🇦🇿 Bakı şəhərinin meri yoxdur. BŞİH başçısı Eldar Əzizovu bugün bəzi jurnalistlər "Bakı meri" kimi təqdim edir, lakin rəsmi olaraq Bakı şəhərində belə vəzifə yoxdur.
⠀
Mer təkcə kommunal xidmətləri deyil, eyni zamanda:
⠀
🔹 Şəhərin bütün infrastrukturu və abadlıq işlərinə nəzarət edir.
🔹 Şəhər nəqliyyatının təşkilinə cavabdehlik daşıyır.
🔹 Şəhər büdcəsinin formalaşdırılmasında iştirak edir.
🔹 Sosial-iqtisadi məsələlərdə iştirak edir və qərarlar verir.
🔹 Şəhərdə fəaliyyət göstərən biznes və sahibkarlarla ünsiyyətdə olur.
🔹 Şəhər sakinləri ilə görüşlər keçirir.
⠀
Bakı və Azərbaycanın heç bir digər şəhərində bütün bu səlahiyyətləri birləşdirən vəzifə yoxdur. Və bu vəzifə mütləq seçkili olmalıdır.

🇫🇮 Finlandiyadan küçə sahəsinin istifadəsinin əla nümunəsi.
⠀
🔹 Küçəyə baxanda boş görsənir, bir avtomobil belə görmürsünüz. Ona görə ki bura yeni salınan yaşayış massivlərini birləşdirən yoldur. Və finlər İNDİDƏN artıq multimodal küçənin salınmasını düşünürlər — geniş səki, velozolaq və ictimai nəqliyyat. Özü də ətrafa baxın, dağlıq, relyef, meşələr — bunları bəhanə gətirən yoxdur.
⠀
🔹 Yaşayış məntəqələrindən keçən küçələr məhz belə olmalıdır.

🚲 Velosiped zolaqlarının interaktiv xəritəsini hazırladım.
⠀
🔹 Bakının mövcud zolaqları, AYNA-nın açıqladığı planlarla yanaşı, qısa zamanda şəbəkələşməni təmin edə biləcək zolaqlar üçün təkliflər qeyd olunub.
⠀
☑️ Əksər yerlərdə hərəkət zolaqlarını saxlamaqla, "pop-up" zolaqlar təşkil etmək mümkündür. Hələlik, yalnız mövcud zolaqlara bitişik ərazilər nəzərə alınıb, lakin Bakının bir çox küçə və prospektlərin bu zolaqlar şəbəkəsini genişləndirmək olar.
➡️ Xəritə Google Maps-ə inteqrasiya edilib, buradan daxil ola bilərsiniz.
💬 Təkliflərinizi isə şərhlərdə yaza bilərsiniz.
#velosipedzolaqları

Forwarded from Apar 🚴
Velosiped qəbirstanlığı? 😱
Bəli Bəli düz görürsünüz, Çində çox geniş ərazilərdə belə velosiped qəbirstanlıqları yayılıb 🚲
Buna səbəb isə bir velosipedin təmirinin yenisini almaqdan daha baha başa gəlməsidir və kirayə şirkətlərinin əlində həddindən çox velosipedlər olmasıdır 😥
Görəsən gecələr burada velosiped ruhları gəzir? 😂👻

Forwarded from Əkinçi
Media is too big
VIEW IN TELEGRAM
Bakının memarlıq irsinin qorunması
Memar Dilqəm İsmayılovla Bakının memarlıq irsinin qorunmasının vacibliyi barədə danışdıq. Qonağımız deyir ki, şəhərsalma ilə bağlı mövcud yanaşmalar səbəbindən Bakı öz kimliyini itirmək riski ilə üz-üzədir.
Tam video burada.
@akinchiproject

🇨🇳 Çində tramvaylar.
⠀
🚊 Bugün bizimlə vizasız rejim sazişini imzalayan bu ölkənin 20-dən çox şəhərində tramvay sistemlərini çalışır. Onların əksəriyyəti 21-ci əsrdə salınıb.
⠀
🔹 Tramvaylar özləri də Çində istehsal olunur. Avropanın tanınmış Siemens və Alstom şirkətlərinin texnologiyalarına əsaslanaraq, bu gün Çin tam olaraq özünü şəhərətrafı qatar və tramvay vaqonları ilə təmin edir.
⠀
#Çin #tramvay

