhz bu cür insan yönümlü olmayan mühitdə yaşamaqdan formalaşır.
#yaşayışmassivləri

🚇 Bakı metrosundan ətraflı vloq gəldi.
⠀
❓ Yaxın illərdə metronun inkşafı necə gedəcək? Yeni stansiyalar harada açılacaq? Baş planda nə deyilir və metroya nə qədə pul ayırmaq lazımdır?
⠀
Bir çox suallara toxunduq, mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla və nəqliyyat ekspertləri ilə maraqlı söhbətimiz oldu.
⠀
➡️ https://youtu.be/xTRevoEOoJI?si=rRu9XlClZR3y2o2-
⠀
🔸 Planlar haqqında daha ətraflı isə videonun geniş versiyasında baxa bilərsiniz. Patreon-da kanala dəstək göstərənlərin sırasına qoşulmaqla izləyə bilərsiniz.
#metro #vloq

YouTube
Yeni stansiyalar üçün 3 milyard manat - Bakı metrosunun planları nədir?
Bakı metrosunun inkişafı niyə belə zəif gedir? Baş planda hansı yeni stansiyalar və xətlər nəzərdə tutulur? Niyə xətlərdə hələ də köhnə qatarlara rast gəlirik?
Bu və digər suallara cavab tapmaq üçün Bakı Metropolitenin mətbuat xidmətinə müraciət etdim. Xidmətin…