İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.47K photos
308 videos
2 files
779 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⚡️ Yol qəzalarında yeganə səbəbkar insanlar özləri deyil.

Yol infrastrukturu özü belə olmalıdır ki, qəza riski minimuma endirilsin. Bunun üçün inkişaf etmiş şəhər və ölkələrdə yolları elə layihələndirirlər ki, orada hərəkət etmək özü-özünə təhlükəsiz olsun. Maşınla, piyada, velosipedlə - fərq etməz.

📍 Bu gün Heydər Əliyev prospekti maqistral kimi tikilməsəydi, bu həm ağır qəzaların qarşısını alardı, həm daha çox insan daşıya bilərdi, həm də daha yaşıl və səs kirliyindən azad olan bir məkan olardı. 🇳🇴 Oslo şəhərinin nümunəsini əlavə edirəm.

#təhlükəsizlik #visionzero
💬 Şərhlərdə və şəxsidə bu cür ifadələrə tez-tez rast gəlirəm.

Bir də hərdən yazırlar ki, "sənin maşını yoxdur, paxıllıq edirsən" 🤡

Daimi izləyicilər isə bilir ki, mənim hətta sürücülük təlim mərkəzindən videom var, öz avtomobilimlə onu sınaqdan keçirmişəm.

#şerhlərmuzeyi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ Küçələri təhlükəsiz etmək düşündüyümüzdən daha asandır.

#təhlükəsizlik
🇧🇪 Bir il əvvəl Brüssel şəhərində "Good move" adlı mobillik planının icrasına başlanılmışdır.

Proqramın əsas məqsədi şəhərdə tıxacların azaldılması, insanları daha çox velosiped və ictimai nəqliyyata yönləndirilməsi, eyni zamanda yaşayış keyfiyyətinin artırılması idi.

Təbii ki, bundan əvvəl də Avropa Birliyinin digər şəhərləri kimi Belçikanın paytaxtı da sürətlə insanyönümlüyə doğru inkişaf edir, lakin proqram çərçivəsində bunu daha radikal etməyə başlamışdılar. Bəzi küçələri təmamilə avtomobillər üçün bağlamışdılar.

Nəticədə:

Tıxaclar 27% azalmışdır
Məktəbyanı küçələrdə 54% daha az trafik
Velosipedçilərin sayında 36% artım
Daha sakit və təhlükəsiz küçələr
Daha çox piyada zonaları

❗️ Bütün bunlar bir sıra sakinlərin (daha çox sürücülərin) etirazına rəğmən reallaşdırmışdır.

🔹 Xatırladım ki, Brüssel Avropanın ilk paytaxtı oldu ki, bütün şəhərdə sürəti 30 km/s-a salmışdır.

#təhlükəsizlik #Brüssel #tıxac
Yaxşı ictimai nəqliyyat necə olmalıdır? Ətraflı izahı 🇭🇺 Budapeştin nümunəsində.

İnsanları avtomobillərdən düşürdüb ictimai nəqliyyata yönəltmək istəyirsinizsə, həmin nəqliyyatınız ən azı bu beş vacib kriteriyalara cavab verməlidir.

https://youtu.be/pDTPeuMoFZE?si=00nrOL9WR-teF-0k


📍 Tam vloqu buradan izləyə bilərsiniz

#vloq #Budapeşt #ictimainəqliyyat
🏖 Dəniz qırağı tək "lejanka", "zontik" və restoran anlayışı ilə bitmir. Çimərlik şəhərin ən maraqlı ictimai məkanına çevrilə bilər.

Burada velosiped zolaqları, kinoteatr və hətta kitabxana (Beach Library) təşkil etmək olar. İcarədən qazanılan pullara isə həmin dəniz qırağına qulluq etmək olar, onu səliqəli saxlamaq olar.

🇮🇱 İsrail və 🇺🇸 ABŞ-dan maraqlı nümunələr.

#İsrail #ABŞ
🇦🇿 Füzuli şəhərində yeni salınan küçənin görünşü heç də ürəkaçan deyil.

Çox təəssüf ki, işğaldan azad olunan regionlarımızda hətta sıfırdan salınan şəhərlərdə yenə də küçə layihələndirmə məsələlərində müasir yanaşmanı tətbiq etmirlər.

Görünür ki, yenə də yeganə önəmli prinsip - "əsas geniş yol olsun". Bəli, fikir vermək olar ki, burada velosiped yolu və geniş səkilər nəzərdə tutulub, bu yaxşı haldır, lakin yolun bir tərəfinə digər tərəfinə keçmək çox təhlülkəli və narahat görünür.

