İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
801 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🌲 Xaqani bağı #əvvəlsonra.

Paylaşdı: Transport for Baku.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚳 Təzə zolaqlar, köhnə səhvlər.

🚲 Velosiped zolaqlarının salınmasını hər zaman ikiəlli dəstəkləsəm də, bu cür situasiyalara artıq ironiya prizmasından baxmaq qalır.

Əsas məsələ, fikir verin, svetofordan sonra lap eləmirsiniz velozolağı, bəs o boyda 5-metrlik avtomobil zolağının mənası nədir? Əvəzində müasir standarta uyğun 3 zolaq etmək olmazdı?

🔸 Bunun üçün heç ali təhsil lazım deyil.

Video: booss_liman.
Media is too big
VIEW IN TELEGRAM
🌳 Yenilənmiş Xaqani bağına yaxından baxaq.

#minivloq
🚲 Uşaqlarımız məktəbə velosipedlə niyə getmir?

🔹 Deyəcəksiniz ki, ilk növbədə hər yerdə təhlükəsiz şəkildə təşkil edilmiş velosiped zolaqları salmaq lazımdır, və sizinlə razılşaram. Lakin, ikinci vacib şərt — məktəblərin həyətlərində həmçinin rahat şəkildə velosiped duracaqları da təşkil etmək lazımdır.

🔹 Müxtəlif ölkələrdən misallara baxa bilərsiniz, axırıncı foto isə 🇦🇿 Azərbaycanda çəkilib. Nə Bakıda, nə də hər hansı bir rayon mərkəzində. Balakənin İtitala kəndində uşaqların bir çoxu məktəbə məhz velosipedlə gedib-gəlir.

Belə şərait hər məktəbimizdə niyə olmasın ki?
🚲 Tək Balakən deyil.

🇦🇿 Naxçıvanın Sədərək rayonunda da uşaqlar və müəllimlər velosipedlə gedib-gəldiyi məktəblər var.

🔹 Burada həmçinin velodayanacaq var. Çox xoşdur belə mənzərəni görmək. Bura mütləq velosiped yolları çəkilməlidir.

Foto: Report.az

#Naxçıvan
⁉️ DÜZƏLMƏYƏCƏK?!

Dünən və bu gün ən çox eşitdiyim “iradlardan” biri — iflic olan şəhərdən və ictimai nəqliyyatdan sən niyə danışmırsan? Niyə təklif etmirsən?

Əzizlərim. Bu günə qədər illərdir göstərdiyim misallar, urbanistikanın nəzəriyyəsi və dünyada praktik tətbiqi məhz böyük şəhərləri iflic vəziyyətdən xilas edilməsinin üsulları idi.

Elementar olaraq, deyəndə ki, Bakıya tramvay qaytarılmalıdır, məni “tramvay fetişisti” adlandırırdılar.

OK, qalsın Bakı tramvaysız. Koroğlu, 28 May, Elmlər metrostansiyasına pik vaxtında düşün və bir daha düşünün — bu yükü cəmi 27 stansiyasından ibarət metro necə həzm etsin?!

3 milyonluq şəhərdə yeganə ictimai nəqliyyat — avtobus və bap-balaca metrodur! Bu nonsensdir. Nəyinki Avropada, heç MDB-də belə misallar tapmaq çətindir.

Qonşu Tiflisdə də tramvay olmasa da, heç olmasa BRT (metrobus) sistemini təşkil etməyə başlayıblar.

Bizdə isə nə? “Bakını boşaldaq, universitetləri köçürdək” kimi populist ifadələrdən o tərəfə müzakirələr yoxdur. Elə bil Bakı boş olsa ona yaxşı nəqliyyat lazım olmayacaq.

“Formula bitsin düzələcək”, “küçələrdə təmir işləri bitsin düzələcək”, — DÜZƏLMƏYƏCƏK!

Şəhərdə radikal islahat lazımdır ki, şəhərdə normal mobillik təşkil olunsun. Vətəndaşların evdən çıxıb dayanacağa çatmaq üçün səkil tapa bilmirlər. Dayanacağa gələndə isə nə vaxt və hara gedə biləcəyini öyrənə bilmirlər. BakıKART tətbiqi 1 aydır işləmir.

Bərbad nəqliyyatdan qaçıb saatlarla öz maşınında oturan sürücülərə nə təklif edək? Hər gün Bakı sakini 3-4 saat ya tıxacda keçirir, ya da ki ictimai nəqliyyatda əziyyət çəkir. Ömrümüzdən və əsəbimizdən gedir bunların hamısı. Sonra deyirsiniz insanlarımız aqressivdir. Olacaq da…

Bakı yiyəsiz qalıb. “Şəhər nə vaxt düzələcək bunun üçün nə edilir?” — bu suala cavab axtarmayın.

Bəli, pozitiv oradan-buradan işlər görülür, amma şəhərin vahid idarə edən mərkəzi yoxdur. Vahid bələdiyyə və yaxud ona oxşar başqa idarəetmə mexanizmi şəhərdə niyə təşkil edilmir?

Nə qədər yazaq? Nə qədər tənqid edək? Kimə deyək dərdimizi? Hər birinizə səbr…

#analitika
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📺 Dünən Rauf Ağamirzəyev efirdə çox yaxşı cümlə işlətdi.

