İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲 Bakıya 100 kilometr yeni velozolaq gəlir.

🔹 Nə qədər etirazla qarşılansa da, istənilən insan yönümlü şəhərdə velosiped zolaqları olmalıdır. Qısa məsafələr üçün real nəqliyyat alternativi məhz velo və skuterdir.

Yaxşı, bəs bu zolaqlar Bakıda düzgün çəkilirmi? Hansı səhvlər və problemlər var? Daha yaxşı necə edə bilərdik?

🔹 Ən əsası — bu zolaqlar həqiqətən görüntü üçündür, yoxsa əlimizdə real statistika var?

📽️ Yeni vloqda araşdırırıq:

➡️ https://youtu.be/kBlVteZwR6Y?si=PDD6W1fBLkw0hiqF

#velosipedzolaqları #vloq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎊 Söhbətgahın təntənəli açılışı.

Xahiş edirəm, kimsə desin ki bu prikol videosudur…
🗓 Ötən həftə urbanistika dünyasında baş verənlər:

🔹 Bakı şəhərinin meri hansı funksiyaları yerinə yetirməlidir — siyahı.

🔹 Finlandiyadan əsl multimodal küçəsinin nümunəsinə baxdıq.

🔹 Bakının mövcud, planlaşdırdan və öz tərəfimdən təklif olunan velosiped zolaqlarının xəritəsini hazırladım.

🔹 "Bakıda velosiped sürən yoxdur" mifii bir daha bu foto ilə dağıdıldı.

🔹 Memar və vloqlarımın qonağı Dilqəm İsmayılov Bakının memarlıq irsinin qorunmasından danışdı.

🔹 Çinin gözəl və müasir tramvay sistemlərində baxdıq.

🔹 Velozolaqlara qarşı hazırda aktiv şəkildə tənqidin səbəblərinin təhlilini paylaşdım, ağır tıxaclar velozolaqdan qat-qat öncə olduğunu isə bu fotolar sübut etdi.

🔹 Bakıda çəkilən sarı tor nişanlanmasının mənasını və vacibliyini vurğuladım.

🔹 Bakı metropoliteni xətlərin ayrılmasına dair ətraflı video paylaşdı.

🔹 Bakıda yeni salınan yolun tıxaclara son qoyulması kimi təqdim olunan reportajı burada arxiv üçün saxladım.

🔸 Həftənin vloqu: Velosiped zolaqlarının yeni icmalı — səhvlər, planlar və təkliflər haqqında danışdıq.

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
⬆️ Danışan foto.

"Neftçilər prospektində (Kukla teatrının qarşısı) eynisəviyyəli piyada keçidi, svetofor nəyə lazımdır?" sualının ən gözəl cavabı bu fotodur.

#piyadakeçidləri
💬 Günün şərhi 😂

Xeyr, əzizlərim. Mənim urbanistikaya həsr olunmuş başqa kanalım yoxdur. AYNA-da işləmirəm, və AYNA-dan pul da almıram.

☑️ Sadəcə nəqliyyat sahəsi elədir ki, axır-əvvəl biz illərdir deyənlərə hər kəs gəlib çıxır.

📣 Bir də şəxsi kanalım var, ona abunə ola bilərsiniz: @AnarAliyevBlog.
Sonra deyirsiniz AYNA-nın kanalı ilə nəsə əlaqəm var.

Bu xəritəni Google Maps üzərində paylaşmaq istəyirdim, məni qabaqladılar.

#avtobuszolaqları
İnsan yönümlü şəhərlər ️
Sonra deyirsiniz AYNA-nın kanalı ilə nəsə əlaqəm var. Bu xəritəni Google Maps üzərində paylaşmaq istəyirdim, məni qabaqladılar. #avtobuszolaqları
Mənlik olsa, burada həmçinin küçənin bir tərəfində olan avtobus zolaqlarını qeyd edərdim.

Misal üçün, Şərifzadə küçəsində üzü "20 yanvar" hissəsində BUS zolağı var, amma əks istiqamətdə yoxdur. İstəyirsiniz belə xəritə?
📍 Bura Qəhrəmanmaraşın Azərbaycan məhəlləsidir.

🇹🇷 Türkiyənin bu regionunda 2023-cü ildə dağıdıcı zəlzələ baş verəndən sonra Azərbaycan sözügedən kvartalın bərpasını öz üzərinə götürdü.

☑️ Nəticədə burada:

Sıfırdan girişlər (pilləsiz)
Avtomobilsiz daxili həyətlər
Müxtəlif dizaynda yaşayış binalarına rast gəlmək olur.

🔹 Yəni müasir yaşayış massivlərinə xas olan prinsiplər burada tətbiq olunur (sizə bunu VyananınStokholmun misalında ətraflı göstərmişdim).

