⬆️ Yəgin ki, gələcək nəsillər bu cür işlərə baxıb bizə güləcəklər.
⠀
🇦🇿 Ağcabədidə eynisəviyyəli piyada keçidi olan yerdə yerüstü keçid tikilib. Yolun dar hissəsinə düşür, sadəcə adacıqlarla buranı daha təhlükəsiz etmək olardı.
⠀
🔸 Lakin əvəzində böyük maliyyə və vaxt tələb edən, heç bir əlçatanlığı olmayan yerüstü keçidinin tikintisinə qərar verilib.
⠀
⚠️ İndi bu ərazi yeni qəza ocağı olacaq, çünki insanlar təbii olaraq yenə də keçidin altından keçəcək, sürücülər isə yerüstü keçidi görüb piyadaları gözləməyəcək.
⠀
🔸 Regionlarda yerüstü keçid tikmək deyəsən yeni dəbə çevrilib, bundan əvvəl Cəlilabaddan belə xəbərlər gəlmişdi. Bu heç də yaxşı tendensiya deyil və yeni qəzalara gətirib çıxaracaq.
⠀
#piyadakeçidləri

🚲 Bakının yeni velosiped zolaqları qış vaxtında boş olur, Bakının iqlimi velosiped sürmək üçün uyğun deyil — bu cür fikirləri güman ki, eşitmisiniz.
⠀
💡 Lakin həm xarici təcrübə, həm də ekspertlər deyir ki, soyuq havada müvafiq qaydalara riayət etməklə normal şəkildə velosiped nəqliyyat kimi istifadə etmək olur. Hətta, APAR veloicarədən istifadə edən var, çünki şərait yaradılıb.
⠀
🔹 Yeni vloqda bu mövzunu daha dərin araşdırıb və, necə deyərlər, "mifləri dağıdırıq".
⠀
➡️ https://youtu.be/3MxIpCzPsPo
#vloq

YouTube
Qış hara, velosiped hara? Soyuq havada velo sürməyin sirrləri
Soyuq mövsüm gələn kimi, bir çoxların dillərinə bir söz düşür ki, "velosiped" qışda nəqliyyat vasitəsi kimi isitfadə oluna bilməz. Lakin bu bir mifdir, çünki infrastruktur olan yerdə, istifadəçilər də tapılacaq.
Qonaqlar: APAR şirkətinin nümayəndəsi Ruslan…

Media is too big
VIEW IN TELEGRAM
❓ Bilirdinizmi, 2002-ci ilə qədər Azərbaycanda ictimai nəqliyyat bəzi vətəndaşlar üçün pulsuz olub?
⠀
🔹 Təqaüdçülər və əlillər metro, avtobus, eyni zamanda o vaxt mövcud olan tramvay və trolleybuslarda müvafiq kitabçanı göstərməklə gediş haqqını ödəmirdilər.
⠀
🔸 Lakin 2000-ci illərin əvvəlindən başlayaraq ictimai nəqliyyata diqqət tam ikinci plana keçir, hər kəs “parlaq avtomobil gələcəyi”nə inanır. Subsidiyalar tam kəsilir. 2004-cü ildə tramvay, 2006-cı ildə isə trolleybuslar tarixə qovuşur.
⠀
🔸 Üzərindən 20 ildən çox vaxt keçir. 2025-ci ildə ən azı “brutto müqavilə”nin tətbiqinə, güzəştli və limitsiz aylıq gediş abunəliklərinin təqdim edillməsinə ümid edək.
⠀
🎥 Video: TikTok / Azerbaycantarixi

🇦🇪 Dubay insan yönlümlü şəhər olacaq. Artıq rəsmi.
⠀
🚶 Yeni "Dubai Walk" layihəsinin icrasına artıq bu il start veriləcək. 2040-cı ilə qədər bu meqapolisdə 6500 km piyada yolları salınacaq.
⠀
🔹 Uzun illərdir Dubay avtomobil yönümlü bir şəhər idi, bu da çox isti iqlimə bağlı olan məsələ idi. Bu şəhərdə insanlar "kondisionerdən kondisionerə" qaçır, ictimai nəqliyyat dayanacaqlarına qədər hər yer qapalıdır və sünu sərinləşdirmə sistemlərinə qoşulub.
⠀
🔹 Lakin artıq Dubayda tıxaclar pik səviyyəsinə çatmaqdadır, geniş yollar və prospektlər kömək etmir, əksinə şəhərdəki mobilliyə mənfi təsir edir.
⠀
☑️ Hələ iki əvvəl Dubay vloqunda müşahidələri qeyd etmişəm ki, şəhər dəyişmək yolundadır, burada velozolaqlar, geniş səkilər salınır, tramvay və metro şəbəkəsi sürətlə inkişaf edirlər. Və artıq lap yüksək səviyyədə layihə təsdiq olunub. Yəgin ki, isti iqlimdə layihəni icra etmək asan olmayacaq, mütləq yaşıllıq nəzərə alınacaq, çünki təbii kondisioner funksiyasını məhz ağaclar yerinə yetirir.
⠀
🇦🇿 Çox vaxt Bakını Dubay ilə müqayisə edirlər, deyirlər biz Avropadan yox, bu şəhərdən öyrənməliyik. Görünür, hətta Dubayda rahat və tıxacsız şəhərin sirrin nədir — başa düşməyə başlayıblar.
⠀
➡️ Layihənin təqdimat videosu.⠀
#Dubay

