💬 “Ağır tıxaclar avtobus və velosiped zolaqlarından sonra başladı” deyənlər üçün fotolar.
⠀
🔹 Bəzən yaddaşımız çox qısa olur. Bakıda tıxaclar son 15 il ərzində müşahidə olunursa, son 5 il ərzində onlar lap ağır səviyyəyə çatıb.
⠀
🔹 Bütün dünyada ayrılmış avtobus və velosiped zolaqları məhz tıxaclara alternativ kimi salınır. Tıxaclarla mübarizənin yeganə yolu — küçəyə çıxan avtomobil sayının azaldılmasıdır.
⠀
🔸 Məhz AZALDILMASI, tam ləğvi deyil, bəzi sürücülər bunu səhv bu yozur. Bu gün ictimai nəqliyyatdan və velosipeddən istifadə edənlərə birinci növbədə elə sürücülər təşəkkür etməlidir ki, onlar yola maşınla (ya taksi ilə) çıxıb əlavə tıxac yaratmayablar.
⠀
🔹 Bu gün Bakıda salınan avtobus və velosiped zolaqları minlərlə insanın mobilliyini artırıb. Daha detallı statisika da paylaşılsaydı bəlkə arqumentlər daha inandırıcı olardı.
⠀
📸 Fotolar 2021-2022-ci illərə aiddir.
⠀
#tıxaclar

✅ “Sadə həllər — effektiv nəticələr” rubrikası.
⠀
❓ Qaldırılmış kəsişmələr küçəyə nə verir?
⠀
🇩🇪 Fotolarda Almaniyanın Şverin şəhəridir. Burada örtük materialının dəyişməsi ilə sürücülərə işarə verilir ki, sürəti azaltmaq lazımdır. Eyni zamanda, döşəmə daşları hamarlanıb ki, araba ilə hərəkət edənlər rahat keçə bilsin.
⠀
🔹 Bundan əlavə, qaldırılmış hissənin önündə yağış sularının axması üçün kanalizasiya lükları nəzərdə tutulub ki, yağışlı havalarda burada gölməçələr yaranmasın.
⠀
🔹 İctimai nəqliyyatın keçmədiyi yaşayış zonalarında belə kəsişmələr küçələri qat-qat daha təhlükəsiz edir.
⠀
#təhlükəsizlik

⬆️ Belə küçədə piyada gəzmək istəyərdiniz?
⠀
💬 Hərdən yazırlar ki, Babək prospektində onsuzda piyada gəzən yoxdur, orada səkilər elə parkinq kimi istifadə olunsa problem deyil. Lakin sözügedən prospektin yalnız bir hissəsində çəkilən bu fotolara baxın.
⠀
🔺 Dağıdılmış bordürlar, pillələr... Baryersiz mühitdən söhbət gedə bilməz. Bu cür aqressiv mühitdə nəyinki əlil arabası ilə, heç sağlam insan normal hərəkət edə bilməz.
⠀
🔹 Piyadaları qınamaqdan öncə, gəlin birinci onlar üçün şərait yaradaq.

🎙 YENİ PODKAST!
⠀
Kanalda və səhifələrdə urbanistika haqqında danışanda hər zaman uğurlu xarici təcrübəyə istinad edirik. Bəs belə müqayisələr aparmaq düzgündürmü? Ümumiyyətlə Bakı hansı ölkə və şəhərlərə baxıb nümunə götürməlidir?
⠀
Bugün İsveçdə təhsil alan urbanist-tətqiqatçı Bayram Axundovda bu və digər mövzulara aydınlıq gətirdik.
⠀
➡️ https://youtu.be/jt4bAt7xNj4
⠀
Bu platformalarda həmçinin dinləyə bilərsiniz:
☑️ Apple Podcast
☑️ Spotify

YouTube
"Bakı tipik Avropa şəhəridir" — Bayram Axundov | İnsan yönümlü podkast
İnsan yönümlü şəhər necə olmalıdır? Avropa və Asiyanın uğurlu təcrübəsi hansıdır? Bakı və digər şəhərləri hansı ölkələrlə müqayisə edək və hansı istiqamətdə addımlayaq?
İnsan yönümlü podkastın ikinci buraxılışında urbanist-tədqiqatçı Bayram Axundov ilə bu…

İnsan yönümlü şəhərlər ️
⚠️ Bu gün pis xəbər də var. ⠀ 🔸 Baxmayaraq ki, bütün dünyada artıq sübut olunub ki, yeni yol qovşaqların tikintisi tıxac problemini həll etmir, baxmayaraq ki, Bakı artıq bunu öz misalında sübut etdi, bu yaxınlarda Bakıda daha bir yol layihənin reallaşdırması…
🔺 Keşlə bazarının söküntüsü təxirə salınsa da, lakin digər önəmli məsələ — bu ərazidəki yaşıllıqdır.
⠀
🔸 Bu ilin may ayında xəbər paylaşılmışdır ki, Bakıda yeni yol salınacaq, bunun üçün Keşlə bazarı söküləcək və paylaşılan layihədən görünür ki, ağaclar da bu ərazidə məhv olunacaq.
⠀
🔸 TV kanalların əksəriyyəti bunu “tıxac probleminin həlli” kimi təqdim edirlər, lakin unutmayaq ki, urbanistikanın fundamental qanunu var — daha çox yol, daha çox maşın cəlb edir. Heç bir yol qovşağı Bakıda tıxac problemini həll edə bilməz.
⠀
🔹 Tıxac probleminin həlli — yaxşı ictimai nəqliyyat, ayrılmış avtobus zolaqları, velosiped zolaqları, tramvayın bərpa edilməsi və metronun sürətli inkişafından keçir.

