İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
797 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⬆️ Koroğlu Rəhimov küçəsində sökülən keçidin “qabırğaları” hələ də qalır, ətrafını isə “sağ olsunlar” belə asfaltlayıblar. 😆
Sonra deyirlər zamanda səyahətlər mümkün deyil.

🔸 Şixəli Qurbanov küçəsində 2021-ci ildir və Bakının bu hissəsində parklanma tarifləri hələ də təsdiqlənməyib.
Media is too big
VIEW IN TELEGRAM
⬆️ 8 noyabr prospektində #çurbanplanning davam edir.

Bu səfər səkinin 90%-ni kəsib parkinqə çeviriblər.

🔸 Zəfərimizin adını daşıyan prospektin başına açmadıqları oyun qalmadı.

Video: İlkin Babayev.

#8noyabrprospekti
⬆️ Bizdə heç olmasa yuxarıdakı kimi olsun...

🔹 Maraqlıdır ki, biz bu gün urbanistik islahatlardan danışırıq, deyirik ki, küçələrimiz daha müasir və təhlükəsiz olsun. Və hətta bu #ƏvvəlSonra müqayisəsinə baxanda arzu edirik ki, yuxarıdakı variant bizim əksər küçələrdə tətbiq olunsun.

🇵🇱 Polşanın Poznan şəhərində isə hətta bu birinci baxışdan qəşənq küçədə tramvay üçün yer tapdılar, əlavə yaşıllıq əkdilər.

🔹 Şəhəri insan yönümlü, rahat, təmiz və təhlükəsiz etmək — məhz bu cür transformasiyaları nəzərdə tutur.
📢 Gündəmə gəlmişkən...

🇷🇺 Kim bilmirsə, Rusiyanın "Yandex" şirkətinə məxsus xəritələr artıq Bakı şəhərində hərəkət edən avtobus marşrutlarını və cədvəlini göstərə bilir (əgər avtobuslar tıxacda qalmasa, təbii ki).

🗺 "Yandex Maps" artıq Azərbaycan dilində də mövcuddur, hətta velosiped zolaqları da xəritəyə əlavə ediblər. Velozolaqlar heç yerli "Gomap" xəritəsində göstərmir. Və, təəssüf ki, qat-qat daha çox istifadə edilən Google Maps-də. Orada heç "BNA" mənbəsi "AYNA"-ya dəyişdirilməyib.

🇦🇿 BakıKart tətbiqi isə 10 gündür ki işləmir...
💬 AYNA-nın mart ayında keçirilən press-konfransından.

Vaxt keçir, amma Bakı piyadalar üçün təhlükəli və narahat şəhər olaraq qalır.
🩼 Əsa ilə hərəkət edən bu vətəndaşa yeraltı keçidlərin “rahatlığından” danışın.

Azmobilli vətəndaşlar kimdir?
🔹 Əlil arabası
🔹 Uşaq arabası
🔹 Əsa və qoltuqağacı
🔹 Ağır yük ilə hərəkət edənlər insanlar.

🔸 Böyük şəhərlərdə bu qrup vətəndaşlar əhalinin 25-30 %-ini təşkil edir. Bu vətəndaşların qayğısına qalan şəhərlərdə piyada keçidləri əlçatan olur, səkilələrdə isə baryerlər olmur. Nədənsə bizdə insanlara şərait yaratmaqdan isə, onlara yeraltı/yerüstü keçidlərdə əziyyət çəkməyə məcbur edirlər.

❗️ İnklüziv və beynəlxalq tədbirləri keçirən şəhər üçün bu nonsensdir.
🚳 Velosipedlə keçid qadağandır.

🚲 Velosipedçilər azmobilli insanlar qrupuna birbaşa daxil olmasa da, yeraltı/yerüstü keçidləri onlar üçün də əlçatan deyil. Bəzi yerlərdə isə rəsmi olaraq bir nişan da qoyublar ki, "velosipedlə bura olmaz"!

🔹 Özü də, bura Dənizkənarı bulvar tərəfə gedən küçədir — ən çox velosiped sürülən ərazilərdən biri.

🙈 P.S. Fotoçəkiliş qadağandır nişanı isə ayrı bir traqikomediyadır.