🇺🇸 Bu gündən etibarən Nyu-Yorkun Manhattan ərazisinə avtomobil ilə giriş üçün sürücülər pul ödəyəcək.
⠀
💵 Ən bahalı tarif bazar ertəsi-cümə günü, saat 09:00-17:00 arası olacaq. Minik avtomobillərin sürücüləri $5, kiçik yük avtomobilləri $14,40, böyük yük daşıyan maşınların sürücüləri isə $21,60 ödəməli olacaq. İstirahət günləirində və qeyri-pik saatlarında tarif daha aşağı olacaq - $2,25.
⠀
🔹 Proqnozlara görə bu addımlar tıxacların 10% azaltmasına gətirib çıxarmalıdır, Nyu-Yorkun büdcəsinə isə əlavə 15 milyard dollar gəlir gələcək. Bu vəsaiti ictimai nəqliyyatın inkişafına yönəldəcəklər.
⠀
☑️ Bu qərar hələ keçən ilin iyununda qüvvəyə minməli idi, lakin bəzi siyasətçilər onu geri qaytara bildilər. Maraqlıdır ki, yeni seçilmiş ABŞ prezidenti Donald Tramp da bu qərarı dəstəkləmir, lakin Nyu York şəhər bələdiyyəsi ümid edir ki, o vəzifəyə gələndən sonra qərarı federal səviyyədə ləğv etməyəcək.
❗️ Bu hekayədə vacib bir qeyd var. ABŞ özü çox avtomobilləşmiş bir ölkədir, əksər şəhərlərdə maşınsız yaşamaq mümkün deyil. Lakin Nyu-Yorkda nisbətən yaxşı ictimai nəqliyyat var, avtobuslar öz zolaqları ilə hərəkət edir, 470-dən çox metrostansiya var.
⠀
#ABŞ

⚡️ İnanılmaz!
Neftçilər prospektində son illər ərzində İLK eynisəviyyəli piyada keçidi təşkil edildi.
Əziz Əliyev küçəsi ilə kəsişmədə, Kukla teatrın yanında.

İnsan yönümlü şəhərlər ️
⚡️ İnanılmaz! Neftçilər prospektində son illər ərzində İLK eynisəviyyəli piyada keçidi təşkil edildi. Əziz Əliyev küçəsi ilə kəsişmədə, Kukla teatrın yanında. #piyadakeçidləri
⬆️ Əslində bu addım təzəlikcə piyadalaşdıran Əziz Əliyev küçəsinin məntiqi davamı idi. Burada artıq svetofor mövcuddur, əvvəl Əziz Əliyev küçəsindən çıxan avtomobillər üçün nəzərdə tutulurdu, indi isə piyada svetoforu funksiyasını yerinə yetirəcək.
⠀
🔹 Səhifədə bu məsələni iki dəfə qaldırmışam. Bakının iki cəlbedici məkanı — İçərişəhəri və Bulvarı mütləq rahat və əlçatan keçid birləşdirməlidir. Mövcud yeraltı piyada keçidləri əlil və uşaq arabaları üçün əlverişsizdir.
⠀
🚲 Eyni zamanda, Əziz Əliyev küçəsindəki velosiped zolağı da Bulvardakı velosiped yolları ilə birləşdi. Artıq velosipedi qucağa alıb bulvara keçmək ehtiyac qalmayacaq.
⠀
❗️ Neftçilər prospektində bu cür keçidlərə bir neçə yerlərdə ehtiyac var. Ən azı Muzey Mərkəzi və Crescent Mall tərəfdə. 15 il əvvəl isə bu prospekdə 11 eynisəviyyəli keçid olub.
#Neftçilərprospekti

☝️ Günü də bu xoş xəbər ilə bitiririk.
5 ilə 10 metrostansiya təhvil veriləcək. Sabah daha ətraflı post yazaram.
#metro

