İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
321 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Bakı Nəqliyyat Agentliyinin ödənişli parkinqi necə olacaq? Planlar nədir?

Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov sualımı belə cavablandırdı.

Tam videounu YouTube-da izləyin.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Şamaxinka ərazisində tikilən piyada keçidindən daha bir şikayət.

İllərdir sosial şəbəkələrdə bu məsələni bizim kimi səhifələr gündəmdə saxlamağa çalışır, amma yenə də bu cür keçidlərin tikintisi davam etdirilir.

Səbəbi isə çox sadədir. Bu keçidləri tikənlər özləri piyada gəzmir.

Ona görə bu məsələnin yeganə çıxış yolu - problemləri işıqlandırmaq, gündəmdə saxlamaq və müvafiq dövlət qurumlarında dayanmadan müraciətlər göndərməkdir.
👍16
🇹🇷 İstanbul küçələrinin icmalı - yeni vloqda.

Türkiyənin ən böyük şəhəri İstanbul bütün dünyada öz tıxacları ilə məşhur olsa da, burada sakinlərdə hər zaman alternativ var. İstanbulda metro, tramvay və metrobus tipli ictimai nəqliyyat fəaliyyət göstərir və əksər hallarda ictimai nəqliyyat maşından daha effektivdir.

Ötən ay İstanbula kiçik səfərim olub, bu böyük meqapolisdən vloq hazırladım. Bosfor boğazının mirvarisi adlandırılan bu şəhəri bir az piyada gəzişdim, küçələrin kiçik icmalını apardım.

📹 İstanbul gəzintimə bu səfər sizi qoşulmağa dəvət edirəm: https://youtu.be/pYp1myWqVtY

#vloq #İstanbul
6
Media is too big
VIEW IN TELEGRAM
Sumqayıtın son 10 ildə "inkişafı"...

🎥 Paylaşdı: Emil İsmayılzadə
😢9
🌍 Müasir şəhərlər isə belə dəyişir və inkişaf edir.

Şəhər mühitinin yaxşılaşdırılması, avtomobil istifadəsinin azaldılması, yeni yaşıllıq və piyada zonaları hər kəs üçün fayda gətirir. Dünya təcrübəsi və bu ölkədə iqtisadi göstəricilər bunu dəfələrlə sübut etmişdir.

Avropa, Asiya, ABŞ və Avstraliyadan misallar.
19👍4
​​❗️ Tıxacsız şəhər istəyirsinizsə, yaxşı ictimai nəqliyyat və yaxşı alternativlər tələb edin.

Demək olar ki, hər gün müxtəlif qruplarda və sosial şəbəkələrdə yollardakı tıxaclara şikayət etməsinin şahidi oluruq.

Təbii haldır ki, hər kəs rahat şəkildə, sevdiyi musiqi və kondisionerlə şəxsi avtomobilində hərəkət etmək istəyir. Bu, insanın normal istəyidir. Amma yaranan eqoizm “ümumilərin faciəsi” adlandıran hala gətirib çıxarır. "Tragedy of the Commons" deyir ki, əgər bir sıra məsələlərdə hər kəs öz şəxsi maraqlarını düşünsə, o zaman bu ümumi olaraq bütün cəmiyyətə zərər gətirəcək. Hər kəs maşın alır ki, rahat hərəkət etsin, nəticədə hər kəs tıxacda qalası olur.

Siz növbəti dəfə məyus etmək istəyirəm. Bakı heç vaxt elə şəhər olmayacaq ki, burada hər kəs maşın alıb rahat sürsün. Necə ki, suya girib quru çıxmaq mümkün deyil, elə də avtomobillər üçün rahat və tıxacsız şəhər tikmək mümkün deyil. Bu urbanistikanın əsas postulatlardan biridir (buna dair video da hazırlamışdım).

Bu gün bizim soydaşlarımız əksər hallarda məhz yolların boş olmasını istəyir, tıxaclara şikayət edir. Çox nadir hallarda mən görürəm ki, kimsə avtobusların saat kimi işləməsini tələb etsin, şəhərə tramvayın gəlməsini, metronun sürətlə inkişafını istəsin. Belə müzakirələr yalnız ixtisaslaşmış qruplarda və səhifələrdə gedir.

