İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
798 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Hər cür zolağımız var idi, üstünə “COP29” zolağı da gəldi.

🔹 “Baku-2015” zolaqları kimi, bu səfər də əsas məqsəd tədbirlə bağlı hərəkət edən nəqliyyatın şəhərdə tıxacsız hərəkətini təşkil etmək olacaq.

Video: TikTok / morphadron.
Yenilənmiş Xaqani bağı yaxşı görsənir, bir vacib istisna ilə.

🔸 Uşaq meydançasında bu cür plastik materiallardan hazırlnan tipik yelləncəklərin əvəzinə buranı daha maraqlı etmək olardı.

🔸 Ümumiyyətlə uşaq meydançalarında süni materiallardan istifadə etmək tövsiyə olunmur.

🔹 Təbii materiallardan istifadə tək ekoloji təmizlik, taktil cəhətdən da uşaqlara daha maraqlı və faydalıdır. Hətta tədqiqatçılar deyir ki, təbii materiallardan (taxta, qum, daş) hazırlanan meydançılarda oynayan uşaqlar kreariv düşüncə daha çox inkişaf edir.

🔹 Digər fotolar əlavə edirəm, Moskvada müasir uşaq meydançasından. Amma bizim Bakı Bulvarında da yaxşı və müasir uşaq meydançasına da rast gəlmişdim.
💬 Yorulmamısan? Bezməmisən? Bu şəhər düzələn deyil...

⬆️ Dəfələrlə belə demotivasiya edən şərhlərə rast gəlmişəm.

🔹 Lakin hər gün çıxdığımız küçələrin quruluşu bizim həyatımıza birbaşa təsir edir. Bizim üçün rutin olsa da, şüuraltı bu bizi formalaşdırır. Və ölkədə bütün digər məsələlərlə yanaşı, buna da biganə qalmaq çətindir.

🔹 Həmin küçələri, şəhərləri və ümumi olaraq mühiti daha yaxşı etməyin yeganə üsulu — mövcud problemlər haqqında danışmaq, onları gündəmdə saxlamaq, yaxşı misalları göstərmək, öyrənmək və maarifləndirməkdir.

📢 Mənimlə razısınızsa, apardığımız maarifləndirmə işində dəstək göstərməyiniz olduqca önəmlidir. Dəstəyiniz sayəsində vloqların çəkilişi üçün avadanlığı yeniləyirəm, dizayn və montaj işinə resurslar cəlb edirəm, reportajların hazırlanması üçün xərcləri qismən qarşılaya bilirəm.

❗️ Resurlar olmadan bunu davamlı etmək mümkün olmayacaq. Fürsətdən istifadə edərək, hər birinizdən dəstək olanların sırasına qoşulmağa rica edirəm.

Patreon-platformasında qoşulanlar bizim üçün ən dəyərlidir, çünki mütəmadi aylıq ianələr bizə işimizi planlaşdırmaq imkan verir. Əvəzində Patreon-da daha çox və daha öncədən kontent paylaşıram: patreon.com/city4people

Özəl Telegram-kanalına qoşula bilərsiniz — burada vloqların anonsları və açıq şəkildə paylaşılmayan postları oxuya bilərsiniz. Artıq bu kanalın izləyiciləri yeni mövsümünün vloqlarından xəbərdardır: https://t.me/tribute/app?startapp=s5ac

Birdəfəlik dəstək üçün:

☑️ kofe.al/city4people
☑️ ABB: 5522-0993-6003-6123
☑️ Leobank: 5411-2498-1256-6615
☑️ Kapital Bank: 4169-7385-1582-2504

Motivasiya yaradan və dəstək olan hərə kəsə təşəkkürlər! 🙏

#Dəstək
🌲 Xaqani bağı #əvvəlsonra.

Paylaşdı: Transport for Baku.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚳 Təzə zolaqlar, köhnə səhvlər.

🚲 Velosiped zolaqlarının salınmasını hər zaman ikiəlli dəstəkləsəm də, bu cür situasiyalara artıq ironiya prizmasından baxmaq qalır.

Əsas məsələ, fikir verin, svetofordan sonra lap eləmirsiniz velozolağı, bəs o boyda 5-metrlik avtomobil zolağının mənası nədir? Əvəzində müasir standarta uyğun 3 zolaq etmək olmazdı?

🔸 Bunun üçün heç ali təhsil lazım deyil.

Video: booss_liman.
Media is too big
VIEW IN TELEGRAM
🌳 Yenilənmiş Xaqani bağına yaxından baxaq.

#minivloq
🚲 Uşaqlarımız məktəbə velosipedlə niyə getmir?

🔹 Deyəcəksiniz ki, ilk növbədə hər yerdə təhlükəsiz şəkildə təşkil edilmiş velosiped zolaqları salmaq lazımdır, və sizinlə razılşaram. Lakin, ikinci vacib şərt — məktəblərin həyətlərində həmçinin rahat şəkildə velosiped duracaqları da təşkil etmək lazımdır.

🔹 Müxtəlif ölkələrdən misallara baxa bilərsiniz, axırıncı foto isə 🇦🇿 Azərbaycanda çəkilib. Nə Bakıda, nə də hər hansı bir rayon mərkəzində. Balakənin İtitala kəndində uşaqların bir çoxu məktəbə məhz velosipedlə gedib-gəlir.

Belə şərait hər məktəbimizdə niyə olmasın ki?
🚲 Tək Balakən deyil.

🇦🇿 Naxçıvanın Sədərək rayonunda da uşaqlar və müəllimlər velosipedlə gedib-gəldiyi məktəblər var.

🔹 Burada həmçinin velodayanacaq var. Çox xoşdur belə mənzərəni görmək. Bura mütləq velosiped yolları çəkilməlidir.

Foto: Report.az

#Naxçıvan