İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
320 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚆 Bakı-Gəncə qatar biletlərinin problemi nədir, bilirsiniz?

Sabahdan Bakıdan Gəncəyə hərəkət edən sürət qatarların fəaliyyəti, nəhayət ki, bərpa edilir. Fikir verdim ki, sosial şəbəkələrdə bu qatara biletlərinin qiymətləri 10 AZN-dən 20 AZN-ə qalxması narazılıqlara səbəb olub.

Əslində, qatar biletlərinin qiyməti bazar iqtisadiyyatına uyğun olaraq tələb və təklif ilə tənzimlənməlidir. Aviabiletlərinin qiymətləri kimi. Tələbat olan tarixlərə və boş yerlərin sayı az qalanda qiymətlər qalxmalıdır və əksinə. Məhz bu halda sərnişinləri cəlb etmək olar.

Avropa daxilində qatarla səyahət edənlər bunu bilirlər. Bu yaxında elə özüm də Berlindən Budapeştə qatarla gəlmişdim. Eyni istiqamətdə fərqli tarixlərə biletin qiyməti 30 avrodan 100 avroyadək dəyişirdi (eyni tipli qatar, eyni marşrutda).

Bakı-Gəncə qatarını doldurmaq üçün də bu cür yanaşma tətbiq olunmalıdır. Tutaq ki, ilk boş yerlər olsun 5-10 AZN, qatar dolduqca və tələbat yuxarı olanda (tutaq ki, bayram ərəfələrində) mərhələli şəkildə tarifləri dəyişmək olar.

Azərbaycan Dəmir Yolları isə "fix price" qiymət siyasətini apararaq həm qatara sərnişinləri qısa zamanda cəlb edə bilmir, həm də əlavə narazılıqlarla qarşılaşırlar.

💡 Bu arada, YouTube-kanalımda Berlindən Budapeştə getdiyim qatar səyahətinə dair videoreportaj paylaşacam, abunə olmağı unutmayın!

#dəmiryolu
👍13
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İnsanlar hərəkət edərkən əksər hallarda daha qısa yolu seçəcəklər. Urbanistikada buna "arzular xətti" deyirlər ("desire path").

Bura Almaniyadır və belə davranışa istənilən ölkədə rast gəlmək olar.

🇩🇪 Berlin haqqında vloq-dan bir parça. Tam videonu buradan izləyin.
👍10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təsəvvür edin ki, öz həyətinizdə maşın saxlamaq sizdən pul alırlar.

Absurd görsənir, axı bu SİZİN həyətinizdir.

Amma Berlin kimi şəhərdə bu adi bir haldır.
😁3👍1
Müasir yaşayış kompleksini özünə necə təsəvvür edirsiniz?

Hündür 20-mərtəbəli göydələnlər, ətrafı isə parkinqə çevrilmiş böyük səhralar?

Avropada isə yeni yaşayış massivlərini tam başqa cür layihələndirirlər. Buradakı həyətlərə maşınların girişi qadağandır. Binalar 5-7 mərtəbəlidir və dizayn cəhətindən daha rəngarəngdir. Həyətin içindi parkinqin əvəzinə ağaclar, uşaq və böyüklər üçün istirahət zonaları yaradılıb.

🇩🇪 Berlində olarkən bu cür yeni binaların həyətlərini gəzdim və kiçik reportaj hazırladım.

İzləyin və ən əsası paylaşın ki, bizim soydaşlarımız görsün ki, müasir yeni tikililər əslində necə olmalıdır.
👇
https://youtu.be/Fx3tDEWkf7M
👍21
🇹🇷 🚊 İzmir tramvayı 2017-ci ildə istifadə verilib, artıq 33 stansiyası var. Yolların uzunluğu 20 km-dən çoxdur.

Vaqonlar "Hyundai" şirkətinin yerli zavodunda buraxılır.

Müasir şəhərin ən effektiv və metrodan daha ucuz başa gilən tramvayı Bakıda mütləq bərpa etmək lazımdır.

İzmirdən daha çox foto/video instagram "stories"-də.
13
​​✉️ Dövlət qurumlarına nə vaxtsa şikayət və müraciətlər göndərmisiniz?

Bəzi soydaşlarımız isə mütəmadi şəkildə bunu edir. Ola bilsin deyəcəksiniz ki, çox vaxt müraciətlərə əsaslı baxılmır və yaxud şablon cavablar verərək sizi "yola verirlər".

Amma bu məsələdə əsas odur ki, sizi eşidirlər, problemdən xəbərdar olurlar. Bəzi "inadkar" soydaşlarımız isə müraciətlərini Prezident Administrasiyasına qədər göndərir, problemi bütün üsullarla həll etməyə çalışır.

