İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.46K photos
308 videos
2 files
773 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🌆 Metronun “28 May” stansiyası ətrafında yaradılan HUB ilə hərəkət azadlığı yenidən insanlara qaytarıldı. Avtobus və mikromobillik vasitələri sayəsində şəhərin mərkəzi daha əlçatan və insanyönümlü oldu.

#AYNA #İnsanyönümlüŞəhər #Mikromobillik
🔄 Vağzal Meydanı — 2024 vs 2025.

Bu səfər fərq peyk şəkildən yaxşı görsənir.

Növbədi belə islahatı hansı məkanda görmək istəyərdiniz?

#VağzalMeydanı #əvvəlsonra
Fotoda qeyri-adi nə görürsünüz?
🇦🇿 Bakının unudulmuş və unikal adasına baxın — bu gün Pirallahıya gedirik.

🔹 Yeni vloq üçün daha bir unikal rayona yollandıq. Keçmişdə Artyom adı ilə tanınan Pirallahıda bu gün vəziyyət necədir? Küçələr, tarixi məkanlar, yaşayış massivləri, sökülmüş dəmiryolu stansiyası və dağıdılmış zavodlar — yeni vloqda hamısını göstərəcəyik.

➡️ https://youtu.be/_IkKGR6MfWI?si=SWj-GD35_xPRxb3J

#vloq
🗓 Ötən həftə nəyi buraxa bilərdiniz:

🔹 Bakının tarixi mərkəzi küçələri süni intellektlə belə canlandırdıq.

🔹 BakuBus sorğu keçirir. Mütləq iştirak edin, avtobusların işləməsinə dair fikir bildirin.

🔹 Məktəbə maşınla və piyada gedən şagirdlərin rəsmləri uşaqların vizyon formalaşmasına çox yaxşı göstərdi.

🔹 Bu nümunə isə insanların şüuraltı davranışını və bu davranışı niyə nəzərə almaq vacibdir — onu izah edir.

🔹 Əziz Əliyev küçəsini piyada və velosipedçilərin yolunu tədbir zamanı bağlayan təşkilatçılar ictimai qınaqdan sonra belə paylaşım etdi.

🔹 Vağzal Meydanın cəmi bir il ərzində necə dəyişdiyi artıq peyk şəkillərində də görsənir.

🔹 Həftənin vloqunu çəkmək üçün isə Pirallahı adasına yollandıq. Vaxt edib izləyin, maraqlı alınıb.

İzləmədə qalın, bəzi postları yalnız burada, Telegramda paylaşıram.

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⭕️ Təhlükəsizlik sürətdən başlayır.

🔹 Bu gün "BMT-nin 8-ci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi"nə start verilir. Təəssüf ki, Azərbaycan bu cəhətdən aparıcı ölkədən xeyli geridə qalır.

🔹 Misal üçün, əksər inkişaf etmiş ölkələrdə şəhər daxilində sürət limiti 50 km/s müəyyən edilib. Bu sürət həm şəhərdaxili yollar üçün optimal sayılır, və ən əsası qəza riskini xeyli aşağı salır.

🇦🇿 Azərbaycan qanunvericiliyində şəhər daxilində maksimal sürəti 50 km/s-dək endirmək lazımdır. İnsan yönümlü şəhər tək rahat deyil, eyni zamanda təhlükəsiz şəhər deməkdir.

#təhlükəsizlik
🚲 APAR-a yeni velosipedlər gəlir.

🔸 Elektrik velosipedlərin çatışmazlığı aradan qaldırılacaq.

📸 Fotonu Əli Əhmədli, APAR-ın icraçı direktoru paylaşıb.
🚲 Hüseyn Cavid prospektində yeni velosiped zolaqları çəkilib.

Bəzi yerlərdə velozolaq səkidə təşkil olunub. Hələ ki izləyicidən gələn fotoları paylaşıram, yəgin ki bir azdan rəsmi məlumat olar.

#velosipedzolaqları
☑️ Bordür xətlərinə yox deyilir.

🔹 Yaxşı bir tendensiyaya fikir vermişəm. Artıq yenidən xətlənmə işləri aparılanda yolun qırağında ağ və yaxud sarı rəngdə olan və yolun kənarını bildirən xətlər də silinir.

🔹 Onun rəngi adətən dayanma-durmanı nizamlayır, amma velozolaq olan yerdə ona gərək yoxdur. Əvəzində, küçə sahəsində ~30 santimetr yer qazanmaq olar.

🚌 Puşkin küçəsində avtobus zolağını salanda da bu cür etmişdilər.

📍 Fotoda: Hüseyn Cavid prospekti bu gün.