Forwarded from AZ-YA
Axşam şəhərlərin düzgün planlaşdırılması, insanyönümlü olması, ölkəmizdəki ictimai nəqliyyat, piyada infrastrukturu və sürücülərin problemi, eləcə də onların yaratdıqları problemlər haqqında danışacağıq.
Epizodun qonağı City4People layihəsinin təsisçisi Anar Əliyevdi. O uzun müddətdi müasir şəhərlər, səyahətlər, urbanistika, nəqliyyat, avtomobillər və velosipedlər haqqında bloq aparır. Son yarım ildə YouTube kanalındakı aktivliyi xüsusiylə təqdirəlayiqdi.
Saat 23:00-da suallarınızı da götürün gəlin.

🔥3
Forwarded from AZ-YA
YouTube
AZ-YA+ Anar Əliyev — 033: İnsanyönümlü şəhərlər və nəqliyyat
@Anar Aliyev-lə nəqliyyatın düzgün planlaşdırılması, şəhərlərin insanyönümlü olması, ölkəmizdəki ictimai nəqliyyat, piyada infrastrukturu və sürücülərin problemi, eləcə də onların yaratdıqları problemlər haqqında danışdıq.
Anar Əliyevin sosial media hesabları:…
Anar Əliyevin sosial media hesabları:…
👍2
Bəsti Bağırova küçəsində yenidənqurma işlərinin gedişatı.
Xüsusilə də lazımsız pilləkənlərin ləğv edilməsi bəyənilsin!
Foto: Transport for Baku

👍15🥰4
🇩🇪📹 Burada polis və taksi velosipedə keçir. Növbəti vlog Berlindən.
⠀
Biz Almaniyanı avtomobil istehsal edən müasir bir Avropa ölkəsi kimi tanıyırıq. Lakin BMW və Mersedeslərin vətənində bu gün ən çox diqqət məhz velosiped, piyada və ictimai nəqliyyatın hərəkətinə yetirilir.
⠀
2022-ci ildə Berlinin küçələrində nə baş verir? Şəhərdə hansı prioritetlər müəyyən olunub?
⠀
Bu buraxılışda Berlini gəzirik, metro və tramvayını sınaqdan keçiririk və "Həqiqətənmi Almaniya dağılır?" sualına cavab tapırıq 🙂
⠀
👇
https://youtu.be/TwME4MVWCv8

Berlin: Burada polis və taksi velosipedə keçir | Almaniyada bir gün
🇩🇪 Biz Almaniyanı avtomobil istehsal edən müasir bir Avropa ölkəsi kimi tanıyırıq. Lakin BMW və Mersedeslərin vətənində bu gün ən çox diqqət məhz velosiped, piyada və ictimai nəqliyyatın hərəkətinə yetirilir.
2022-ci ildə Berlinin küçələrində nə baş verir?…

👍1👏1
👆🚷 Silinmiş piyada keçidlərinin heç bir faydası yoxdur.
⠀
Bəzi dövlət qurumları fikirləşir ki, əgər hər hansı bir yerdə nizamlanmayan piyada keçidini ("zebra"-nı) silsələr və nişanı yığışdırsalar sürücülərə böyük bir hədiyyə edib, onları tıxaclardan qurtaracaqlar.
⠀
Bu, daha çox Dövlət Yol Polisinin strategiyası, amma BNA də bu məsələni qlobal olaraq hələ ki həll edə bilmir.
⠀
Lakin, sözügedən qurumlar 3 faktoru nəzərə almır:
⠀
🔻 İnsanlar robot deyil, onlar hər zaman öz daxili enerjisinə qənaət edib, daha qısa marşrut seçəcəklər (10 metrlik yolu keçmək üçün heç kim 300 metrlik dairə vuran deyil, xüsusi ilə bu videoda göstərilən adi bir şəhər yolunda). Hələ bunu yaşdısı var, araba ilə olanı var və s.
⠀
🔻 Piyada keçidlərinin yığışdırılması tıxac problemini həll etmir, sürücülər sadəcə kiçik bir hissəni 3-5 saniyə daha tez keçir, lakin növbəti yolayrıcıda yenidən svetofora dirənir.
⠀
🔻 Şəhər nə qədər ki çox piyadalar üçün narahat edilir, bir o qədər çox insan özünə avtomobil alır və tıxaclar da daha bərbad olur.
⠀
Videoda açıq-aşkar göstərilir ki, insanlar öz davranışını dəyişməyə meyilli deyil və orada "zebra"nın silinməsi heç bir effekt verməyib. Sadəcə əlavə qəza ocağı yaradılıb.
⠀
Ümid edirəm, BNA-nın yeni rəhbərliyi bu məsələləri dərk edib, keçmişdə bu cür absurd atılmış addımların fəsadlarını aradan qaldıracaq.
⠀
📹: Saleh Nasirov