💬 Deyir, 57 il əvvəl Bakıda metronun tikintisinə start verməsəydilər, bu gün onun tikintisinə heç kim nə razılıq verərdi, nə də pul ayırardı.

🔹 Buna bir əlavə edim. Əgər bizdə metro yerin üstü ilə getsəydi, onu da sökərdilər. Necə ki, tramvayı və dairəvi dəmir yolunu 15-20 il əvvəl sökdülər.

❗️ Amma Bakını metrosuz təsəvvür edirsiniz? Bir saniyəlik bu haqda düşünün.

Və eyni zamanda düşünün — Bakıda tramvay qalsaydı, o indi ən azı metroya düşən yükü iki dəfə azaldardı.

#metro
🚦 Daha bir lazımlı yerdə piyadalar üçün svetofor qoyuldu.

🔹 Daha doğrusu — bərpa olundu. Cəfər Cabbarlı küçəsində, Nizami metrosunun çıxışına yaxın ərazidə 2019-cu ildə nizamlanmayan piyada keçidi silinmişdir ki, və o vaxt səbəbi soruşanda demişdilər "sürücülər vaxt itirir, əziyyət çəkir, tıxaca səbəb olur".

🚷 Piyadalara isə 300 metr (!) yoxuş olan küçədə (!) dairə vurub yolu keçmək təklif olunurdu. Piyadalar arasında yaşlı, uşaqlı, azmobilli insanların olması heç kimi narahat etmirdi. Ümumiyyətlə Bakı şəhərində piyadalar hər zaman ikinci planda olub və vaxtilə belə qərarlar çox yerlərdə verilib.

🔹 Yəni, sürücülər 10-15 saniyə öz komfortlu şəxsi avtomobillərdə otura-otura gözləməsin deyə, piyadalar əziyyət çəkib 15 dəqiqə əlavə dairə vurmalı idi ki, 10 metrlik yolu keçmək üçün. Zatən bunu heç kim etmirdi, hər kəs həmin yerdən yolu keçirdi və bura sadəcə əlavə qəza ocağı idi.

🔹 Nəhayət ki, bu ədalətsizlik aradan qaldırıldı və təhlükəsizlik artırıldı. Burada svetofor quraşdırıldı (razılığı hələ 2022-ci ildə alınmışdır), indi insanlar daha rahat və təhlükəsiz şəkildə yolu keçə biləcək. Piyada keçidləri məhz insan axını çox olan yerlərdə olmalıdır və onların davranışını və trayektoriyasını nəzərə alınmalıdır. Bu bütün dünyada belədir. Şəhər piyadalar üçün gərək rahat olsun ki, onlar avtomobildən asılı olmasınlar, ictimai nəqliyyatdan istifadə etsinlər və ən azı rahat və təhlükəsiz şəkildə küçələrdə hərəkət etsinlər.

❗️ Bakıda bu cür tədbirlərə ehtiyac olan yüzlərlə kəsişmə var, Cəfər Cabbarlı küçəsinin sağ əli onların başına.

#piyadakeçidləri
🔹 Bu gün Bakıda daha bir önəmli dəyişiklik öz əksini tapdı.

🔹 28 May küçəsində həm avtobus, həm velosiped zolaqları salındı. Düzdür, təklif olaraq mən hətta burada parkinq zolağı təklif etmişdim, yolun bir tərəfinə, indiki halda isə belə çıxır küçə boyu nə sağda nə solda nə dayanmaq, nə durmaq mümkün olmayacaq.

🔸 İlkin mərhələ üçün bir qədər radikal addım oldu, düşünürəm ki, sürücülər və obyekt sahibləri tərəfindən böyük etirazla qarşılanacaq. Amma avtobusların bu küçədən tıxacsız getməsi vacib addımdır.

📸 Fotonu izləyici göndərib. Küçənin digər tərəflərində vəziyyətdən hələ ki məlumatsızam.

#avtobuszolaqları #velosipedzolaqları
Düz deyirlər ki, Bakı Ağ Şəhərdə ancaq "ağ insanlar" yaşayır?

🔹 Yeni mövsümün ilk vloqunu Bakının urbanistik cəhətindən ən əlverişli rayonlarından biri sayılan Ağ Şəhərinin icmalından başlayırıq.

"Baku White City"-nin icmalını kanalda üç il əvvəl paylaşmışam, lakin sürətlə dəyişən və məskunlaşan Ağ Şəhərdə bu gün yeni həllər tətbiq olunur. Bəs tətbiq olunan zaman səhvlərə yol verilirmi? Ağ Şəhərdən Bakınin digər rayonları nəyi öyrənməlidir?

Daimi qonağım memar Dilqəm İsmayılovda bunu müzakirə etdik, həmçinin buranın arxitekturasından söhbət açdıq:

https://youtu.be/WXKvNI94WqI?si=36KMqNOmbAWy2jpM

❗️ Ölkənin yeganə urbanistik vloqunun davamlı fəaliyyətini görmək istəyirsinizsə, dəstəyinizi əsirgəməyin. YouTube-kanalını aparılması üçün bu həqiqətən önəmlidir.

#vloq #AğŞəhər