İnsan yönümlü şəhərlər ️
🔸 AYNA-dan müraciətə cavab gəldi.
⠀
Səkilərin bərpasına dair rəsmi müraciətə "aidiyyatı üzrə müraciət etmək" tövsiyə olundu.
⠀
🔹 Dayanıqlı şəhərlərdə bir nömrəli prioritet piyada olmalıdır, səki məsələsi öz həllini tapmasa, digər islahatlarla çox da uzağa gedə bilməyəcəyik.
✍️ İkinci cəhd icra hakimiyyətinə olacaq.
#müraciətlər
⠀
Səkilərin bərpasına dair rəsmi müraciətə "aidiyyatı üzrə müraciət etmək" tövsiyə olundu.
⠀
🔹 Dayanıqlı şəhərlərdə bir nömrəli prioritet piyada olmalıdır, səki məsələsi öz həllini tapmasa, digər islahatlarla çox da uzağa gedə bilməyəcəyik.
#müraciətlər
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
İnsan yönümlü şəhərlər ️
🚄 Bakı-Sumqayıt dəmir yol xətti üçün daha bir qatar gəlib. ⠀ 🔹 İlk dəfədir ki, ölkəyə "Stadler"-in birmərtəbəli elektrik qatar çatdırılır. Bundan əvvəl dizel qatarlar idi belə görünüşdə. ⠀ Rəsmi fotolarda aydın görünmür, ümid edirəm bu qatarlarda da velosiped…
✅ ADY-nin təmsilçisi təsdiqlədi.
🚲Yeni elektrik qatarlarda velosipedlə səyahət etmək üçün şərait var.

🇷🇺 Moskvanın urbanistik islahatları.
⠀
🔹 Moskva - Rusiyanın ən tıxaclı və ən avtomobilləşmiş şəhəridir. Buna baxmayaraq, təxmini 10 il əvvəl burada urbanistik islahatlara start verildi.
⠀
🔹 Bir sıra küçə və prospektlərdə hərəkət zolaqlarını azaltdılar, səkiləri genişləndirdilər, parklanmanı ödənişli etdilər, velosiped və avtobus zolaqlarını təşkil etməyə başladılar ki, insanlarda şəxsi avtomobildən asılılıq azalsın.
⠀
🔹 Fotolarda - Krasnaya Presnya küçəsi əvvəl və sonra.
#əvvəlsonra #Moskva

Keçmiş Cavanşir körpüsünün ərazisinə asfalt vurmağa başladılar.
🔸 Burada heç bir yolötürücüsü olmayacaq. Düz yol və eynisəviyyəli piyada keçidi.
#cavanşirkörpüsü
🔸 Burada heç bir yolötürücüsü olmayacaq. Düz yol və eynisəviyyəli piyada keçidi.
#cavanşirkörpüsü
İnsan yönümlü şəhərlər ️
Keçmiş Cavanşir körpüsünün ərazisinə asfalt vurmağa başladılar. 🔸 Burada heç bir yolötürücüsü olmayacaq. Düz yol və eynisəviyyəli piyada keçidi. #cavanşirkörpüsü
⬆️ İzləyicidən daha bir foto.
Sentyabra qədər işləri bitirmək artıq çox real görünür. Deyilənə görə, velosiped zolağı da olacaq burasa.
#cavanşirkörpüsü
Sentyabra qədər işləri bitirmək artıq çox real görünür. Deyilənə görə, velosiped zolağı da olacaq burasa.
#cavanşirkörpüsü
🇵🇱 Varşavada uşaqlarla gəzinti.
⠀
🔹 Polşada yaşayan izləyici vurğulayır ki, qrup şəklində uşaqlar harasa gəzintiyə gedəndə bu cür işıqqaytarıcı jiletlər geyinir. Əlavə təhlükəsizlik elementləri heç vaxt artıq deyil.
⠀
🔹 Mən həmçinin onu da vurğulamaq istəyirəm ki, infrastruktur da çox təhlükəsiz görsənir. Fikir verin, cəmi 3 zolaq olmasına baxmayaraq, burada avtomobil və piyada axınları svetoforla nizamlanır.
⠀
🔹 Bu arada, keçən ilin mart ayında Polşadan bizə mütəxəssislər gəlmişdir ki, biz Azərbaycanda yol hərəkətinin təhlükəsizliyini artıracağıq, amma həmin xəbərin heç bir ardı gəlmədi.
⠀
#təhlükəsizlik #varşava

