İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇺🇸 Bu gündən etibarən Nyu-Yorkun Manhattan ərazisinə avtomobil ilə giriş üçün sürücülər pul ödəyəcək.

💵 Ən bahalı tarif bazar ertəsi-cümə günü, saat 09:00-17:00 arası olacaq. Minik avtomobillərin sürücüləri $5, kiçik yük avtomobilləri $14,40, böyük yük daşıyan maşınların sürücüləri isə $21,60 ödəməli olacaq. İstirahət günləirində və qeyri-pik saatlarında tarif daha aşağı olacaq - $2,25.

🔹 Proqnozlara görə bu addımlar tıxacların 10% azaltmasına gətirib çıxarmalıdır, Nyu-Yorkun büdcəsinə isə əlavə 15 milyard dollar gəlir gələcək. Bu vəsaiti ictimai nəqliyyatın inkişafına yönəldəcəklər.

☑️ Bu qərar hələ keçən ilin iyununda qüvvəyə minməli idi, lakin bəzi siyasətçilər onu geri qaytara bildilər. Maraqlıdır ki, yeni seçilmiş ABŞ prezidenti Donald Tramp da bu qərarı dəstəkləmir, lakin Nyu York şəhər bələdiyyəsi ümid edir ki, o vəzifəyə gələndən sonra qərarı federal səviyyədə ləğv etməyəcək.

❗️ Bu hekayədə vacib bir qeyd var. ABŞ özü çox avtomobilləşmiş bir ölkədir, əksər şəhərlərdə maşınsız yaşamaq mümkün deyil. Lakin Nyu-Yorkda nisbətən yaxşı ictimai nəqliyyat var, avtobuslar öz zolaqları ilə hərəkət edir, 470-dən çox metrostansiya var.

#ABŞ
28👍18👏4
⚡️ İnanılmaz!

Neftçilər prospektində son illər ərzində İLK eynisəviyyəli piyada keçidi təşkil edildi.

Əziz Əliyev küçəsi ilə kəsişmədə, Kukla teatrın yanında.

#piyadakeçidləri
87👏23💯4😱2
İnsan yönümlü şəhərlər ️
⚡️ İnanılmaz! Neftçilər prospektində son illər ərzində İLK eynisəviyyəli piyada keçidi təşkil edildi. Əziz Əliyev küçəsi ilə kəsişmədə, Kukla teatrın yanında. #piyadakeçidləri
⬆️ Əslində bu addım təzəlikcə piyadalaşdıran Əziz Əliyev küçəsinin məntiqi davamı idi. Burada artıq svetofor mövcuddur, əvvəl Əziz Əliyev küçəsindən çıxan avtomobillər üçün nəzərdə tutulurdu, indi isə piyada svetoforu funksiyasını yerinə yetirəcək.

🔹 Səhifədə bu məsələni iki dəfə qaldırmışam. Bakının iki cəlbedici məkanı — İçərişəhəri və Bulvarı mütləq rahat və əlçatan keçid birləşdirməlidir. Mövcud yeraltı piyada keçidləri əlil və uşaq arabaları üçün əlverişsizdir.

🚲 Eyni zamanda, Əziz Əliyev küçəsindəki velosiped zolağı da Bulvardakı velosiped yolları ilə birləşdi. Artıq velosipedi qucağa alıb bulvara keçmək ehtiyac qalmayacaq.

❗️ Neftçilər prospektində bu cür keçidlərə bir neçə yerlərdə ehtiyac var. Ən azı Muzey Mərkəzi və Crescent Mall tərəfdə. 15 il əvvəl isə bu prospekdə 11 eynisəviyyəli keçid olub.

#Neftçilərprospekti
👍486
☝️ Günü də bu xoş xəbər ilə bitiririk.

5 ilə 10 metrostansiya təhvil veriləcək. Sabah daha ətraflı post yazaram.

#metro
158👍28🤣6
🚇⬆️ Yeni metrostansiyalar güman ki, bunlar olacaq.

🇦🇿 Dövlət başçısı dünənki müsahibəsində qeyd etdi ki, yaxın 5 il ərzində 10 yeni metrostansiyasının tikintisinə investisiya ayrılacaq. Beləliklə, 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.

