İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.51K photos
317 videos
2 files
796 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🌳 Bakının yaşıl və kölgələri küçələri.

Şəhərimizdə kifayət qədər yaşıl, kölgəli və bunun sayəsində ən azı bir hissəsi sərin qalan küçələr var, onların dəyərini bilməliyik.

🔹 Özünüz bir gün çıxın yayın istisində sözügedən küçələrlə gəzişin və ağac olmayan yerlərə nisbətən dərhal fərqi hiss edəcəksiniz.

#ağaclar
🇭🇺 Budapeşt tramvayına dair izləyicimiz Fəxri Məmmədovun araşdırıması.

🚊 Budapeşt tramvay sistemi — dünyanın ən uzun tramvay şəbəkələrindən biridir (174 km).

📊 Statistikaya görə, tramvay şəhərdə sərnişin daşımada hətta metronu üstələyir – illik sərnişin sayı metrodan təxminən 100 milyon daha artıqdır.

Şəbəkə 26 əsas və 9 köməkçi xətlərdən ibarətdir.

2016-cı ildən etibarən İspaniyanın CAF şirkətinin istehsalı olan 9 seksiyalı Urbos 3/9 (56 metr) tramvayları Budapeştdə istifadəyə verilib, bu isə dünyada ən uzun tramvay hesab olunur.

Əlavə faktlar:
🔹 Tarixi əhəmiyyət. Budapeşt tramvay şəbəkəsi dünyanın ən qədimlərindən biridir, ilk tramvay xətti 1887-ci ildə açılmışdır.
🔹 Ən uzun və ən qısa xətlər. Ən uzun tramvay xətti, uzunluğu on səkkiz kilometrdən çox olan Xətt 1-dir, ən qısası isə cəmi altı kilometr olan Xətt 4-dür.
🔹 Ən gözəl tramvay xətti. Budapeştin 2 nömrəli Tramvay Xətti dünyada ən gözəl tramvay marşrutlarından biri hesab edilir. Bu xətt Dunay çayı boyunca hərəkət edir və Parlament, Buda qalası və Zəncir Körpüsünün möhtəşəm mənzərələrini təqdim edir.
🔹 Ətraf mühitə təsir. Tramvay şəbəkəsi Budapeştin nəqliyyat sıxlığını və çirklənməni azaltmaq səylərinin bir hissəsidir. Tramvaylar avtomobillərə ekoloji cəhətdən təmiz alternativdir və şəhərin karbon izini azaltmağa kömək edir.

☑️ Qeyd: Budapeşt aqlomerasiyasının əhalisi – 3 milyon insan təşkil edir.

___

📹 Budapeşti mən ətraflı olaraq 2022-ci2023-cü illərdə vloqlarda göstərmişdim, kiçik videoya da baxa bilərsiniz.

#tramvay #Budapeşt
💡 Xaqani küçəsi - hazırki vəziyyət və təklif.

🔸 2021-ci ildə Xaqani və Nizami küçələri üçün BNA-ya belə bir təklif göndərib imtina məktubu almışdım.

🔸 Təklifə əsasən, burada ikitərəfli hərəkət təşkil olunmalı idi ki, bu küçələr şəhər mərkəzinə getmək və yürüşü azaltmaq üçün alternativlər olsun. Eyni zamanda, təklif velozolaqların salınmasını nəzərdə tuturdu.

🚧 Hazırda bu küçə də təmir üçün bağlanıb. Ümid edirəm, hazırda yeni asfaltlanan küçələrdə müasir standartları tətbiq edən AYNA bu təklifi nəzərə al. Təklifi rəsmi qaydada göndərəcəm.

#təklif #müraciətlər
🚧 Parlament prospekti təmirdən sonra açıldı.

🔹 Burada da hərəkət zolaqlarının eni optimallaşdırıldıqdan sonra velozolaq üçün yer tapıldı, əlavə olaraq burada təhlükəsizlik adacıqları təşkil olundu.

💡 Daha yaxşı etmək üçün isə burada:
🔸 Velozolaqları yolun hər iki tərəfindən salmaq olar (zatən digər tərəfi adi bufer zonadır), o zaman onları birtərəfli etmək olar
🔸 İkinci fotoda olan boya ilə nişanlanmış adacıqları qazon və ağaclar olan fiziki adacıqlarla əvəz etmək olar.

📸: Foto: AAYDA
🇦🇿 Bakıda nə baş verir?

💡 Velozolaqlar, piyadalaşma, küçələrin transformasiyası - uzun illərdir gözlədiyimiz urbanistik islahatların nəhayət şahidi oluruq. Layihələrin əksəriyyəti noyabr ayında keçiriləcək #COP29 konfransının ərəfəsində icra olunur.

🔝 Bəs TOP-5 ən maraqlı və önəmli layihə hansıdır? Və hansı məsələlər kənarda qaldı? Mövsümün yekun videosunda bu layihələrə yaxından baxacağıq.

➡️ https://youtu.be/cvVogmml9h0

#vloq #cop29