İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.54K photos
318 videos
2 files
805 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲 Veloicarədən istifadə etmək üçün daha bir stimul. APAR-dan izləyicilərimiz üçün özəl endirim var.

Tətbiqdə URBANVLOG promokodunu daxil edin və gedişiniz 3 AZN endirimlə baş tutsun.

⚠️ Endirimli gedişlərin sayı məhduddur, istifadə etməyə tələsin.
Deyirlər, şəhər yenə dayanıb. Tıxacda qalmısınız hazırda?

Fotolarınızı şərhlərdə paylaşın.
🚲 Vağzal Meydanında velosiped zolağını yeni örtüklə əvəz etməyə başladılar.

Artıq əvvəlki kimi sürüşkən olmayacaq.

#vağzalmeydanı
🇲🇽 Bura Avropa deyil, Meksikadır.

🔹 On il əvvəl, 22 milyon əhalisi olan Mexiko şəhəri şəhər mobilliyinə dair bir qanun qəbul etdi. Məqsəd - iqtisadiyyatı canlandırmaq, tıxaclardan qurturmaq və insan yönümlü bir şəhər qurmaq.

10 il ərzində nə edildi?

☑️ Şəhər küçələrini dizayn edərək və yenidənqurma işlərini apararaq ən yüksək prioritet piyadaya verildi. İkinci yerdə velosipedlər, daha sonra ictimai nəqliyyat ən sonda isə şəxsi nəqliyyat vasitələri.

☑️ Tam yeni ictimai nəqliyyat dəhlizləri yaradıldı. İctimai nəqliyyat demək olar ki heç yerdə tıxacda qalmır. Sakinlər ictimai nəqliyyata etibar etməyə başlayıb, eyni zamanda daha çox velosipeddən istifadə etməyə başlayıb.

☑️ Yol hərəkətənin təhlükəsizliyinə dair də tədbirlər görüldü. İlk növbədə infrastruktur təkmilləşdirdi. Düzdür, hazırda Meksikadaya yol qəzaların qurbanları Skandinaviya ölkələrdəki kimi aşağı səviyyədə deyil, lakin son 10 il ərzində müsbətə doğru tendensiya müşahidə olunur.

Nəticə: ölkənən coğrafı yerləşməsindən, iqlimindən və xalqın mentalitetindən asılı olmayaraq hər bir şəhəri müasir və insan yönümlü etmək olar. Azərbaycan bu cəhətdən nəyinki istisna deyil, bu addımları daha asan və çevik şəkildə atmaq kimi potensialımız var. Ölkəmizdə #VisionZero kimi proqramların dövlət səviyyəsində qəbul edilməsi bunun ən böyük təkanı ola bilər.
🇯🇵 Dünyanın "o başından" başqa bir misal.

🚝 Bu yerüstü, estakadaların üzərində metro (monorels) Yaponiyanın Chiba şəhərində keçən əsrin 80-ci illərində açılıb. Adətən belə fotolar paylaşılanda şərhlərdə kimsə gəlib yazır ki, "Bakıya mütləq lazımdır, bizim yollarda yer yoxdur tramvay" üçün.

🔹 Lakin bu təcrübə dünyanın heç bir yerində demək olar ki, yayılmadı. Əsas 3 səbəb:

1️⃣ Bildiyimiz klassik tramvaydan bu daha başa gəlir (ən azı 5 dəfə).

2️⃣ Bu bu cür nəqliyyata qulluq etmək də asan deyil. Yerüstü konstruksiyalar hər zaman ideal vəziyyətdə saxlanılmadı, əks halda bu böyük faciə ilə nəticələnə bilər.

3️⃣ Bakı kimi tarixi şəhərlərin gözəlliyini belə nəqliyyat çox pozacaq. Yaponiya və Çin şəhərlərini Bakı ilə bir tutmayın, bizim şəhərsalma prinsiplərimiz tam fərqlidir.

🚊 Tramvay isə özünü onillərlə doğrultmuş texnoloji proses üzərində təşkil olunur. Salınması daha tez və daha ucuz başa gəlir.

💬 Kimsə isə sizə deyirsə, Bakının yollarında tramvay üçün yer yoxdur, onlara urbanistikanın əsasları haqqında danışa bilərsiniz — daha yaxşı ictimai nəqliyyat daha az şəxsi avtomobil istifadəsi deməkdir.
⬆️ Qoşa Qala Qapısının önündə yeni xətləmə işləri aparılır.

Bura piyada zonası sayılsa da, turistik avtobusların daxil olmasına icazə verilir. Güman ki, həmin nişanlanma onlar üçün nəzərdə tutulub.

Bura hərdən şəxsi avtomobillər qaydaları pozaraq daxil olur. Görək, yeni nişanlanmadan sonra nəisə dəyişəcək yoxsa yox.

Fotoları izləyici göndərib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Avtobus zolaqları operativ nəqliyyat vasitələrinə də tıxaclardan yan keçməyə imkan verir.

Əvvəl deyirdilər ki, şəhərdə zolaqlar geniş olmalıdır ki, avtomobillər aralanıb təcili tibbi yardıma yol verə bilsin. Lakin daha effektiv variant, xüsusi zolaqların yaradılmasıdır.

#avtobuszolaqları
🔋 Elektrobusların batareya problemi. Moskvada artıq aktualdır.

🇷🇺 2018-ci ildə Moskvada ilk elektrobuslar hərəkətə başladı. Üstündən 6 il keçib və sözügedən avtobusların artıq batareya utilizasiyası məsələsi gündəmdədir. İlk növbədə istismar müddəti bitmiş akkumulyatorları metroda istifadə edəcəklər.

⚠️ Akkumulyatorlar düzgün utilizasiya edilməməsi həm ekologiya, həm insanların sağlamlığı üçün olduqca təhlükəlidir .

🔹 Təbii ki, nə vaxtsa Bakıda da bu məsələ gündəmə gələcək. Yaxşı xəbər odur ki, ehtimal var ki, BYD şirkəti Azərbaycanda öz istehsalını açacaq, bu da o deməkdir ki, şirkət batareyalarının utilizasiyanı da nəzərə alacaq (ümid edək).

🔹 Və bir daha xatırladıram ki, bu cəhətdən relsli elektrik nəqliyyat elektrobuslardan daha etibarlıdır. Tramvay və qatarların batareyaları olmur, onlar sabit cərəyanla çalışır, üstəlik bir sıra digər üstünlükləri var.

#elektrobus
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Biz Bakıda tramvay gözləyənə qədər, kimsə öz evində artıq depo yığıb 🚋

📸: instagram / dertypvonsemmelbahn