Təəssüf ki, mövcud reallığımız budur ki, bəzi məsələlər yalnız dövlət başçısına çatandan sonra həll olunur.

Məncə, Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin ümidverici bir addımdır. Əvvəllər müraciətləri yalnız sayt və yaxud poçt vasitəsilə göndərmək mümkün idisə, artıq canlı şəkildə bunu etmək mümkün olacaq.

Təbii ki, "yaşadığım küçədə səki yoxdur" kimi müraciətləri PA-ya yox, ilk növbədə aidiyyatı qurumlara göndərmək lazımdır. Lakin onlar sizin əsaslandırılmış müraciətə cavab vermirsə, sizi iqnor edirsə, Prezident Administrasiyanı şikayət göndərmək tam haqqınız var.

Odur ki, susmayın. Müraciətlər göndərmək sizin vətəndaş hüququnuzdur.

Dövlət qurumlarına müraciət qaydasını mən bloqda ətraflı izah etmişdim.
👍53
This media is not supported in your browser
VIEW IN TELEGRAM
MİDA-nın evləri ətrafında növbəti qalmaqal yaranıb. Guya mənzillər çox tez satılıb, kimsə botlardan istifadə edib və s.

Eybəcər, sovet görünüşlü, insfrastrukturu zəif olan MİDA komplekslərini heç vaxt bəyənməmişəm.

Amma, misal üçün, Avropada ortastatistik yeni yaşayış massivləri bu videodaki kimidir. Evlər unikal dizaynla fərqlənir, həyətlər isə yaşıl və maşınsızdır.

Siz indi bunu "MİDA" ilə müqayisə edin...

Tam video YouTube-kanalında.
👍8
🇪🇺 🚄 Avropada qatarla səyahət: vağzallar, xidmətlər və qiymətlər.

Avropanın demək olar ki bütün ölkələrini sürətli qatar şəbəkəsi birləşdirir. Bəs bu qatarlar hansı sürətlə hərəkət edir, biletlər neçəyə başa gəlir və hansı xidmətlər təklif edir?

Bakı-Sumqayıt qatarı ən müasir standartlara cavab verirmi?

Bu suallara cavab vermək üçün və ən əsası soydaşlarımıza Azərbaycan və Avropa dəmir yollarının fərqini göstərmək üçün Berlindən Budapeştə qatarla yola düşdüm.

Səyahət boyunca 3 qatar və 3 vağzal dəyişərək hər maraqlı məqamı videoya çəkdim. Nəticədə məncə maraqlı videoreportaj alındı. İzləyin və fikrinizi bildirin 😉

👇
https://youtu.be/P32QuvFV0Xc

#vloq #dəmiryolu
4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dubay deyil, Qobustandır. Yolu qum fırtınası örtür.
😱2😢2👍1
🛑 Bundan sonra Bakıda "Google Maps" xəritəsində ictimai nəqliyyat marşrutları görünməyəcək.

Deməli, bir qrup fəal vətəndaş var, onlar "Google Maps" üçün Bakının bütün avtobus marşrutlarını, metro stansiyalarının xəritələrini sistemə salıb ki, insanlar bundan faydalansın. Xidmətin adı "Transit for Baku"-dur.

İndi həmin fəal vətəndaşlar deyirlər ki, BNA tərəfindən marşrutlar haqqında məlumat gecikir, təqdim olunmur, göndərilən sorğular isə cavabsız qalır. Ona görə yaxın günlərdə bu məlumatlandırma sistemi Google-xəritələrdən yığışdırılacaq.

Nəticədə, kimə pis oldu? Bəli, ictimai nəqliyyat istifadəçilərinə, A nöqtəsinə B nöqtəsinə çatmaq daha da çətin olacaq. İctimai nəqliyyatın cəlbedici olmaması yenə də əlavə tıxaclara gətirəcək (insanlar maşın almağa meyilli olacaq).

Xatırladım ki, bir çox ölkələrdə, o cümlədən bu yaxınlarda olduğum Türkiyədə, nəyinki marşrutun özü, hətta avtobus və qatarın neçə dəqiqədən sonra gəlməsi Google Maps-də görsənir. Və bu məlumat hansısa həvəskar deyil, dövlət səviyyəsində təqdim olunur.

Bizdə isə bəs necə? Hətta dövlətin nəznində olan "bakubus.az" saytı artıq 2 ilə yaxın işləmir. Buna görə məncə həm Bakubus, həm Bakı Nəqliyyat Agentliyi utanmalıdır.