Biz, bir cəmiyyət olaraq, dəyişməliyik, öz şəxsi maraqlarımızı deyil, ümumi olaraq "Necə edək ki, şəhərin nəqliyyat problemi kompleks şəklində həll olunsun?" sualları həm özümüzün, həm də dövlət qurumların qabağına qoymalıyıq.

Mən sizi əmin edirəm ki, əksəriyyətin düşüncəsi dəyişən kimi çoxlu müsbət nəqliyyat islahatların şahidi olacağıq.

Foto: Vahid Qasımov
👍113
🇦🇿 Deyəsən, Bakının öz dizayn-kodu olacaq, nəhayət ki.

Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi məlumat yayıb ki, fasad reklamlarının vahid standartları hazırlanır.

Düzdür, hələ bilinmir nəticəsi necə olacaq, amma Bakının küçə lövhələri bəzən çox eybəcər və xaotikdir şəhərin estetik görünüşünü pozur. Buna əmin olmaq üçün Dəmiryolu vağzalı meydanının ətrafında və yaxud Şərifzadə prospektində gəzişmək kifayətdir.

Dizayn-kodu sadə dildə yuxarıdakı iki foto izah edir (əvvəl necə olub və dizayn-kod tətbiq ediləndən sonra).

#dizaynkod
👍23
Ortastatistik Azərbaycansayağı küçənin təmiri təxmini bu cür görsənir. 👆

Bu fotoda hər şey gözəldir:
- Səkidə parklanmış maşınlar
- Parklanma icazə verilən yerdə sarı xətlər
- Hərəkət zolaqlarını parkinq zolaqlarından ayrılmaması
- Asfalta "upakovka" olunan ağaclar
- (siz əlavə edin).

Əsas məsələ isə odur ki, burada yaşayan insanlardan soruşsanız, deyəcəklər "əladır, çox bəyəndik".

Necə olur ki, Bakıda həm Bəsti Bağırova küçəsi kimi əla bir küçə ortaya çıxır, həm də belə bir acınacaqlı mənzərənin şahidi oluruq?

Mənbə: AAYDA
🤮27💯1
Yazırlar ki, "Bravo" supermarketlərində parkinq artıq ödənişli olacaq. Yalnız ilk 2 saatı pulsuz olacaq.

Aydın məsələdir ki, bunun əsas səbəbi bəzi sürücülərin bu marketlərin dayanacaqlarını təyinatı üzrə istifadə etməməsi və orada daha çox marketə gələnlər yox, kənar sürücülər saxlayırdı.

Bunun ən yaxşı nümunəsi Babək prospektindəki filial idi. Həqiqətən, iş vaxtı bu "Bravo"ya gələn çətin ki maşın üçün yer tapa bilsin.

Market dayanacaqlarının daha səmərəli istifadəsi ilə mən bir neçə il əvvəl ABŞ-da rastlaşmışam. Deməli, böyük supermarketlərin (və yaxud alış-veriş mərkəzlərinin) dayanacaqları adətən ödənişlidir. Lakin siz həmin marketdən ən azı 30$-lıq alış-veriş etsəniz, kassada sizin parkinq çekinizi ödəyəcəklər və dayanacaq sizin üçün pulsuz olacaq.

Ümumi olaraq isə, "Bravo"nun pulsuz dayanacaqları göstərir ki, böyük şəhərdə parkinq yerlərinin səmərəli istfadəsi etməsi üçün tələb-təklifi idarə edən mexanizmlər olmalıdır. Bütün dünyada bunu ödəniş tətbiq etməklə həll etdilər. Biz kimi gözləyirik?
👍22
📊 Kiçik sorğu.

Bakıda rəsmi ödənişli parklanmanın tətbiqinə sizin yanaşmanız:
Anonymous Poll
73%
Lehinəyəm
12%
Əleyhinəyəm
15%
Mənim üçün fərqi yoxdur
👍8
Bura Bakıdır? İlk saniyələrdən belə fikirləşə bilərsiniz.

Amma bura Parisdir. Kim bilmirdisə, Bakıya son illər gətirilən "Kiosk Press"-lərin görünüşü məhz bu şəhərdən götürülüb.