🚇⬆️ Yeni metrostansiyalar güman ki, bunlar olacaq.
⠀
🇦🇿 Dövlət başçısı dünənki müsahibəsində qeyd etdi ki, yaxın 5 il ərzində 10 yeni metrostansiyasının tikintisinə investisiya ayrılacaq. Beləliklə, 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.
⠀
✍️ Tədqiqatçı Azər Axundovun keçən ilin oktyabr ayında paylaşılan sxemə əsasən təxminlər paylaşıb. Bu təxminlərə əsaslansaq, 10 yeni stansiya bu cür paylanılacaq:
⠀
🟣 Bənövşəyi xətdə 6 yeni stansiya. "8 noyabr"dan sonra şəhər mərkəzindən keçərək Babək prospekti istiqamətində;
⠀
🟢 Yaşıl xətdə 4 yeni stansiya. "Xətai" stansiyasının davamı olaraq, Ağ Şəhərdən keçib "Həzi Aslanov" ilə birləşəcək. Bunun üçün, güman ki, Yaşıl və Qırmızı xətlər tam olaraq biri birindən ayrılacaq;
⠀
🔄 İnşa edilən 2 yeni stansiya keçid funksiyasını daşıyacaq — Qırmızı xətdə "Sahil", yaşıl xətdə "Xətai" stansiyaları.
⠀
🔸 Təbii ki, bu tam dəqiqləşdirilmiş məlumatlar deyil, hələ ki bundan öncə paylaşılan sxemlərə əsasən bir proqnozdur. Lakin istənilən halda bu çox yaxşı xəbərdir, metronun inkişafına əsas əngəl vəsaitin ayrılması idi, bu da öz həllini bu il tapacaq.
⠀
✅ Metro ən dayanıqlı və şəhər daxili ən çox sərnişin daşıya bilən ictimai nəqliyyatdır. Onun inkişafı Bakının mobilliyinə müsbət təsir edəcək.
🚊 Parallel olaraq tramvayın bərpasına dair xəbər eşitmək ümidilə, çünki 3-milyonluq şəhərdə sərnişin axınını tək metro və avtobusa bağlamaq istənilən ssenaridə çox böyük yükdür.

✅ Mirzə Ağa Əliyev küçəsində səki tikilir.
⠀
Nəhayət burada piyadalar velosiped zolağı ilə hərəkət etməyə məcbur olmayacaq. Fotoları izləyici göndərib.
⠀
#səkilər

💳 Uzun fasilədə sonra "BakıKart" saytı yenidən aktivdir.
⠀
🔗 www.bakikart.az saytında şəxsi hesaba daxil olmaq olur, yeni şifrənin yaradılması mütləqdir.
⠀
💰 Deyilənə görə, pul kisələrində olan balans yerində qalıb. Yeni mobil tətbiqin təzəlikcə istifadə verilməsi haqqında elan da var.

❌ Ağacları məhv edərək daha bir səki parkinqə çevrilir.
⠀
🔺 Afiyəddin Cəlilov küçəsində bina tikən "developer" elə bilir ki, ətrafındakı səkilər bonus olaraq verilir və onları bu cür barbarcasına zəbt etmək olar.
⠀
🔸 Əvvəl səki ilə gəzən piyadalar indi yola çıxmağa məcburdur. Ərazinin Google Maps-də arxiv fotosuna baxanda görünür ki, burada əvvəl ağaclar da var idi, bina tikənlər "sağ olsunlar" onları da kökündən çıxardılar.
⠀
❗️ Şəhərsalma Komitəsinin reaksiyasını gözləyirik. Paylaşaq və ictimaiyyətləşdirək ki, belə hallar normaya çevriləmsin.

🚇⬆️ Yeni metrostansiyalar güman ki, bunlar olacaq. ⠀ 🇦🇿 Dövlət başçısı dünənki müsahibəsində qeyd etdi ki, yaxın 5 il ərzində 10 yeni metrostansiyasının tikintisinə investisiya ayrılacaq. Beləliklə, 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.…
🚇 Metronun inkişafına dair daha dəqiq xəritə bu gün rəsmi olaraq RİNN tərəfindən təqdim olundu.
❗️ Bu il metronun inkişafına 493 milyon manat ayrılacaq. 2030-cu ilə qədər 4,2 milyarda çatacaq.
Foto: Rauf Ağamirzəyev

🚊 Və günün xəbəri — bu gün tramvayın bərpası yenə də rəsmi olaraq gündəmə gəldi.
⠀
🗺 İlk marşrut Mehdiabad qəsəbəsindən "28 May" metrosu arasında təklif olunur. Bəzilərində sual yaranır, niyə Mehdiabad? Güman ki, bu, sözügedən qəsəbədən Bakının mərkəzinə hərəkət edən axına uyğun hesablanıb. Çünki tramvay xətti həm də Azadlıq prospekti boyunca davam edəcək.
⠀
🔹 Bu planlar reallaşsa, Bakıya tramvayın qayıtmasının canlı şahidi olacağıq. Əsas başlamaqdır, şəbəkənin genişləndirilməsini hər zaman etmək mümkündür.
⠀
📸 Foto şərtidir, süni intellekt ilə hazırlanıb.
⠀
#tramvay