İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲 Ana və uşaq səhər-səhər velosipedlə məktəbə gedir.

🇩🇪 Berlin şəhəri. Fikir verin velosiped yollarına küçədə nə qədər yer ayrılıb

🔹 Pandemiyadan sonra Berlində çoxlu velosiped zolaqları salmağa başlamışdılar, bu haqda ötən il vloqda da buraxılış olub.

#velosipedzolaqları #Berlin
🇩🇪 2025-ci ildən başlayaraq Berlində 50-metrik tramvaylar hərəkət edəcək.

🚊 Hazırda burada 40-metrlik tramvaylar hərəkət edir, sizə onları iki il öncə vloqda göstərmişdim.

❗️ Bu şəkilləri həmçinin ona görə paylaşıram ki, tramvayın eninə diqqət yetirəsiniz. Tramvaylar çox uzun olsa, onlar avtobusdan daha dar olur adətən və küçədə daha az yer tutur. Eyni zamanda 200-250, bəzən isə 400 sərnişin daşıya bilir.

🔸 Təəssüf ki, istər bizim cəmiyyətdə, istər qərarverən şəxslərin arasında hələ də tramvaya köhnəlmiş nəqliyyat kimi baxırlar.

🇦🇿 Tramvayın Bakı küçələrinə qayıtmasına hələ də inanıram.

#tramvay #Berlin
🇩🇪 Berlinin velosiped zolaqları - maraqlı faktlar.

🚲 Almaniyanın paytaxtında artıq 620 km velosiped zolağı var. Bu, Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planından 2 dəfə çoxdur.

🚙 Berlində 1.2 milyon avtomobil var (Bakıdan çox), buna baxmayaraq bu gün şəhərdə səfərlərin 18%-i velosipedlərin payına düşür. Müqayisə üçün Bakıda bu rəqəm heç 1% təşkil etmir (AYNA-nın məlumatı).

❗️ Almaniya Avropanın ən çox avtomobilləşmiş ölkəsidir. Dünyanın aparıcı avtomobil şirkətləri və konsernləri məhz Almaniyada cəmləşib. Buna baxmayaraq, almanlar maşını daha çox gündəlik əsasda deyil, istirahət günlərində və uzaq məsafələrə sürməyə üstünlük verir.

📸 Fotolar: Melissa & Chris Bruntlett

#velosipedzolaqları #Berlin
🚲🌳 Velosiped yolu və ictimai məkan — gözəl deyilmi?

🇩🇪 Bura Berlinin “Radbahn” adlanan layihəsidir. Yerüstü metro estakadasanın altında salınan həm kölgəli velosiped yolu, həm də yaşıllıq dolu ictimai bir məkandır.

🔹 Küçə mebelləri, ağaclar, kiçik kofeşoplar, ekoloji təmiz şərait, — vaxt keçirmək üçün bura gözəl bir yerdir.

🔹 İdeya 2014-cü ildə yaranıb, lakin reallaşdırmasına təzəlikcə başlanılıb. Bütün mərhələlərdə aktiv şəkildə Berlin sakinləri ilə müzakirə olunur.

#berlin
🇩🇪 Berlinin insan yönümlü küçələri.

🔹 Gözəl və funksional küçənin arxasında əslində sadə həllər dayanır. Ağaclar, səkilər, velozolaqlar, təhlükəsiz və vaxtı-vaxtında hərəkət edən ictimai nəqliyyat. Avtomobil ilə hərəkət etmək heç kim qadağan etmir, buyur, parklanma yerlədi demək olar ki hər küçədə var.

💡 Sadəcə düzgün yanaşma və hər qrup vətəndaş üçün şərait və alternativlərin yaradılması.

#Berlin
🇩🇪 Şəhər əlçatan olana azmobilli insanlar küçələrdə peyda olunur.

Fotoda — metro girişinə quraşdırımış lift və təkərli araba ilə metrostansiyadan çıxan yaşlı qadın.

#Berlin
Media is too big
VIEW IN TELEGRAM
🌳 İnsan yönümlü küçə bax bu cür olur. Yaşıl, əlçatan və funksional.