"Transit for Baku" komandasının açıq müraciəti bu linkdən oxuya bilərsiniz.
👎26😱4👍3😢2
İnsan yönümlü şəhərlər ️
🛑 Bundan sonra Bakıda "Google Maps" xəritəsində ictimai nəqliyyat marşrutları görünməyəcək. ⠀ Deməli, bir qrup fəal vətəndaş var, onlar "Google Maps" üçün Bakının bütün avtobus marşrutlarını, metro stansiyalarının xəritələrini sistemə salıb ki, insanlar bundan…
❗️Bugün paylaşdığım postun bu qədər rezonanslı olduğunu düşünməzdim, məndən hətta çox vaxt tərəflərini saxladığım BNA əməkdaşları inciyib.

Bu postu indi onlara həsr edirəm ki, heç kim düşünməsin ki, Bakı Nəqliyyat Agentliyinə qarşı şəxsi-qərəzliyim var.

Mən dəfələrlə qeyd etmişəm, yenə də qeyd edirəm ki, Bakı şəhərinə urbanistik islahatları gətirmək istəyən yeganə qurum BNA-dır. Bəsti Bağırova küçəsində yenidənqurma işlərini hər kəs pisləyəndə mən tərifləmişəm. Hətta reportaj hazırlamışam, yaxın günlərdə YouTube-da paylaşılacaq.

BNA-nın avtobus zolaqlarına əksəriyyət qarşı çıxanda onlara tək-tük dəstək verən səhifələrdən biri elə budur.

Amma! Son illər ərzində BakuBus-un geriyə addımlası göz qabağındadır, özü də bu barədə şikayət edən tək mən deyiləm.

Avtobuslarda dayanacaqların adları səsləndirilmir, onlayn-izləmə işləmir (öncə qeyd etdiyim bakubus.az saytı), dayanacaqlarda cədvəl haqqında heç bir məlumat yoxdur. İndi də bu GoogleMaps naviqasiyası da yox ola bilər.

Bir vacib və eyni zamanda sadə bir qayda var, onu anlamaq lazımdır. İctimai nəqliyyatı cəlbedici edən İLK NÖVBƏDƏ onun saat kimi işləməsi və cədvəlin sərnişinlərə maksimum dərəcədə aydın və proqnozlaşdırıcı olmasıdır.

Əgər mən bilmirəm ki, mənim avtobusum nə vaxt gələcək, harada dayanacaq və hansı intervalla hərəkət edəcək, o zaman onun kondisionerli "Iveco" və yaxud 90-cı illərdən qalmış "Daewoo"-nun olması çox az əhəmiyyət kəsb edir.

Eybi yox, qoy məndən inciyən və küsənlər olsun, təki şəhərdə heç olmasa kiçik addımlarla inkişaf olsun. Çünki tənqidsiz inkişaf olmur, xüsusilə bizim cəmiyyətdə.
32👍6
📸 Metroda çəkilişin qadağası haqqında...

Facebook-da bizi izləyirsinizsə, yəgin gündəmdən artıq xəbərdarsınız. Qısa olaraq, nə baş verib.

Deməli, Bakı Metropoliteninin rəsmi səhifəsi bu gün post paylaşıb ki, qaydalara görə metroda şəkil çəkmək qadağandır və qaydalara riayət etmək lazımdır. Şərh yazdım və paylaşdım ki, inkişaf etmiş ölkələrdə belə bir qadağa yoxdur. Bir neçə dəqiqədən sonra Metronun sözçüsü Bəxtiyar Məmmədov da post yazdı ki, bəs metroda şəkil çəkdirməyə icazə vermək olmaz, çünki bizim insanlar az qala cəngəllikdən çıxan meymunlardır, icazə versən, onlar hər şeyi atıb görməmiş kimi tökülüşər stansiyalara selfi və toy fotosessiyalarını çəkdirməyə.

Bütün bu absurd arqumentləri burada cavablandırdım və bir daha xatırladıram ki, bizdən qat-qat daha iri şəhərlərdə və sıxlığı bizdən daha böyük metrolarda çəkilişə görə heç bir qadağa yoxdur. Hətta avtoritar Özbəkistanda, Daşkənd metrosunda 2018-ci ildə bu qadağanı ləğv elədilər.

Bizdə kommunizm dövründən qalan qaydalar və yanaşmalar tək bu çəkiliş qadağası deyil. Amma bu o demək deyil ki, onları Bəxtiyar Məmmədov kimi gülünc arqumentlərlə müdafiə etmək lazımdır.
👍20😁1
Bəzi insanlarda sanki şizofreniyadır...

Düşmən şəkil ilə nə edə bilər axı? 🤦‍♂️

İkincisidə, bütün internet və metronun rəsmi sosial şəbəkədə səhifələri doludur fotolarla. Kimə lazımdır rahatlıqla istənilən rakursdan istənilən stansiyasını tapa bilər.
👍8
Forwarded from Əli Novruzovun kanalı
Metroda foto və video çəkmək qadağası təmiz absurddur. Niyəsini analogiya ilə izah edim.

