İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
797 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🚲 Velozolaq və velokeçid yaratmaq üçün daha bir fürsət yaranıb.

🔹 Yadınıza gəlirsə, sizə bu ərazidə düzgün təşkil edilməyən velokeçid göstərmişdim. İndi 28 May küçəsini təmir edərkən, burada daha bir velozolaq və artıq normal bir velokeçid də təşkil etmək üçün fürsət yaranıb.

🔹 Dilarə Əliyeva küçəsində də velozolağın “yeri görsənir”.

#velosipedzolaqları #minivloq
🚲 Xocalı prospektində yeni velosiped zolaqları.

🔹 Velozolaqlar buradakı parkın yanı ilə, küçənin bir hissəsində təşkil olunub (Yusif Səfərov küçəsindən Xətai metrosuna tərəfə qədər).

🔹 Amma küçənin Xətai metrosu tərəfinə düşən hissədə zolaqlar mövcud deyil. Mütləq orada lazımdır. Gələn həftə öz versiyamızı təklif edərik.

#velosipedzolaqları
🚍 Daha bir avtobus zolağı salındı.

🔹 Tbilisi prospektinsə bu çoxdan gündəmdə idi, kifayət qədər marşrut xətti buradan keçir və tıxaclara görə daimə ləngiyirdi.

Əlbəttə ki, “BUS” zolaqların mənasını sona qədər anlamayanda, təəssürat yaranır ki, “onsuzda tıxac idi, nəyə lazım idi” və “fotoda avtobus nəsə görünmür”.

🔹 Birincisi, bu zolaq elə tıxac olan küçədə lazımdır ki, avtobuslar tıxacda qalmasın. İkincisi də, əgər bu zolağa avtobus gec çatırsa, deməli haradasa başqa yerdə tıxacda ilişib qalıb. Və BUS zolaqların effektivliyi üçün onlar vahid şəbəkə təşkil etməlidir.

📸 Foto: Facebook / Cavanşir Tağıyev.

#avtobuszolaqları
Avtobus zolağı olan yerlərdə sərnişini necə düşürdək?

🔸 Cərimələrin məbləği və nəzarət artandan sonra, bu cür suallar və şikayətlərin sayı xeyli artıb.

🔸 Belə baxanda, sual həqiqətən məntiqlidir. Bakıda və ümumiyyətlə ölkədə sərnişin mindirib-düşürtmək heç vaxt problem olmayıb, çünki nə avtobus, nə velozolaq deyilən bir şey yox idi (son illəri çıxsaq).

❗️ Xarici təcrübəyə baxsaq, inkişaf etmiş şəhərlərdə "harada istədim adam mindirdim/düşürtdüm" deyən bir anlayış yoxdur. Bəli, Bakıda taksi duracaqların sayı və sərnişinlərin minməsi və düşməsi üçün ayrılmış yerlərin sayı həqiqətən azdır. Çünki küçənin layihələndirilməsi çox xaotik şəkildə aparılır. Binalar, obyektlər, dayanacaqlar, — bunlar hamısının tikintisi müxtəlif dövrlərdə koordinasiya olmadan aparılıb və bunu tez həll etmək yaxın gələcəkdə mümkün olmayacaq.

🔹 Ona görə, indiki vəziyyətdə sürücülərə yeganə tövsiyəm — təhlükəsizliyi nəzərə alaraq, avtobus zolaqlarına daxil olmadan, ən sağ avtomobil zolağında sərnişinləri düşürdə bilərsiniz. Təbii ki, sərnişinlər də avtomobildən çıxanda öncədən arxaya baxıb avtobusun gəlməməsində əmin olmalıdır.

🚍 Bəzi yerlərdə avtobus zolaqlarında qırıq-qırıq (punktir) xətlər varsa, həmin xətlər olan yerlərdə zolağa daxil olmaq mümkündür. Lakin əksər yeni BUS zolaqlarında belə "ciblər" nəzərdə tutulmayıb. Ona görə yuxarıda qeyd olunan variant hələ ki ən uyğun görünür. Zamanla, insanlar mühitə öyrəşəcək və davranış da dəyişəcək.

#avtobuszolaqları #cərimələr
🗺 Avtobus zolaqlarının xəritəsi.

🚍 Zolaqların sayı artıq 20-ni keçsə də, xəritəyə proyeksiya edəndə görünür ki, əsas çatışmazlıq zolaqların "parçalanmış" şəkildə müxtəlif küçələr arasında paylanılmasıdır.

❗️ Bakıda hələ də bir marşrut belə yoxdur ki, onun yolu tam olaraq avtobus zolağı olan küçələrdən keçsin.

🔹 Xəritəni hazırladı: Azər Axundov.

#avtobuszolaqları
Media is too big
VIEW IN TELEGRAM
❗️ Bakı bəlkə yeganə şəhər olacaq COP29 kimi tədbir keçirsin, amma avtobus haqqında məlumat terminalı bu şəhərdə olmasın.

OK, 13 il əvvəl bu köhnə Nəqliyyat Nazirliyinin uğursuz layihəsi idi. O vaxtdan bəri nə BNA, nə AYNA bu istiqamətdə bir addım irəli belə edə bilməyib. Bakıdan 3 dəfə balaca Tiflisdə belə monitorlar çoxdan var, göstərmişdim sizə.

🅿️ AzParkinq ödənişli parklanmadan kifayət qədər pul qazanır. Bu pullar niyə ictimai nəqliyyatın inkişafına xərclənmir?

#ictimainəqliyyat
💬 Deyirəm, bəlkə ayrıca kanal açım, bu dəyərli şərhləri muzeyə toplayım. 🤡

#şərhlərmuzeyi
🚧 8 noyabr prospektinin "Ağ Şəhər" tərəfinə düşən hissəsində səkiləri bu cür genişləndirirlər.

🔸 Fotoları göndərən izləyici yazır ki, bəzi yerlərdə hətta yaşıllıq zolağı salınır, lazımsız hasarlar sökülür.

🔹 Çox əladır. Kaş bütün prospekt boyu işləri bu cür görərdilər. Misal üçün Sadıqcan küçəsinə yaxın artıq vəziyyət fərqlidir, orada səkilər çox dar qalıb və velozolaqlar da salınmayıb.

#8noyabrprospekti #səkilər
⚡️ Bu günü də gördük?

20 yanvar metrostansiyasının giriş/çıxışlarında ticarət obyektlərin fəaliyyəti dayandırıldı. Keçidlərində xaos yaşanan yeganə stansiya bu qalmışdır.
❗️Memar Elçin Əliyev yazır ki, cəmiyyətdə tramvay mövzusunda peşəkar müzakirə aparılmır.

Baxmayaraq ki, ən çox bu haqda yazan səhifənin biri elə budur, Elçin Əliyevlə açıq debata çıxmağa hazıram.