İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.47K photos
308 videos
2 files
779 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲 Hüseyn Cavid prospektində yeni velosiped zolaqları çəkilib.

Bəzi yerlərdə velozolaq səkidə təşkil olunub. Hələ ki izləyicidən gələn fotoları paylaşıram, yəgin ki bir azdan rəsmi məlumat olar.

#velosipedzolaqları
☑️ Bordür xətlərinə yox deyilir.

🔹 Yaxşı bir tendensiyaya fikir vermişəm. Artıq yenidən xətlənmə işləri aparılanda yolun qırağında ağ və yaxud sarı rəngdə olan və yolun kənarını bildirən xətlər də silinir.

🔹 Onun rəngi adətən dayanma-durmanı nizamlayır, amma velozolaq olan yerdə ona gərək yoxdur. Əvəzində, küçə sahəsində ~30 santimetr yer qazanmaq olar.

🚌 Puşkin küçəsində avtobus zolağını salanda da bu cür etmişdilər.

📍 Fotoda: Hüseyn Cavid prospekti bu gün.
⚠️ Təhlükəsizlikdən danışaraq, bu mövzunu yenidən qaldırmaq labuddur.

🔸 Azərbaycanda yol qəzaların əksər hissəsi piyadaların vurulmasına düşür. Hətta piyada keçidlərinin özlərində dəfələrlə qəzalar olur. Bunun həll yolu — bu cür təhlükəsizlik adacıqlardırıdır.

🔹 Piyada keçidlərinə bu cür adacıqların üstünlüyü:

Sürücülər keçidə yaxınlaşanda sürəti aşağı salır, qəza riski azalır.
Piyadalar yolun bir hissəsini keçərək, digər tərəfdən gələn avtomobilləri adacıqda daha təhlükəsiz şəkildə gözləyə bilər.
Piyada keçidində qanunsuz ötmə əməliyyatı riski minimuma azalır.

🔹 Dəfələrlə postlarda və vloqlarda xarici təcrübənin misalları gətirilib. Bu gün hətta Bakıda da belə misallar var. 2022-ci ildə Nərimanov rayonunda belə adacıqlar təşkil edildi. Təəssüf ki, ardı gəlmədi. Bir çox ölkələrdə isə bu adacıqların təşkili hətta qanun və standartlarda öz əksini tapır.

☑️ Təhlükəsizlik infrastrukturdan başlayır.

#təhlükəsizlik
🗣️ Müzakirədə iştirak edin.

🕒 Sabah, saat 15:00-da BMT-nin keçirdiyi “Əlçatan Mobillik” vebinarında spiker qismində iştirak edəcəm.

🔹 Vacib və maraqlı mövzuları müzakirə edəcəyik, qoşulun.

➡️ Qeydiyyat üçün link.
🚇 Metro xəyalları.

🔹 İnsanlar bəzən özləri bilmirlər nə istəyirlər. Daha doğrusu — istək var, amma reallaşmasını səhv yerdə axtarırlar.

💬 Bir izləyici metropolitenin Facebook-səhifəsində yazır ki, aeroporta metro çəkilməlidir.
Niyə? Çünki “28-ə daha tez çatmaq olar”.

🔹 Bəs baş planda artıq hava limanına qatar (ADY) xəttin çəkilməsi təsdilqənib. Və həmin qatar da Vağzala, yəni 28-ə gələcək.

🔹 Bu haradasa “Xırdalana metro” xəyallarına oxşayır. İnsanlar bu istiqamətdə mobillik axtarır, hansını ki qatar ödəyə bilir. Əsas odur ki, sayı çoxalsın və intervallar azaldılsın.

Bu arada, baş planda həmçinin Dərnəgül metrosunun yanında da sərnişin dəmiryol stansiyası (mübadilə mərkəzi) nəzərdə tutulub, bu da o əraziyə ictimai nəqliyyat əlçatanlığını xeyli yaxşılaşdıracaq.

#metro #başplan
Bu gün çox ağır bir xəbər gündəm oldu: Gəncədə yeniyetmə bir oğlan qətlə yetirilib.

🔸 Hadisənin təfərrüatları hələ məlum deyil, motivlər haqqında dəqiq heç nə demək olmaz. Amma bu xəbər bir daha göstərir ki, biz yaşadığımız şəhərlərin mühitinin necə aqressiv ola biləcəyini tez-tez unuduruq. Cinayət səviyyəsi şəhər mühitinin yaratdığı psixoloji təsirin nəticələrindən biridir.

🔸 İstər Gəncədə, istər Bakıda uşaq və yeniyetmələrin təhlükəsiz və sağlam sosial münasibətlər qura biləcəyi yer azdır. Xırdalan vloqunda da biz bunu vurğulamışdıq.

☑️ Bəli, bəzi işlər görülür, yaxşı məkanlar salınır, amma bu gün və il ərzində buna oxşar onlarla baş verən hadisə bir daha göstərir ki, hələ çox iş görülməlidir. İnsan yönümlü məkanlar, təhlükəsiz küçələr, münasibət qurmağa şərait yaradan mühit — bütün bunlar şəhər və ölkənin sağlam gələcəyi üçün əsasdır.

❗️ Özünüzü bu aqressiv mühitdə qoruyun, yaxşı və təhlükəsiz şəhər üçün təbliğat aparın.

📸: Fotoda: Xırdalanda yaşayış massivindən keçən bir küçə.
Bulvarın bir hissəsi hasarlanıb.

🚳 Velosiped zolaqlarına giriş qadağandır.

🗓️ Əgər “Formula-1” yarışmasına görə edilibsə, tədbir sentyabr ayının ortalarına planlaşdırlıb. Niyə indidən məhdudiyyətlər tətbiq olunsun ki?
🔹 Ötən həftənin vloqunu buraxmısınızsa, mütləq izləyin. Pirallahı adasını gəzib geniş reportaj çəkdik.

🔹 Köhnə və yeni yaşayış binaları, ada identikliyi, dağıdılımış dəmiryolu vağzalı və yeni art-obyektə çevrilə bilən çörək zavodu.

📍Bura Pirallahıdır:

https://youtu.be/_IkKGR6MfWI?si=Tth48cBrEf3vZp5K