🚍 Avtobus dayanacağına da baxıb Bakı ilə müqayisə edə bilərsiniz.

🇩🇪 Berlin, mərkəzdən qıraqda yerləşən bir küçə.

#Berlin #minivloq
Media is too big
VIEW IN TELEGRAM
🇩🇪 Berlindən daha bir təəccüb doğuran misal.

🚲 Prioritetlər belə olanda təbii ki, vətəndaş özünə maşın deyil, velosiped alacaq.

🔸 Günün pik saatıdır və heç bir tıxac yoxdur.

#Berlin #minivloq
🚲 Velosiped zolaqları — Berlindən öyrənək?

🔹 Parkinq və velozolaqların birgə təşkili, kəsişmələr və hətta təmir işləri zamanı müvəqqəti zolaqların nəzərə alınması — fotolarda Berlin şəhərinin təcrübəsi.

🇩🇪 Təəssüf ki, Almaniyanın 10-15 il əvvəl təşkil etdiyini səviyyəsini biz 2024-cü ildə təşkil edə bilmərik. Bu işdə təcrübəsi olan xarici ölkələrdən mütəxəssisləri heç olmasa konsultant və audit qismində çağırmaq olmazmı?

#velosipedzolaqları #Berlin
Tıxacdan qurtulmaq üçün paytaxtı köçürməyə ehtiyac yoxdur.

🇩🇪 "Dağılan" Almaniyanın paytaxtında baxsaq, burada əsas diqqət insanlara rahat alternativlərin verilməsinə yönəlib. Geniş səkilər, hər yerdə velosiped zolaqları (həqiqitən HƏR YERDƏ demək olar ki) və rahat ictimai nəqliyyat.

🔹 Berlində olarkən sizin üçün iki vloq hazırladım. Birinci hissədə şəhərin urbanistik islahatlarından danışarıq, bizimlə müqayisə edərik.

➡️ https://youtu.be/Ww14sV5wv8o

İkinci hissə gələn həftə dərc olunacaq, sizə Berlinin ictimai nəqliyyatını göstərəcəm. Daha öncədən izləmək üçün Patreon-səhifəmizəözəl Teleqram-kanalına qoşulun.

#Berlin #vloq
İnsan yönümlü şəhərlər ️
🇩🇪 Baxa bildiniz Berlin təcrübəsinə? Ənənəvi "quiz". Bu şəhərdə səkidə təşkil olunan velozolaqları necə fərqləndirirlər?
🇩🇪 Berlində velosiped zolaqlarını adətən yolun hərəkət hissəsində təşkil etsələr də, səkilərdə velozolaqların sayı az deyil.

🚲 Bu cür təşkil edəndə isə adətən qırmızı tamet daşlarından istifadə olunur. Ümumiyyətlə, səki daşları digər örtüklərinə nisbətən daha dözümlüdür və onillərlə xidmət edir. Asfaltı isə tez-tez yeniləmək lazımdır, bu da əlavə xərcdir.

🔹 Sərt qənbər daşları isə səkidə daha aydın şəkildə piyada və velosiped axınlarını ayırır. Həmçinin, giriş-çıxışlarda axını sakitləşdirmək üçün istifadə olunur. Düzgün cavab №4.

➡️ Berlindən vloqu buradan izləyin.

#Berlin
🚊 Şəhərdə geniş metro, qatar və tramvay şəbəkəsi olsa, həmin şəhər tıxacda batmaz.

🔹 Bakıda metro və qatar sistemi olsa da, onlar geniş bir şəbəkə təşkil etmir. Tramvay 20 ildir sökülüb və hələ ki qaytarılmasına ümid çox azdır.

🇩🇪 Bu gün Berlinin misalında sizə iki önəmli məsələyə toxunacağıq — niyə tramvayın qaytarılması önəmlidir, və həmçinin mövcud ictimai nəqliyyatı detallara fikir verərək daha cəlbedici etmək olar?

➡️ https://youtu.be/kxOJ0Q8lzMY

P.S. Video sentyabr ayında çəkilib və bu vloqun davamıdır.

#Berlin #vloq