İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.49K photos
312 videos
2 files
786 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Velosiped zolaqlarını qayda pozan sürücülərdən bu cür qoruyacaqlar ⬆️

#velosipedzolaqları
🚲🔁🚙 Sürücüləri velosiped yolları ilə hərəkət etməyə məcbur etsək…

“Nəqliyyat layihələndirmənin absurdları” kitabından.

#velosipedzolaqları #karikatura
Süni intellekt deyir ki Bakıya tramvaylar çox yaraşar ❤️

#tramvay
🇦🇿🇨🇭 "Azərbaycan Dəmir Yolları"nı qatarlarla təmin edən İsveçrənin "Stadler" şirkəti tramvaylar da buraxır.

🚊 Bu tramvaylar bir sıra Avropa şəhərlərində istismar olunur. Sanksiyalardan əvvəl Rusiyanın Sankt-Peterburq şəhəri də bu tramvaylardan alırdı ("Metelitsa" modelini).

Əgər Bakıya tramvaylar qaytarılacaqsa, "Stadler" ilə müqavilənin bağlanması ən uyğun variantlardan biri ola bilər.

⬆️ Hansı model daha çox xoşunuza gəlir?

#tramvay
Bakıda yolun genişləndirməsi üçün park və bir çox ağaclar qurban veriləcək?

⬆️ Görünür ki, baş planın icrasına artıq başlanılıb. Yusif Səfərov küçəsinin və Babək prospektinin kəsişdiyi yerdə tunnelin tikintisi nəzərdə tutulub, hansı ki Babək pr-tini Koroğlu Rəhimov küçəsinə birbaşa birləşdirəcək.

Açığı danışsaq, buradakı problem illərdir davam edir - həm butılka effekti, həm də daimi konflikt nöqtəsidir. Axınları tunel ilə ayırmaq istəyirlər, lakin çox güman ki, bu mühəndis həlli K. Rəhimov küçəsinin əlavə yüklənməsinə və tıxacın yerinin dəyişməsinə gətirib çıxaracaq.

AAYDA nümayəndəsi açıqlama verib ki, "tıxacların qarşısını" alınması üçün işlər görülür. Layihənin detalları, renderlər və ya eskizlər ictimaiyyətlə paylaşılmır.

🔹 Müasir yanaşma deyir ki, tıxacların həlli yol ötürücülərin, körpü və tunnelərin tikintisindən keçmir. Şəhər küçələrində daha çox maşınların deyil, məhz insanların daşıması üçün şərait yaradılmalıdır. Baş planda hətta bu etiraf edilir.

İstər bu kəsişmə, istər də "20 Yanvar" tərəf olsun - həmin əraziləri yenidən layihələndirmək lazımdır, svetofor ilə nizamlanan həllərə üstünlük vermək lazımdır və əlbəttə ki, ictimai nəqliyyata hər zaman prioritet vermək lazımdır ki, hərəkət edən şəxsi nəqliyyat vasitələrin sayı və müvafiq olaraq tıxaclar da azalsın.

#yollarıngenişləndirilməsi
💬 Sürücülər:
😲 BİZİM YOLLARIMIZI DARALTMAYIN!
😲 PİYADALAR ÖZLƏRİNİ APARA BİLMİR, NECƏ GƏLDİ GƏZİR!

😲 BİZİM HÜQUQLARIMIZ POZULUR!

🫠 Eyni zamanda həmin sürücülərin piyadalara "hörməti" ⬆️

#səkilər