İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
798 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dayanacaqlarımızda əsas problemlərdən biri — sərnişinlər üçün heç bir məlumatın olmamasıdır.

🖨️ Adi kağızda çap edib məlumat yapışdıra bilmirlər dayanacaqlarda. Elektron tablodan hələ söz belə getmir.

💬 İlkin Babayevin “Sabaha Saxlamayaq” verilişində çıxışından.

#dayanacaqlar
⬆️ Bura “Ağ Şəhər”dir. Ana olan üç rəfiqə uşaq arabaları ilə gəzintiyə çıxıb, yan-yana hərəkət edib söhbətləşir.

Kimsə deyə bilər ki, bu hansısa istisna haldır, lakin şəhərdə geniş səkilərin olması və küçələrin insan yönümlü olmasının əhəmiyyətini biz dəyərləndirmirik.

Şəhərlərimizin hər küçəsində bu cür mühit niyə də olmasın?

#səkilər #ağşəhər
🚳 Velosiped zolaqları — Bakıda daha bir “şedevr”.

🔸 Bir həftə öncə Berlindən misal göstərmişdim ki, parkinq və velosiped zolağını bir küçədə necə təşkil etmək olar.

🚲 Velosiped sürən izləyicilər təsdiqləyə bilər ki bu cür sərt döngələri heç orta sürətlə keçmək mümkün deyil. Skuterlə ondan da narahat olacaq.

🔸 “Zolaq xətrinə zolaq” prinsipi ilə yanaşanda heç kimə bu velozolaqlarl xeyir gətirməyəcək.

#velosipedzolaqları
Forwarded from Dayanma Durma
Nizami rayonu, Qara Qarayev prospekti.

"Piyadaların təhlükəsi üçün hər şərait yaradılıb.."
🚲 Velosiped zolaqları — Berlindən öyrənək?

🔹 Parkinq və velozolaqların birgə təşkili, kəsişmələr və hətta təmir işləri zamanı müvəqqəti zolaqların nəzərə alınması — fotolarda Berlin şəhərinin təcrübəsi.

🇩🇪 Təəssüf ki, Almaniyanın 10-15 il əvvəl təşkil etdiyini səviyyəsini biz 2024-cü ildə təşkil edə bilmərik. Bu işdə təcrübəsi olan xarici ölkələrdən mütəxəssisləri heç olmasa konsultant və audit qismində çağırmaq olmazmı?

#velosipedzolaqları #Berlin
❗️ 8 noyabr prospektində sürücülər səki və velosiped zolağının anasını ağladır.

#izləyicilərdən
🚍 BRT-tipli avtobus zolaqları.

🔹 Bu cür sürətli avtobus xətləri daha çox müasir tramvay prinsipi ilə çalışır. Küçənin ortasında salınır, avtomobil axını ilə demək olar ki, münaqişə yaratmır. Qonşu dövlətlərin bir çoxunda bu sistemlərə rast gəlinir. Tiflisə də isə əyanə şəkildə bu necə işləyir sizə vloqda göstərmişdim.

🔹 Bakıda BRT salmaqdan hələ söhbət belə getmir. Amma misal üçün Şərifzadə kimi küçədə bu indiki salınan avtobus zolaqlarından daha effektiv ola bilərdi. Çünki BRT olan küçələrdə hətta parklanma da təşkil etmək mümkündür. Bu böyük maliyyə xərcləri də tələb etmir, sadəcə küçəni bir dəfə yenidən qurmaq kifayətdir.

#BRT #avtobuszolaqları