✍️ Tədqiqatçı Azər Axundovun keçən ilin oktyabr ayında paylaşılan sxemə əsasən təxminlər paylaşıb. Bu təxminlərə əsaslansaq, 10 yeni stansiya bu cür paylanılacaq:

🟣 Bənövşəyi xətdə 6 yeni stansiya. "8 noyabr"dan sonra şəhər mərkəzindən keçərək Babək prospekti istiqamətində;

🟢 Yaşıl xətdə 4 yeni stansiya. "Xətai" stansiyasının davamı olaraq, Ağ Şəhərdən keçib "Həzi Aslanov" ilə birləşəcək. Bunun üçün, güman ki, Yaşıl və Qırmızı xətlər tam olaraq biri birindən ayrılacaq;

🔄 İnşa edilən 2 yeni stansiya keçid funksiyasını daşıyacaq — Qırmızı xətdə "Sahil", yaşıl xətdə "Xətai" stansiyaları.

🔸 Təbii ki, bu tam dəqiqləşdirilmiş məlumatlar deyil, hələ ki bundan öncə paylaşılan sxemlərə əsasən bir proqnozdur. Lakin istənilən halda bu çox yaxşı xəbərdir, metronun inkişafına əsas əngəl vəsaitin ayrılması idi, bu da öz həllini bu il tapacaq.

Metro ən dayanıqlı və şəhər daxili ən çox sərnişin daşıya bilən ictimai nəqliyyatdır. Onun inkişafı Bakının mobilliyinə müsbət təsir edəcək.

🚊 Parallel olaraq tramvayın bərpasına dair xəbər eşitmək ümidilə, çünki 3-milyonluq şəhərdə sərnişin axınını tək metro və avtobusa bağlamaq istənilən ssenaridə çox böyük yükdür.

#metro
👍5616
Mirzə Ağa Əliyev küçəsində səki tikilir.

Nəhayət burada piyadalar velosiped zolağı ilə hərəkət etməyə məcbur olmayacaq. Fotoları izləyici göndərib.

#səkilər
55👏16👍2
💳 Uzun fasilədə sonra "BakıKart" saytı yenidən aktivdir.

🔗 www.bakikart.az saytında şəxsi hesaba daxil olmaq olur, yeni şifrənin yaradılması mütləqdir.

💰 Deyilənə görə, pul kisələrində olan balans yerində qalıb. Yeni mobil tətbiqin təzəlikcə istifadə verilməsi haqqında elan da var.
5👏36👍8💩73
Ağacları məhv edərək daha bir səki parkinqə çevrilir.

🔺 Afiyəddin Cəlilov küçəsində bina tikən "developer" elə bilir ki, ətrafındakı səkilər bonus olaraq verilir və onları bu cür barbarcasına zəbt etmək olar.

🔸 Əvvəl səki ilə gəzən piyadalar indi yola çıxmağa məcburdur. Ərazinin Google Maps-də arxiv fotosuna baxanda görünür ki, burada əvvəl ağaclar da var idi, bina tikənlər "sağ olsunlar" onları da kökündən çıxardılar.

❗️ Şəhərsalma Komitəsinin reaksiyasını gözləyirik. Paylaşaq və ictimaiyyətləşdirək ki, belə hallar normaya çevriləmsin.

#səkilər
😢50🤮15👍9💩9
İnsan yönümlü şəhərlər ️
🚇⬆️ Yeni metrostansiyalar güman ki, bunlar olacaq. ⠀ 🇦🇿 Dövlət başçısı dünənki müsahibəsində qeyd etdi ki, yaxın 5 il ərzində 10 yeni metrostansiyasının tikintisinə investisiya ayrılacaq. Beləliklə, 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.…
🚇 Metronun inkişafına dair daha dəqiq xəritə bu gün rəsmi olaraq RİNN tərəfindən təqdim olundu.

❗️ Bu il metronun inkişafına 493 milyon manat ayrılacaq. 2030-cu ilə qədər 4,2 milyarda çatacaq.

Foto: Rauf Ağamirzəyev
59👍8
🚊 Və günün xəbəri — bu gün tramvayın bərpası yenə də rəsmi olaraq gündəmə gəldi.

🗺 İlk marşrut Mehdiabad qəsəbəsindən "28 May" metrosu arasında təklif olunur. Bəzilərində sual yaranır, niyə Mehdiabad? Güman ki, bu, sözügedən qəsəbədən Bakının mərkəzinə hərəkət edən axına uyğun hesablanıb. Çünki tramvay xətti həm də Azadlıq prospekti boyunca davam edəcək.

🔹 Bu planlar reallaşsa, Bakıya tramvayın qayıtmasının canlı şahidi olacağıq. Əsas başlamaqdır, şəbəkənin genişləndirilməsini hər zaman etmək mümkündür.

📸 Foto şərtidir, süni intellekt ilə hazırlanıb.

#tramvay
7👍7119😱4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚊 Tramvay Bakı küçələrinə qayıtsa…

Təsəvvür edək.