❗️ Bakıda dizayn-kod!
⠀
🔸 Deyəsən ilk addımları “8 noyabr” prospektində atmağa çalışırlar. Yenidənqurma ilə yanaşı burada obyektlərin adlarını vahid stilistikaya salırlar.
⠀
🔸 Lakin dizayn-kodun nüansları çoxdur. Birincisi, o bütün şəhər üçün vahid olmalıdır, hansısa prospekt üçün ayrıca üsul olmamalıdır. Dizayn-kod həmçinin reklam lövhələrinin hündürlüyü, fasadda digər yazıların yerləşməsini də nəzərə almalıdır.
⠀
🔸 Əsas məsələ - dizayn-kodun bütün elementləri şəhər mühitinə və onun arxitekturasına da uyğun olsun. Küçə mebeli, fənərlər, piyadalar üçün lövhələr, yaşıllıq - bunların hamısı şəhərin dizayn-kodunda öz əksini tapmalıdır.
⠀
🔸 2022-ci ildə ArxKom Bakının dizayn-kodunu elan etdi, lakin tətbiqini görmədik.
⠀
📸 İzləyicimiz İlkin Babayevin paylaşdığı bu fotolarda işlər hələ bitməyib, lakin görünür ki ən azı bu məsələdə ilk addım atılıb. Bu proses bir neçə il davam edə bilər, lakin bu işə peşəkar və zövqü olan mütəxəssislər cəlb olunmalıdır.
#dizaynkod

💬 Brifinqdə səsləndirilən - bir postda.
⠀
Bu gün mətbuat üçün keçirilən brifinqdən ordan-burdan xəbərlər paylaşıldı. Əsas məqamları sizin üçün bir paylaşımda topladım.
⠀
🔹 Bakıya COP-a qədər 160 yeni BYD elektrik avtobusu gələcək.
⠀
🔹 Ciddi avtobus sürücüsü çatışmazlığı var. 1000 nəfər ancaq BakuBus-a lazımdır. Düşünürəm ki, əsas problem cəlbedici olmayan maaşdır.
⠀
🔹 Bakıda taksilərin sayı 70 mindən 35 minə düşüb. Taksi parkının 71%-i yaşı 9 ili keçən avtomobillərdir.
⠀
🔹 AYNA ixtisara düşən taksi sürücülərini avtobus sürücüsü olmaq çağırıb. Bunu mən hələ 4 ay əvvəl təklif etmişdim.
⠀
🔹 Bakıda 160 km yeni avtobus zolaqları təşkil ediləcək. Küçə və prospektlərin adları açıqlanmasa da, yenə də ciddi bir rəqəmdir. Yeni şəbəkə nə vaxta hazır olacaq - deyilmir.
⠀
🔹 Velosiped zolaqlarının uzunluğu 50 km-ə çatdırılacaq. Bunun da tarixi açıqlanmadı.
⠀
🔹 Velosiped svetoforların sayı 22, veloparkinqlərin sayı isə 26-dır. Bu da mövcud velozolaq infrastrukturunun yalnız bir hissəsini əhatə edir.
⠀
❗️ Lakin çox önəmli bir məsələ — ictimai nəqliyyatının brutto müqaviləsi sisteminə keçid tarixi açıq sual olaraq qalır. Ümid edirəm, COP29-a qədər bu məsələ də öz həllini tapar, çünki bu sistem hazırda baş verən ictimai nəqliyyat islahatların ayrılmayan bir parçasıdır.
⠀
#RİNN

💬 “Bakıda heç kim velosiped sürmür! Kimə lazım idi bu zolaqlar?!”
⠀
🚲 Həmin an Bakı ⬆️
#velosipedzolaqları
⠀
🚲 Həmin an Bakı ⬆️
#velosipedzolaqları
🚲 Velozolaqlar Yasamala da gəlib çatdı.
Parlament prospektində yeni asfalt çəkiləndən sonra velosiped zolaqları da təşkil olundi.
Ardı gəlsin, böyük bir şəbəkəyə çevrilsin.
#velosipedzolaqları
Parlament prospektində yeni asfalt çəkiləndən sonra velosiped zolaqları da təşkil olundi.
Ardı gəlsin, böyük bir şəbəkəyə çevrilsin.
#velosipedzolaqları
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 İstanbulun daha bir rayonuna tramvay çəkilir. Küçə bu cür dəyişəcək.
“Bakıya tramvay lazım deyil” deyənlərə İstanbuldan atəşli salamlar.
🔹 Ətraflı reportaj Ekrem İmamoğlunun səhifəsində.
#tramvay #istanbul

8 noyabr prospekti belə dəyişdi.
İşarə olunan hissədə əvvəl asfalt idi. İndi burada həm səki, həm velozolaq var.
#8noyabrprospekti

🔄 50 il əvvəl heç kim təsəvvür etmirdi ki, bu məkan belə dəyişəcək.
⠀
🇳🇱 Utrextdə şəhərin içindən keçən maqistralı söküb və vaxtilə bastırılan su kanalını geri qaytardılar.
⠀
🔹 Təbii ki, bu cür dəyişikliklər bir gündə baş vermir. Bunun üçün ilk növbədə şəhərdə avtomobildən asılılığını azaltmaq lazımdır. Bunun üçün isə bir çıxış yolu var — insanlara komfortlu ictimai nəqliyyat vermək, piyada gəzmək və velosiped sürmək üçün münbit şərait yaratmaq lazımdır.
⠀
🔹 Müasir, təhlükəsiz, ekoloji təmiz, yaşamalı və insan yönümlü şəhəri məhs ikinci foto ilə əks edə bilərik.
🔹 Bakı kimi şəhər üçün bu utopiya görsənə bilər, lakin vaxt gələcək, biz də bu cür transformasiyalarının şahidi olacağıq.
#əvvəlsonra