Lakin Bakıdan fərqli olaraq bu köşklərdə həqiqətən qəzet və jurnallar satılır (hərdən kiçik suvenirlər də olur).

Bu köşklərin dizaynı hələ 19-cu əsrdən dəyişmir və sırf Parisin o vaxtdakı arxitektur üslubuna uyğunlaşdırılıb (bu fotoda Parisin tipik köhnə evlərini görmək olar).

Bizim köşklərdə qəzetlərlə yanaşı siqaret, enerji içkilər, popkorn və az qala meyvə-tərəvəzlərin satışını qoyaq bir qırağa.

Ümumiyyətlə Bakıda bu cür yanaşma - "filan şəhərdə var, gəlin, bizdə də olsun" - özü bir səhvdir. Şəhərin öz üslubu olmalıdır, öz tarixi olmalıdır. Parisin köşklərini və Londonun telefon budkalarını Bakıya gətirilməsi ona heç bir halda gözəllik və unikallıq gətirmir.
29
​​Şəhərdəki problemi həll etmək üçün gərək hər kəs DJ.Tural olsun?

Bugün sosial şəbəkələrdə daha bir illüstrativ hadisə baş verib.

Deməli, bu səhər tanınmış aparıcı və bloger Tural Yusifov Xocalı prospektindəki svetofor və nişan ilə bağlı video paylaşıb. Üstündən bir neçə saat keçəndən sonra artıq əraziyə işçilər cəlb olunub və məsələ həllini tapıb.

Təbii ki, bu problemi işılqlandırmaq ilə Tural bu küçədən keçən minlərlə insanın işini asanlaşdırıb, sağ olsun!

Amma buradan, həmçinin, başqa nəticə çıxartmaq olar. Şəhərdə bir çox məsələləri, əslində, bir neçə saata həll etmək olar.

FacebookInstagram səhifəmizin inboksu şikayətlərlə doludur, hər kəs öz küçəsində problemlərin işıqlandırmasını xahiş edir. Heç kim inciməsin, amma hamısını hər dəfə paylaşmaq olmur, əks halda səhifədə başqa məzmun üçün yer və vaxt tapılmaz.

Həmin inboks qutusunda "BNA-ya 3 dəfə yazmışam, tədbir görmürlər", "DYP deyir ki, bu bizlik deyil", "İcra hakimiyyəti cavab vermir" tipli mesajlar da var.

Yaxşı olardı ki, qurumlar tək minlərlə auditoriyası olan KİV və sosial media istifadəçilərinin deyil, bütün vətəndaşların müraciətlərinə belə çevik reaksiya versin.

P.S. Mən çox vaxt eşidirəm ki, gördüyüm işin faydası azdır, öz bildiklərini edəcəklər, cəmiyyətin fikiri "onlara" maraqlı deyil. Bugünki misal bir daha göstərdi ki, problemlərin gündəmda saxlanılması çox vacib bir məqamdır.
👍15
Koroğlu Rəhimov küçəsindəki piyada keçidinin aqibəti necə oldu, kim bilir?

Keçən ilin may ayında burada yerüstü piyada keçidinin tikintisinə başlamışdılar, amma sonra mövcud zebraya düyməli svetofor quraşdırdılar və məsələ həll olundu.

Lakin üzərindən bir il keçməsinə baxmayaraq, keçidin konstruksiyaları hələ də sökülməyib, necə var hələ də qalır.

Bu isə belə bir məntiqə gətirib çıxarır ki, bu keçid əvvəl-axır tikiləcək və insanlar üçün daha rahat variant olan düyməli svetofor demontaj olunacaq.

Kimdə məlumat varsa, şərhlər bölməsində yaza bilər.

Xatırladım ki şəhərdə yeraltı və yerüstü piyada keçidlərin olması böyük təhlükədir, səbəbləri ətraflı olaraq bu məqalədə izah olunub.
😢6👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakı, 2022-ci il...

Və bu paytaxt 1 aydan sonra "Formula-1" Qran-prisini qəbul edəcək.

İctimai nəqliyyatda çox təcili islahatlar lazımdır, yoxsa 90-cı illərə qayıdacağıq.
🤮9😢52