#tramvay
275👍27
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Los Ancelesdə fəlakət dəhşətli miqyasa çatıb.

Planet bizə çox qəzəbidir.
😢31😱5😁2👍1
🚶 Nişanlanma ilə küçəni necə səliqəyə salmaq olar...

Droqal döngəsi kimi tanınan küçə piyadalar üçün olduqça narahat idi. Yolayrıcıya bitişik yerdə nişanlanma olmadığından avtomobillər düz kəsişməyə qədər park edirdi, səkidən çıxışlar da çox blook olunurdu.

🔸 Bu problemi mən Vağzal Meydanına həsr olunmuş vloqda göstərmişdim.

Artıq yeni nişanlanma işləri aparılıb, “zebra” və adacıqlar təşkil olunub. Görün necə səliqəlidir. Xatırladım ki, qaydalar da deyir kəsişməyə və piyada keçidlərinə 5 metr qalımış parkinq qadağandır. Yəni burada heç bir parkinq yerləri ləğv olunmayıb, sadəcə nişanlanma ilə bir növ "taktiki urbanizm" tətbiq edilib.

🔹 Təbii ki, idealda səki çıxıntılar tikərək buranı birdəfəlik qorumaq olar (adacıqlarda park edən sürücülər mütləq tapılacaq), lakin yenə də bu kəsişmə artıq “yeni nəfəs” aldı, insanlar rahatlıqla buradan hərəkət edə bilər.

#əvvəlsonra
48👍21
🔺 Manipulyasiyasının əsl nümunəsinə baxın.

🔹 Deməli, Neftçilər prospektində bu yaxınlarda nəhayət ki piyadalara və velosipedçilərə rahat olan piyada keçidi təşkil olundu. Dənizkənarı bulvarı və ümumiyyətlə Bakı şəhərini bir az da əlçatan edən bir addım atıldı. Azərbaycanda fikir formalaşdıran Haqqın saytında isə "Hakimiyyət tıxaclar yaradır" adı ilə məqalə çıxır.

💬 Xüsusilə sitat gətirim:

...yeraltı piyada keçidləri 100% təhlükəsizdir, onları əlil arabası və azmobilli insanlar üçün nəzərdə tutulmuş panduslarla təchiz olunub.


♿️ Bu məqaləni yazan jurnalistə təklif edirəm ki, əlil arabasında oturub Kukla teatrında yeraltı keçidlə heç bir kömək olmadan keçsin. Nəyinki əlil arabası, heç uşaq arabası ilə olan ana oradan yolu keçə bilməz.

🔹 İllərdir sübut olunub ki, yeraltı keçidlər heç də əlçatan və təhlükəsiz deyil, bütün dünyada məhz eynisəviyyəli piyada keçidlərinə üstünlük verilir. Və əsas məsələ, orada zatən bundan öncə də işıqfor var idi, Əziz Əliyev küçəsindən avtomobillər həmin yerdən prospektə çıxırdılar.

O zaman sual yaranır, bu məqalənin məqsədi nədir?
🤮70👍27💩131
🚊 Tramvay dar küçələrin "əsl malıdır". 🇨🇿 Praqa bunu ən yaxşı misalıdır.

🇦🇿 Bakıya tramvayın qayıtmasının müzakirələri hələ də davam edir, və hətta bəzi ekspertlər tramvayın Bakının dar küçələrinə sıxmayacağını kontr-arqument kimi gətirir.

🔹 Birincisi, Bakının əksər küçələri heç də dar deyil, tarixi mərkəzi çıxsaq demək olar ki hər yerdə ən azı 4 zolaqlı yollardır. Lakin hətta dar küçələr üçün ən effektiv nəqliyyat elə tramvaydır.

☑️ Müasir tramvayın eni təxmini 15-20% avtobusdan kiçikdir.

☑️ Tramvayın kiçik seksiyaları var, deməli avtobusdan fərqli olaraq o döngələrdə daha çevikdir.

☑️ Tramvay sırf ona ayrılmış yol ilə gedir, bunu öncədən hesablayıb hərəkətini millimetrə qədər proqnozlaşdırmaq olar.

☑️ Tramvaya əlavə vaqonlar qoşub avtobusdan qat-qat daha çox sərnişin daşımaq olar. Avtobusda 80-100 nəfər, tramvayda 200-400 nəfər.

📸 Fotolarda Praqanın mərkəzində hərəkət edən müxtəlif nəsilə aid tramvaylardır. Sadalanan faktların yaxşı sübutudur. Video sübutuna isə bu şəhərdən çəkdiyim vloqdan baxa bilərsiniz.

#Praqa #tramvay
28👍11💯6