İnsan yönümlü şəhərlər ️
2.7K subscribers
1.55K photos
192 videos
500 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🆘 Bütün saytlar xəbər dərc edir ki, bəs sürücülər üçün cərimələr qaldırılır! Diqqət...

Birincisi, bu qanun layihəsidir, hələ ki heçnə təsdiq olunmayıb.

İkincisi də, hətta bu qanun layihəsində ciddi bir islahat görmədim. 41-60 km/s sürət aşmasına görə cərimə onsuzda az deyildi (150 AZN idi, təklif olunur 200). Lakin 20 km/s aşmasına görə cərimə elə gülməli 10 manat səviyyəsində qalır.

Yəni siz şəhərdə 80 km/s maşın idarə etsəniz adam öldürə bilərsiniz, amma buna görə sizə cəmi 9 AZN cərimə düşəcək (endirimi nəzərə alaraq).

Amma səkidə maşın saxlamasına görə, piyadaların hərəkətinə maneə törətmısində görə heç bir qanun dəyişikliyi nəyə görə sə heç kimin yadına düşmür.
🇪🇬 Misirdə güya tıxacları azaldmaq üçün şəhərin ən dəyərli məkanını - dəniz qırağını asfalta döşəyib 10 zolaqlı yol çəkiblər.

Təəsüf ki, belə bəsit düşüncəyə məxsus insanlar hələ də bizim qərarverən məmurlar arasında mövcuddur.

Daimi izləyicilər bikir ki, yolların genişləndirilməsi dünyanın heç vaxt tıxac problemini həll etmir. Təzə qoşulanlar isə bu haqda buradan oxuya bilər.
‼️ Avtobus cibləri nəinki lazımsız, hətta təhlükəlidir.

Bu qəza Bakıda baş verib. Vaxtına qənaət etmək istəyən avtobus sürücüsü cibə daxil olmadı, nəticədə sərnişini maşın vurdu.

Burada "qəribə" heç nə yoxdur. Bizdə 90% avtobus sürücüləri ciblərdən istifadə etmir (fotolarda baxa bilərsiniz), çünki bu əlavə vaxt itkisidir, onsuz da bu avtobuslar daima tıxaclarda ilişib qalır və qrafikdən gecikir.

🔹 Dünyanın inkişaf etmiş ölkələrində bu ciblərdən imtina edirlər, hətta dayanacağı çıxıntılı edirlər ki, avtobus dayanacaqda minimum vaxt itirsin. Dördüncü şəkildə bu aydın görsənir.

🔹 Azərbaycanda cəmi bir çıxıntılı dayanacaq var, o da Pirallahı qəsəbəsindədir. Onu da "rəhmətlik" BNA təşkil etmişdi.
Piyadalar üçün ən rahat şəhər nəhayət ki, tapıldı.

Bura Mingəçevirdir! 🇦🇿

Geniş (çox geniş) səkilər, səliqəli şəhərsalma və yaşıllıq ilə fərqlənən Azərbaycanın ən uğurlu şəhərlərin birinə yeni vloqda sizi tanış edəcəm.

https://youtu.be/SgQLjcfOrTM

🔹 İşimizə dəyər vermək üçün isə sizdən dəstək gözləyirik 🙏. Patronlar isə bütün vloqların daha geniş versiyaların və daha erkən izləyə bilirlər.
🇦🇿 Əziz Bakı, ümid edirəm səkiləri daraldan, piyadaların yollarını kəsən və şəhərə eybəcərlikdən başqa heçnə gətirməyən bu cür köşklərdən sən bir gün qurtulacaqsan.

Küçə ticarət olmalıdır, lakin insanlara naratlıq gətirəcək və şəhərin simasını pozan formada yox.

📍 Səməd Vurğun bağı.
​​🚕🚍 Tıxacda dayanan taksini seçərsiniz yoxsa sizi metro kimi şəhərin istənilən yerinə tıxacsız avtobusa?

🔹 Bu gün nazir Rəşad Nəbiyevin danışdığını oxumuş olarsınız, güman ki. Əksər xəbər saytları və populist səhifələr danışığından yalnız "taksinin qiyməti artacaq" ifadəsini çıxarıblar.

🔹Lakin o daha bir vacib mesajı bəyan edib: Avtobus zolaqların sayı artacaq və polis həmin zolaqlada digər maşınları buraxmayacaq, ictimai nəqliyyata üstünlük verilməlidir küçələrdə.

🔸 Bu çox ciddi bir bəyanatdır, çünki indiyə qədər, misal üçün, keçmiş BNA polisə belə göstəriş verə bilməzdi.

Düzdür, bunun nə dərəcədə real olması hələ dumanlı görsənir, lakin üfüqdə artıq işıq görsənir. Deyəsən, Nəqliyyat Nazirliyində Dayanaqlı Şəhər Mobillik Planını müzakirə edirlər, problemi kökündən həll etmək istəyirlər.

🔹 Mən dəfələrlə qeyd etmişəm ki, bu cür islahatlar üçün lazım olan ən böyük amil cürət və cəsarətdir. İnsanlar indi açıq şəkildə taksilərdə qiymət artımına dair sosial şəbəkələrdə narazılığını bildirir. Urbanistik islahatlar davam etsə sabah bundan da ciddi etirazlar olacaq.