👍3
🇳🇱🚲 Bilirdinizmi, bu gün Niderlandda 29.000 km-dən çox xüsusi ayrılmış velosiped zolaqları var?
⠀
Çünki bu ölkədə demək olar ki hamı velosiped sürür.
⠀
Əhalinin 84%-nin ən azı bir velosipedi var. Hamının: qulluqcudan tutmuş, kraliça Beatriksə qədər.
⠀
Hətta avtomobili olanlar da velosipeddən istifadə edirlər, çünki o, daha sürətli, həmişə daha ucuz və sağlam ola bilər.
⠀
Bəs Niderlandda buna necə nail oldular?
⠀
Bloqumuzun yeni yazısında bu mövzuya böyük diqqət yetirən dostumuz Arzu Suleymanov Niderlandın velosiped tarixini və mövcud infrastrukturdan ətraflı məqalə yazıb.
⠀
Oxuyun və Bakıda heç vaxt velosiped populyar olmayacaq deyən dost və tanışlarınıza da bu məqaləni göndərin.
⠀
👇
⠀
https://city4people.az/post/niderland-velosiped/

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏃♂️🚗 Uşaqlar və həyətlər.
⠀
👆Bu videonu izləyici göndərib. Şikayət edir ki, blokdan çıxış birbaşa olaraq həyətə çıxır ki, hansı ki tranzit kimi küçələr arası yol kimi istifadə olunur.
⠀
"Dəfələrlə burada qəzalar baş versə də, nə icra Hakimiyyəti, nə AAYDA, nə BNA nə də Yol Polisi heç bir tədbir görmür" - izləyici yazır.
⠀
Bu cür hallara dair iki məsləhət vermək olar:
1) Problem həll olunmayadək təkrar müraciətlər göndərin, zəng edin, məmurların qəbuluna yazılın. Bu, sizin vətəndaş hüququnuzdur.
⠀
2) Həyətinizdə uşaqlarınız üçün təhlükəsiz şərait istəyirsinizsə, onu maşınlardan azad etməyi tələb edin. Bu gün hər kəsin arzusudur ki, öz həyətində istədiyi yerdə maşın saxlasın, parkinq üçün əlavə pul ödəməsin. Lakin parkinqə çevrilən həyət heç vaxt təhlükəsiz sayıla bilməz.
⠀
Mən hələ burada hər hansı bir rahatlıqdan danışmıram.

Bəsti Bağırova küçəsi təmirdən sonra.
⠀
Yaxşı alınıb. Xüsusi ilə əvvəlki vəziyyətə baxanda bu, demək olar ki son illər Bakı şəhərində keçirilən ən yaxşı yenidənqurma işlərindən biridir.
⠀
Yeganə çatışmayan velosiped zolaqlarıdır, onları nəzərə almaq olardı, əgər küçə sıfırdan təmir olunurdu.

👍11
Rusiyanın şəhərlərindən nə qədər yaxşı və "insanyönümlü" misallar göstərsəm də, etiraf etmək lazımdır ki, bugün ölkənin başında duran Putinin əməllərinə heç bir bəhanə yoxdur.
⠀
Tarixboyu qardaş sayılan ölkəyə bugün tanklarla hücum etməsini heç kim təsəvvür edə bilməzdi.
⠀
Hazırda Ukraynlıları bizim kimi başa düşən çox az ölkə olar. Torpaqların işğalı, gecə ilə şəhərləri atəşə tutulması - biz bunların hamısını yaşamışıq.
⠀
Tezliklə müharibənin bitməsini arzu edirəm.
Xarkov metrosunda kafelin üzərində yatan körpə uşaqları görəndə lap çox üzüldüm.
⠀
Fotoda: Berlinin Brandenburq qapısı bu axşam.