Azərbaycanda bu gün də bəzi dövlət idarələri və təhsil müəssisələrinə «paradnı xod»dan girmək olmur, gərək «çyornıy xod»dan girəsən. Gedib soruşsan, sənə uzun bir izah verəcəklər ki, niyə əsas bəzəkli qapı hamının üzünə bağlıdır, camaata zülm verib dar qapıdan içəri buraxırlar.

Amma əksər hallarda, bütün bu izahlar Mattanın İncilindən ayəyə bənzəyəcək: «Входите тесными вратами, потому что широки врата и пространен путь, ведущие в погибель, и многие идут ими.»

Bəs əsl səbəb nədir? Bolşeviklər Rusiyada hakimiyyətə gələndən sonra digər narazı solçular (məsələn, eserlər) hakimiyyət orqanlarına qarşı terror aktları həyata keçirməyə başlayır. Bir-iki dəfə kimsə gəlib əsas girişdə bomba partladır, bir xeyli adam ölür. Ona görə də Kremldə deyirlər ki, «paradnı xod»ları qıfıllayın, camaat «çyornıy xod»dan girsin.

Odur, budur, bu gün də Azərbaycanda hələ də bəzi müəssisələrin əsas girişləri bürokratik ətalətlə qıfıllanıb.

Metroda foto və video çəkmək qadağası Sovet dövründə qoyulub, həmin dövrün normativ sənədlərini qaldırıb baxsaq, görərik ki, nəsə bir əsaslı səbəb var. Məsələn, ehtimal kimi yazıram, ilk metro stansiyaları həm də nüvə müharibəsi vaxtı sığınacaq kimi tikildiyi üçün strateji obyektdir, ona görə şəkil çəkmək olmaz, sonra ABŞ bizim sığınacaqlar haqqında məlumat əldə etməsin.

Sovetin məntiqi hər nə idisə, artıq yoxdur. Deməli qadağanın da heç bir əsası yoxdur. Əsassız qadağa isə təmiz absurddur.

Ona görə də metronun mətbuat xidməti çıxıb deyir ki, bizim camaat meşədən çıxmış heyvandır, qadağa götürülsə metro cəngəllik olacaq.

Məsələ həm də bundadır ki, həmin qadağa çoxdan qeyri-funksionaldır. Açın Instagram-ı, görün metrodan nə qədər foto, video var. Deyəsən bizim camaatın xəbəri yoxdur ki, metroda foto, video çəkmək olmaz. 😂

Qeyri-funksional, absurd bir qadağanı əsaslandırmaq üçün metro bəs nə etməlidir? Əlbəttə, çıxıb deməlidir ki, bizim insanlar meşədən çıxmış heyvandır.

Bürokratiyanın ətaləti hansı absurdlara gətirib çıxara bilər, bir də markiz de Küstindən soruşaq.
👍12
🇦🇿 Bəsti Bağırova küçəsinin təmirdən sonra ətraflı icmalı.

Kim xatırlayırsa, məhz bu küçə yenidənqurma zamanı çoxlu "səs-küyə" səbəb olmuşdur. Yumşaq desək, bu layihəni bəyənməyən insanların sayı az olmayıb.

Əslində isə burada Bakının ilk urbanistik islahatı baş tutub. Yollar daralıb, səkilər genişləndirilib.

Bu küçəyə dair mənim də suallarım qalmışdır və mən Bakı Nəqliyyat Agentliyinə müraciət etdim. BNA-nın əməkdaşı Tərlan Səfərov həm mənim suallarımı cavablandırdı, eyni zamanda bu cür islahatların nəyə görə vacib olduğu haqqında ətraflı danışdı.

Fikrimcə, maraqlı bir söhbətimiz alındı: https://youtu.be/42VLaOpFR4A
18
🇳🇱 Amsterdam 44 il əvvəl və indi.

Burada bir vacib qeyd əlavə etmək lazımdır.

1978-ci ildən 2022-ci ilə qədər Amsterdamda avtomobillərin sayı azalmağa doğru getməyib. Bu gün kiçik Niderlandda 8 milyon yaxın maşın var (Azərbaycandan 5 dəfə daha çox, halbuki, əhali sayında heç 2 qat fərq yoxdur).

Amsterdam və bir sıra digər şəhərlər tıxac problemini gündəlik avtomobil istifadəsini azaltmaqla həll edə bilib. Bakıda avtomobilləşmə davam edəcək, düşünürəm, yaxın illərdə 2 milyonu keçəcək. Amma biz şəhərin mobillik imkanlarını artırmasaq, bir gün Bakı birdəfəlik dayanacaq.
👍131