🔸 Bütün inkişaf etmiş ölkələr bundan keçib. Bəs biz hazırıqmı?!

🔹 Bakılılara isə ünvanlanıb demək istəyirəm ki, əgər şəhərin hər yerinə avtobus zolaqları çəkilsə və onlar hər zaman boş qalsa, inanın ki şəhər daxilində əksər yerlərə siz uzağı 20 dəqiqəyə çata biləcəksiniz. Bu cür hallarda siz artıq tıxacda 1 saat vaxt itiməyə heç özünüz istəmərsiniz.
🚍 Yaxşı ictimai nəqliyyat tək avtobus və vaqonlar demək deyil.

Şəhər infrastrukturu da cəlbedici, rahat və əlçatan olmalıdır.

🇩🇪 Almaniyanın Vaysenfels şəhərindəki bu mübadilə mərkəzinə fikir verin. Bu cür səliqəli infrastrukturu görəndə adam özü avtobusdan istifadə etmək istəyir.
📍 Bu şəkil Bakını çox yaxşı təsvir edir.

- İnsan daşimalarını yaxşılaşdırmaq üçün tələb olunan avtobus zolağında ətlik heyvan daşıyan avtomobil durur. Bu da şəhərin prioritetləri.
- İcitimai məkanın zəbt edilməsi. Səkidə kartof satışı bir yana, amma səkidə iribuynuzlu heyvanın kəsilməsi artıq hər şeyi deyir.

Bu o deməkdir ki, şəhərdə heç bir formal qaysa işləmir. Müəyyən şərtlərlə kim nə istəsə edə bilər. Deməli lazımi nəticə verən təsisatlar mövcud deyil.

*Prius da öz yerində :)

©️ Facebook / Transport for Baku
🇦🇿 Bu gün sizi 8-ci mikrorayonuna dəvət edirəm.

Burada Bakının əksər yerlərində olduğu kimi piyadalar üçün pis və aqressiv bir mühit olsa da, buranın həyətlərində əsl həyat var.

Memar Dilqəm İsmayılovla mikrorayonlardakı binalara, meşə kimi yaşıl və insanların vaxt keçirmək istədiyi həyətlərə baxacağıq.

https://youtu.be/yTuShumYQvY

🔸 Patreon-da dəstək olanlarımız sırasına qoşularaq isə siz həm bütün videoların daha geniş versiyalarını izləyə biləcəksiniz, həm də yerli urbanistikaya dəstək etmiş olursunuz. 👍

Eyni zamanda, Patronlar üçün ayrıca bir müzakirə qrup açdıq, çəkiliş prosesindən maraqlı məqamları orada paylaşacağıq, birbaşa olaraq suallarınızı cavablandıracağıq:
https://www.patreon.com/city4people
🇬🇧 Dünyanın ən qədim metrostansiyası.

Şəhər tarixinə, ictimai məkanların tarixi identikliyinə hörmət nümunəsi.

Gördüyünüz kimi, müxtəlif rəngbərəng plastik panellərdən istifadə etməsək belə, metrostansiyalarımızı yaxşı vəziyyətdə qoruyub saxlaya bilərik.

©️ Bayram Axundov.

📍 Baker Street, London.
⚠️ Uşaqların həyatlarını xilas edən etirazlar.

🇳🇱 Bu gün Sizə Niderland tarixindəki bir dönüş nöqtəsi haqqında danışmaq istəyirəm.

Keçən əsrin ortalarında burada, digər Avropa ölkələrində olduğu kimi, avtomobillərin sayı kəskin artmağa başladı. Küçələrdən tramvayları yığışdırıb, onların yerində geniş və sürətli yollar salınırdı (tanışdırmı?).

Təbii ki, avtomobilləşmə qəzaların sayına da təsir etdi. Belə ki, 1971-ci ildə Niderland yollarında 3300 nəfər həyatını itirmişdi, onların 400-dən çoxu uşaq idi.

Qəzəblənən ictimaiyyət "Uşaqları öldürməyi dayandırın" (Stop de Kindermoord) kampaniyasına start verdi. Minlərlə insan etirazlara çıxdı.

Dövlət məcbur olub tədbirlərə keçdi. Şəhərlər yeni, daha təhlükəsiz konsepsiya haqqında düşünməyə başladı. Məhs bu addımlar nəticədə İsveçdə qəbul olunan "Vision Zero" proqramının əsasında durdu.

Son 40 il ərzində Niderlanda yol qurbanların sayı 5 dəfədən çox azalaraq, 3300-dən təxmini 600-ə düşüb. Bu gün bu ölkənin küçələri dünyanın ən təhlükəsiz sırasındadır.

🔸 Xatırladım ki, Niderland əhalisi təxmini 18 milyon təşkil edir. Azərbaycanda isə 10 milyon əhaliyə hər il 800-dən çox yol qurbanı düşür. Avtomobil sayına görə götürsək, fərq daha çox nəzərə çırpır.