🔸 İndi bu cür yanaşmanı özümüzdə tikilən MİDA komplekslərində tətbiq etmək də çətin deyil, heç olmasa Türkiyə misallarına baxmaq kifayətdir.

#yaşayışmassivləri
Sosial şəbəkələrdə bu video paylaşılır, deyilənə görə, "20 yanvar" dairəsində bir qrup insan özünü qəsdən maşınların altına atır.

Bu vəziyyətə bəraət qazandırmadan, birmənalı olaraq deyirəm ki, bu ərazidə mütləq eynisəviyyəli piyada keçidləri lazımdır. Nəyə görə sə, hələ də, 2025-ci ildə biz piyadalara deyirik ki, şəhər daxilində yolu keçmək metronun içərsinə daxil olun. Urbanistik islahatları tətbiq edən şəhər üçün bu absurddur.

#piyadakeçidləri
Bakıda filialı olmasa da, yəgin ki IKEA mağazalar şəbəkəsini tanıyırsınız.

🪑 Mebel və ev aksesuarların satışı ilə məşğul olur. Adətən bizdə belə əşyaları alanda özünü avtomobilsiz təsəvvür etmirsən. Amma 🇩🇰 Kopenhagendə sizə IKEA-dan məhsulları belə yük velosipedlə çatdıracaqlar. Təbii ki, böyük dolab apara bilməzsən, amma bir səbət ev üçün xırdavat, hətta kiçik yığılan masa və oturacaq bura yerləşər.

🚲 Bu cür addımlarla daha az yük avtomobili yola çıxır, deməli daha az tıxac və təbiətə daha az zərərli qazların buraxılması deməkdir (nəzərə alsaq ki, yük avtomobilləri adətən dizel ilə işləyir).
🚲 Əvvəllər belə səhnələri ancaq Avropa şəhərlərində rast gəlinərdi, amma bura Bakıdır.

🔹 Bəlkə də xarici vətəndaşdır, amma təhlükəsiz veloinfrastruktur olsa, belə ssenarilər çox da real görsənir.

📸: İzləyicidən.
🚶🏻 Ağ Şəhərdə daha bir qaldırılmış piyada keçidi tikirlər.

🔹 Süleyman Vəzirov küçəsində orta məktəblə parkın arasında yerləşəcək hissədə piyada keçidi qaldırılmış olacaq.

Bu cür keçidin biri Mərkəzi Bulvar küçəsində artıq mövcuddur. Ağ Şəhərdə həyətlərə girişlər də bu cür təşkil olunub, bu nə üçün belə edilir sizə vloqda ətraflı göstərmişdik.

📸: Road Safety - Təhlükəsiz yol

#AğŞəhər #piyadakeçidləri
Aşağı büdcə və sadə həllərlə yol kəsişməsini necə təhlükəsiz etmək olar?

🇨🇦 Bu səfər Kanadadan nümunə.

🔸 Sadəcə səki çıxıntılarını yaratmaqla kəsişmədə parkinqin qarşısı alınıb, küçə daha sakit olub, bonus olaraq əlavə yaşıllıq zonalar yaratmaq mümkün olub.

📍 Monreal şəhəri.
🚌 Bakıya yeni avtobuslar gətirilib.

Necədir?

#izləyicilərdən
Bakının Bayırşəhər ərazisində məhəllələr sökülür, artıq komissiya yaradılıb və sakinlərə belə vərəqlər göndərilib.

💬 ArxKom deyir ki, tarixi binalar saxlanılacaq, lakin dəfələrlə yazıb, danışıb və göstərmişik ki, kvartalların özlərini və şəhər toxumasını saxlamaq da vacibdir.

🔸 Görünür ki, kiçik qrup vətəndaşdan başqa bu məsələ heç kimin marağında olmadı. Heyif.
Biz ancaq çay işinə baxırıq. ☕️

AAYDA küçədə asfalt örtüyünü dəyişir, vətəndaş soruşur ki, "Bəs yağış yağsa kanalizasiya suları hara axacaq?"

💬 Cavabın məğzi isə "bu bizim problem deyil, biz ancaq asfalt işinə baxırıq".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🚶🏻 Vağzal Meydanında əlavə piyada zolağı çəkildi.

🔄 Yenidənqurmadan sonra meydanın ortasında olan eynisəviyyəli piyada keçidi dəqiq az idi, insanlar xaotik şəkildə meydan boyu hərəkət edirdi. Düzdür, güman ki yenə də gəzən olacaq, amma heç olmasa bu nöqtədə avtobuslar onlara yol verməyə məcbur olacaq.

🔸 Əlavə olaraq, bu keçidin ortasında kiçik təhlükəsizlik adacığına ehtiyac var.

#VağzalMeydanı