Telegram
İnsan yönümlü şəhərlər ️
⚠️ Bu gün pis xəbər də var.
⠀
🔸 Baxmayaraq ki, bütün dünyada artıq sübut olunub ki, yeni yol qovşaqların tikintisi tıxac problemini həll etmir, baxmayaraq ki, Bakı artıq bunu öz misalında sübut etdi, bu yaxınlarda Bakıda daha bir yol layihənin reallaşdırması…

Media is too big
VIEW IN TELEGRAM
🚲 Xəqani Rüstəmov küçəsindən yaxşı nümunə. Velosiped zolaqları küçənin hər iki tərəfində təşkil olundu.
⠀
🔹 Parkinq cibinə daxil olmadan küçə boyu davam edir.
⠀
#velosipedzolaqları #minivloq

🇦🇿 Gəncə insan yönümlü olmaq üçün tarixi bir şans.
⠀
❗️Gələn il Gəncə üçün qərarverici bir il olacaq.
⠀
🔹 Uzun illərdir ölkənin ikinci ən böyük şəhərində heç bir urbanistik islahat aparılmamışdır. İctimai nəqliyyat yumşaq desək çox zəif, şəhər infrastrukturunda isə heç bir müasir həllər tətbiq edilməmişdi.
⠀
🔹 İndi Gəncə üçün bir şans yaranıb. Dövlət başçısı elan edib ki, 2025-ci ildə Gəncədə nəqliyyat və şəhər infrastrukturu sahəsində yeni layihələr icra olunacaq. Və şəhər indi qərar verməlidir — ya burada vaxtilə Bakıdakı səhvləri buraxacaqlar — yolları genişləndirəcəklər, yeni körpülər və tunellər tikəcəklər, və yaxud da Bakının səhvlərindən öyrənib Gəncəni insan yönümlü edəcəklər.
⠀
🟢 Daha konkret danışsaq, şəhəri insan yönümlü etmək üçün:
⠀
☑️ Səkilə bərpa edilməli və genişləndirilməlidir;
☑️ Tarixi binaların bərpasına yanaşma dəyişməlidir, dizayn-kod qəbul edilməlidir;
☑️ Gəncənin əsas turistik məkanlarından biri olan Cavad xan küçəsinin ətrafındakı küçələr də piyadalaşdırılmalıdır;
☑️ Müasir standartlara cavab verən ictimai nəqliyyat təşkil edilməlidir (idealda tramvay bərpa olunmalıdır);
☑️ Geniş velosiped şəbəkəsi təşkil edilməlidir.
⠀
🔹 Gəncədən geniş urbanistik vloqumuz olub, bir çox məsələləri işıqlandırmışıq. Ümid edirəm Gəncədə aparılan islahatlar onu Qafqazın ən gözəl şəhərlərinə çevirmək üçün bir şans olacaq.
⠀
✌️ Gəncəlilərə uğurlar, təhlükəsiz və rahat şəhərdə yaşamaq arzulayıram. Bu posta bir ildən sonra qayıdarıq.
📸: Şəkil süni intellektin köməyi hazırlanıb.
#Gəncə

İndi isə Facebook-da aviasiya üzrə “ekspertlər” peyda olub, öz versiyalarını irəli sürür.
⠀
Təyyarə statistikaya görə ən təhlükəsiz nəqliyyat vasitəsidir, hər bir hadisə çox ciddi araşdırılır, aylar sonra rəy çıxarılır. Heç olmasa, “public”-də hər ağla gələn yazılmasın.
⠀
İlin sonunu dəhşətli bir hadisə ilə bitiririk. Allah ölənlərə rəhmət eləsin!

💬 “Bizi kədərləndirən insanların kütləvi və gözlənilməz ölümüdür.
Halbuki, 2023-cü ildə ölkənin avtomobil yollarında 862 nəfər həlak olub. Qəzaların bəzilərinə yüksək sürət, bir çoxuna yolun işıqlandırılmaması, piyada keçidlərinin əlçatan olmaması, nahamar yol örtüyü, yolayrıcılarının düzgün təşkil olunmaması, bərbad infrastruktur səbəb olub.
Bu rəqəmlər hər il aşağı yuxarı eyni olur. 2024-cü ilin ilk 6 ayında 333 nəfər avtomobil qəzasında həyatını itirib.”
⬆️ Postu yazan İlkin Babayev ilə razıyam.
🔹 Əlavə edim ki, yol nəqliyyat hadisələri qarşısı alına biləcək ölümlərə daxildir və daha təhlükəsiz infrastruktur yaratmaqla bunu etmək mümkündür.
Təbii ki, bu fakt bugünki faciənin ağırlığını inkar etmir. Əminəm ki, araşdırma aparılacaq, nəticələr çıxarılacaq və bu cür qəzalar təkrar olunmaması üçün müvafiq tədbirlər görüləcək.
#qəzalar