Çünki:
🔹 Piyada keçidlərinin sayı kifayət qədər deyil, onlar hər yolayrıcında olmalıdır, burada isə bu uzunluqda cəmi 2 ədəd görünür;
🔹 4-zolaqlı yolların kəsişməsində mütləq svetoforlar qoyulmalıdır (ümid edirəm, qoyulacaq);
🔹 Piyada keçidləri əgər nizamlanan deyil, mütləq təhlükəsizlik adacıqları olmalıdır;
🔹 Görürük ki, parklanma yerləri sadəcə boya ilə işarələnib, onların səki çıxıntısı ilə olması ilə etməsi daha məsləhətdi, Ağ Şəhərdəki kimi, onsuzda sıfırdan edirsiniz;
🔹 Velosiped yolları səkilərdə var, amma velosiped yolunun keçidləri yoxdur nə yolayrıcıda nə də piyada keçidlərinin yanında.

🇸🇪 Müqayisə üçün İsveçin paytaxtından bir küçənin fotosunu əlavə edirəm. Fərq göz qabağındadır.

Bunların hamısını danışanda, söhbət gözəllikdən getmir, bu daha vacib olan təhlükəsizlik məsələsidir. Bu gün İsveçin əhalisi Azərbaycan ilə demək olar ki eyni olsa da, onlarda qəzalarda qat-qat bizdən az insan ölür. Çünki İsveçdə infrastruktur özü təhlükəsizdir.

❗️ Ümid edirəm, nə qədər ki gec deyil, yenidən salınan bütün şəhərlərdə yanaşma dəyişəcək.

#Qarabağ
Fəvvarələr meydanının başına yenə oyun açırlar 🤦‍♂️

Buna icazə verən, bunu tikənlər üçün ümumiyyətlə heç bir dəyər qalmayıb?
🌳 Yaşıl həyətlər hər cəhətdən yaxşıdır. Onlar daha sakit, daha təmiz və insanların sosiallaşması daha uyğun ictimai məkanlardır.

📍 Memar Dilqəm İsmayılov ilə 8-ci mikrorayonunda çəkilən vloqdan bir parça:

https://youtu.be/HPcxVeC7uUw

Vloq qısamüddətli məzuniyyətdədir, yeni mövsümdə daha da maraqlı məkanlardan reportajlar davam edəcək. 💚

#vloq
❗️🅿️ Ödənişli parklanmanın ilk müsbət effekti hiss olunur.

💬 İslamov Fərid yazır:
"Əvvəllər Caspian ətrafında bir dənə parkinq yeri tapmaq üçün gələnə yaxın 3-4 dua oxumalı olurdun ki, yer tapasan. Çox vaxt duaların da xeyri olmurdu. Maşını olan, amma pulu olmayan hamı saxlayırdı. İndi isə gözəllikdir. 50faizə yaxın yerlər boşdur."

🔹 Bu mexanizm hər yerdə normal işləsə, şəhərin yükü xeyli azalar. Təbii ki, bütün digər islahatlar (alternativ mobillik üsulların inkişafı) da parallel olaraq aparılmalıdır.

#parklanma
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu meydanın transformasiyasına çoxdan ehtiyac yaranıb.

Bu gün Dəmiryolu vağzalının önünü maşınlar üçün bağlayıb, yalnız piyada və ictimai nəqliyyat üçün açıq saxlayıblar.

🔹 Dərhal çox sakit və nisbətən təhlükəsiz bir məkana çevrilib bura. Təsəvvür edin, indi burada asfaltın əvəzinə müasir park və ictimai nəqliyyat üçün qovşağ yaradılır (İstanbulun misalı).

Belə bir təkliflər vaxtilə BNAADY tərəfindən verilsə də, təəssüf ki, icra mərhələsinə onlar çatmayıb.

#vağzalmeydanı
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇦 Kanadanın Toronto şəhərində yaxın zamanda ilk "Niderland-tipli" yolayrıcısı təşkil ediləcək.

Yeni urbanistik yanaşması ilə təşkil olunmuş bu yolayrıcısında avtomobil, velosiped və piyadalar arasında konflikt nöqtələri minimuma endiriləcək.

Yolayrıcısına birləşən küçələrdə həmçinin əlavə velosiped zolaqları salınacaq, ağaclar əkiləcək.

🔹 Kanada və ABŞ son illər küçələrini daha təhlükəsiz etmək üçün Avropa ölkələrinin təcrübəsini tətbiq etməyə davam edirlər. Əsas məqsəd - yolları daha təhlükəsiz etməkdir.

#təhlükəsizlik #visionzero