İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Avtobus zolaqları operativ nəqliyyat vasitələrinə də tıxaclardan yan keçməyə imkan verir.

Əvvəl deyirdilər ki, şəhərdə zolaqlar geniş olmalıdır ki, avtomobillər aralanıb təcili tibbi yardıma yol verə bilsin. Lakin daha effektiv variant, xüsusi zolaqların yaradılmasıdır.

#avtobuszolaqları
60👍21
🔋 Elektrobusların batareya problemi. Moskvada artıq aktualdır.

🇷🇺 2018-ci ildə Moskvada ilk elektrobuslar hərəkətə başladı. Üstündən 6 il keçib və sözügedən avtobusların artıq batareya utilizasiyası məsələsi gündəmdədir. İlk növbədə istismar müddəti bitmiş akkumulyatorları metroda istifadə edəcəklər.

⚠️ Akkumulyatorlar düzgün utilizasiya edilməməsi həm ekologiya, həm insanların sağlamlığı üçün olduqca təhlükəlidir .

🔹 Təbii ki, nə vaxtsa Bakıda da bu məsələ gündəmə gələcək. Yaxşı xəbər odur ki, ehtimal var ki, BYD şirkəti Azərbaycanda öz istehsalını açacaq, bu da o deməkdir ki, şirkət batareyalarının utilizasiyanı da nəzərə alacaq (ümid edək).

🔹 Və bir daha xatırladıram ki, bu cəhətdən relsli elektrik nəqliyyat elektrobuslardan daha etibarlıdır. Tramvay və qatarların batareyaları olmur, onlar sabit cərəyanla çalışır, üstəlik bir sıra digər üstünlükləri var.

#elektrobus
💯22👍18👏31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Biz Bakıda tramvay gözləyənə qədər, kimsə öz evində artıq depo yığıb 🚋

📸: instagram / dertypvonsemmelbahn
55👍12😁11👏2
💬 “Ağır tıxaclar avtobus və velosiped zolaqlarından sonra başladı” deyənlər üçün fotolar.

🔹 Bəzən yaddaşımız çox qısa olur. Bakıda tıxaclar son 15 il ərzində müşahidə olunursa, son 5 il ərzində onlar lap ağır səviyyəyə çatıb.

🔹 Bütün dünyada ayrılmış avtobus və velosiped zolaqları məhz tıxaclara alternativ kimi salınır. Tıxaclarla mübarizənin yeganə yolu — küçəyə çıxan avtomobil sayının azaldılmasıdır.

🔸 Məhz AZALDILMASI, tam ləğvi deyil, bəzi sürücülər bunu səhv bu yozur. Bu gün ictimai nəqliyyatdan və velosipeddən istifadə edənlərə birinci növbədə elə sürücülər təşəkkür etməlidir ki, onlar yola maşınla (ya taksi ilə) çıxıb əlavə tıxac yaratmayablar.

🔹 Bu gün Bakıda salınan avtobus və velosiped zolaqları minlərlə insanın mobilliyini artırıb. Daha detallı statisika da paylaşılsaydı bəlkə arqumentlər daha inandırıcı olardı.

📸 Fotolar 2021-2022-ci illərə aiddir.

#tıxaclar
👏46👍12💯54
“Sadə həllər — effektiv nəticələr” rubrikası.

Qaldırılmış kəsişmələr küçəyə nə verir?

🇩🇪 Fotolarda Almaniyanın Şverin şəhəridir. Burada örtük materialının dəyişməsi ilə sürücülərə işarə verilir ki, sürəti azaltmaq lazımdır. Eyni zamanda, döşəmə daşları hamarlanıb ki, araba ilə hərəkət edənlər rahat keçə bilsin.

🔹 Bundan əlavə, qaldırılmış hissənin önündə yağış sularının axması üçün kanalizasiya lükları nəzərdə tutulub ki, yağışlı havalarda burada gölməçələr yaranmasın.

🔹 İctimai nəqliyyatın keçmədiyi yaşayış zonalarında belə kəsişmələr küçələri qat-qat daha təhlükəsiz edir.

#təhlükəsizlik
👍333
⬆️ Belə küçədə piyada gəzmək istəyərdiniz?

💬 Hərdən yazırlar ki, Babək prospektində onsuzda piyada gəzən yoxdur, orada səkilər elə parkinq kimi istifadə olunsa problem deyil. Lakin sözügedən prospektin yalnız bir hissəsində çəkilən bu fotolara baxın.

🔺 Dağıdılmış bordürlar, pillələr... Baryersiz mühitdən söhbət gedə bilməz. Bu cür aqressiv mühitdə nəyinki əlil arabası ilə, heç sağlam insan normal hərəkət edə bilməz.

🔹 Piyadaları qınamaqdan öncə, gəlin birinci onlar üçün şərait yaradaq.
😢35👍7💯3🤮1
🎙 YENİ PODKAST!

Kanalda və səhifələrdə urbanistika haqqında danışanda hər zaman uğurlu xarici təcrübəyə istinad edirik. Bəs belə müqayisələr aparmaq düzgündürmü? Ümumiyyətlə Bakı hansı ölkə və şəhərlərə baxıb nümunə götürməlidir?

Bugün İsveçdə təhsil alan urbanist-tətqiqatçı Bayram Axundovda bu və digər mövzulara aydınlıq gətirdik.

➡️ https://youtu.be/jt4bAt7xNj4

Bu platformalarda həmçinin dinləyə bilərsiniz:

☑️ Apple Podcast
☑️ Spotify
10👍4
🚇 Metrodan gələn il üçün gözləntiləriniz nədir?

#sorğu
💩70👍3💯2
İnsan yönümlü şəhərlər ️
⚠️ Bu gün pis xəbər də var. ⠀ 🔸 Baxmayaraq ki, bütün dünyada artıq sübut olunub ki, yeni yol qovşaqların tikintisi tıxac problemini həll etmir, baxmayaraq ki, Bakı artıq bunu öz misalında sübut etdi, bu yaxınlarda Bakıda daha bir yol layihənin reallaşdırması…
🔺 Keşlə bazarının söküntüsü təxirə salınsa da, lakin digər önəmli məsələ — bu ərazidəki yaşıllıqdır.

🔸 Bu ilin may ayında xəbər paylaşılmışdır ki, Bakıda yeni yol salınacaq, bunun üçün Keşlə bazarı söküləcək və paylaşılan layihədən görünür ki, ağaclar da bu ərazidə məhv olunacaq.

🔸 TV kanalların əksəriyyəti bunu “tıxac probleminin həlli” kimi təqdim edirlər, lakin unutmayaq ki, urbanistikanın fundamental qanunu var — daha çox yol, daha çox maşın cəlb edir. Heç bir yol qovşağı Bakıda tıxac problemini həll edə bilməz.

🔹 Tıxac probleminin həlli — yaxşı ictimai nəqliyyat, ayrılmış avtobus zolaqları, velosiped zolaqları, tramvayın bərpa edilməsi və metronun sürətli inkişafından keçir.
👍24😢21💯1
Media is too big
VIEW IN TELEGRAM
🚲 Xəqani Rüstəmov küçəsindən yaxşı nümunə. Velosiped zolaqları küçənin hər iki tərəfində təşkil olundu.

🔹 Parkinq cibinə daxil olmadan küçə boyu davam edir.

#velosipedzolaqları #minivloq
1👍476👏2