❤15
🇺🇦 "Ukravtodor"dan kreativ.
⠀
Ukraynanın Avtomobil Yolları Dövlət Agentliyi düşməni çaşdırmaq üçün yol nişanlarını demontaj etməyə və yaxud üzərində mövcud olmayan istiqamətləri qeyd etməyə çağırır.
⠀
Bu şəkli agentlik öz rəsmi Facebook səhifəsində "НЕХУЙ ШАСТАТЬ" başlığı ilə paylaşıb.
⠀
Tərcüməyə ehtiyac yoxdur, yəgin ki 🙂

😁16👍1
Forwarded from Əkinçi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Müstəqil araşdırmaçı Bayram Axundov: “70-80-ci illərdən artıq yeni urbanizm hərəkatı güc toplayırdı və böyüyürdü. Amma yeni bir problem yarandı. Bu problem də o idi ki, inkişafda olan şəhərlər bir uğur modeli kimi ənənəvi Qərb şəhərini özlərinə seçdilər.”
Qonağımızın tam çıxışını həm YouTube kanalımızda izləyə, həm də Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz.
@akinchiproject

👍1
❗️Şəxsi mesajlara yazırlar ki, təmirdən çıxmış Bəsti Bağırova küçəsini parkovşiklər ələ keçiriblər. Bu məlumatı kim təsdiqləyə bilər?
P.S. BNA demişdir ki, bu küçədə rəsmi ödənişli parkinq sistemi pilot layihə kimi tətbiq edəcəklər.

"Sovet dövrünün Berlini".
⠀
🇩🇪 Almaniyadan növbəti videobloq üçün təxmini belə bir başlıq fikirləşmişdim. İndiki hadisələrin fonunda bu bir ironiya kimi səslənir.
⠀
Berlindən çəkdiyim son vloqumda artıq anons vermişdim ki, Almaniyanın paytaxtındakı yaşayış massivlərindən də reportaj hazırlayacam.
⠀
Xüsusilə mən Şərqi Berlini Sizə göstərmək istəyirəm. Burada bizim gözə daha "doğma" görsənən panel tipli "xruşovka" və "leninqradka"lara rast gəlmək olar.
⠀
Buna baxmayaraq, hələ Sosialistik Almaniyada bizim bina və həyətlərə nisbətən daha yaxşı və səliqəli proyektlərə rast gəlmək olar.
⠀
Lakin heç bir halda belə dövrə qayıtmaq olmaz, Putinin arzuladığı "sovet imperiyası" keçmişdə qalmalı, ölkələr isə müasir və müstəqil istiqamətdə inkişaf etməlidir.
⠀
⏳Bir qədər səbr edin, yaxın günlərdə video gəlir.

👍9
🇩🇪 Karl Marks prospekti və "МОСКВА" restoranını düz Avropanın mərkəzində təsəvvür etmisiniz?
⠀
Almaniyanın ən inkişaf etmiş şəhərlərinin birində hələ də bizə tanış olan "xruşovka", "leninqradka" və "stalinka"lara rast gəlmək olar.
⠀
Bura Şərqi Berlindir - Sovet İttifaqının təsirinə düşmüş Almaniya Demokratik Respublikasının paytaxtı.
⠀
30 ildir ki, SSRİ dağılıb və bugün burada kommunizm ruhu qalsa da, bu yaşayış massivləri istənilən digər post-sovet şəhərlərinə nisbətən daha çox inkişaf edib.
⠀
Almaniyada olarkən Şərqi Berlini məhz sizə göstərmək üçün gəzdim, çəkdim və növbəti reportajda sizinlə paylaşıram ⤵️
https://youtu.be/6ddNbm0Teb0

👍6❤1