🚲 Velozolaqlar: Aqressiya və populizm.
⠀
🔹 Velosiped zolaqlarına qarşı bəzilərin aqressiyası başa düşüləndir.
⠀
🤔 İntuitiv olaraq elə gəlir ki, avtomobil zolaqların sayı azaldıqca, tıxaclar da çoxalır. Heç kim buna öyrəşməyib. İllərdir beynimizə yürüdüblər ki, geniş yollar — tıxacsız yollar deməkdir. Halbuki, artıq Azərbaycan özü də bunu sübut edib — ən geniş yollarımız tıxacların girovudur (Bakı-Sumqayıt yolu, Ziya Bünyadov prospekti və s.).
⠀
🔹 Səhifədə paylaşılan videolara (28 May küçəsində velozolaqdan istifadə) Facebook-da yazılmayan şərh qalmadı — qurma videodur, montajdır, dönər və kola xətrinə əllərinə skuter sürənlərdir — bu düşüncə bir qədər cəmiyyətdə qalacaq (yaxın 5 il ərzində).
⠀
🔸 Amma ən iyrənc olan cəmiyyətin nəbzini “tutan” ucuz reytinq xətrinə çıxış edən, özünə “müxalifət” deyən populistlərdir. Onlar siyasəti müzakirə etməyə qorxurlar, iqtisadi vəziyyəti şərh etməyə kompetensiyası çatmır, gücləri elə velozolaqlara çatır.
⠀
💬 Məni “dövlətin trollu”, “AYNA-ya işləyən” adlandıran da tapılır. Halbuki, mən bunları təbliğ etməyə başlayanda AYNA bir qurum kimi hələ yox idi (2018-ci ildən bu yana).
⠀
🔸 Mənim bu şəhərə sualım çoxdur — səkiləri niyə bu vəziyyətdədir? avtobuslar hərəkət qrafiki niyə dayanacaqlarda yoxdur? niyə yollar səbəbsiz bağlanılır və avtobuslar tıxacda qalır? elə bu velozolaqlar özü niyə tam olaraq şəbəkələşmir? — mən heç nəyi ideallaşdırmıram.
⠀
🚲 Lakin bu gün real alternativ yaradılır ki, heç olmasa iki təkərə minib təhlükəsiz şəkildə bu velozolaqlarla təyinat məntəqəsinə daha tez çata bilək — buna niyə qarşı çıxırsınız? Zatən bu zolaqlardan öncə Bakı tıxaclardan boğulurdu.
⠀
🔹 Dünyanın hansı nöqtəsinə getsəniz, hansı nəqliyyat kitabını açsanız, yazılacaq ki, tıxacların qənimi alternativlər yaratmaqdır.
⠀
🚗 Əziz sürücülər, sadə perspektivdən baxın: bu gün yolda gördüyünüz hər bir velosiped və skuter istifadəçisi potensial sürücüdür — zolaq olmasa, sabah o da yola maşınla çıxacaq, daha çox sıxlıq yaradacaq və sizi də daha çox yubadacaq. Sizə bu lazımdırmı?
⠀
☑️ Hətta əminəm ki, bu gün bu velozolaqlardan şikayət edənləri bir müddət sonra velosiped və skuter sürənlərin arasında görəcəyik. Zaman hər şeyi öz yerinə qoyacaq.
⠀
📸: Fotoda 28 May küçəsində tıxac, 2021-ci il. İndiki halda təşkil olunan velozolaqlarının Bakıda heç təməli qoyulmamışdır.
⠀
#analitika

⬆️ Road Safety səhifəsi hətta daha da köhnə arxiv şəkilləri tapıb.
2016-cı ildə Bakıda tıxaclar. Birinci foto lap ürəkağrıdandır. Yusif Səfərov küçəsidir, yaşıl park hələ yerindədir. Sonradan “tıxac olmasın deyə” tamamilə park və ağacları məhv ediblər.
#tıxaclar #yollarıngenişləndirilməsi

🟨 Bakıda bir sıra kəsişmədə sarı tor nişanlanmasını tətbiq etməyə başlayıblar. İzləyicilərdən gələn fotolar.
⠀
🔸 Kim bilmirsə, nişanlanmasının mənası odur ki, yolayrıcıyın bu hissəsini boş saxlamaq lazımdır. Hətta yaşıl işıq yansa belə, gözləmək lazımdır ki, yolayrıcı boşalsın, sonra hərəkətə başlamaq lazımdır. Bunu heç də hər zaman düzgün hesablamaq mümkün olmur, və əslində bir çox şəhərlər belə problemlə rastlaşır, hətta problemin Wikipedia-da öz məqaləsi var.
⠀
⭕️ Bu qayda pozuntusunun cəriməsi az deyil — 80 AZN + 3 bal, lakin hazırda buna görə cərimə yazılır yoxsa yox — bu haqda məlumatı olanlar şərhlərdə yaza bilər.
⠀
❌ Ən böyük problem odur, buna görə ictimai nəqliyyat da gecikir, hətta ayrılmış zolaq olan yerlərdə avtobuslar hərəkət edə bilmir.
📸 Üçüncü fotonu göndərən izləyici yazır ki, kəsişməni avtobus keçə bilmədi, baxmayaraq ki, bu küçədə (Azadlıq prospekti) avtobusun öz zolağı var.