İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.51K photos
316 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
💡 Afiyəddin Cəlilov küçəsi üçün təklifim.

Fikir verdim ki, "COP29" tədbirləri çərçivəsində, bu küçədə də təmirə başlayıblar. Köhnə asfalt artıq qazılıb. Küçə tam yenidənqurmadan keçməsə də, düşünürəm ki, elə tək hərəkət hissəsində yeni nişanlanma işlərini aparmaqla, küçəni daha effektiv etmək olar.

Təklifə uyğun olaraq burada:
🔹 Hərəkət zolaqlarının eni müasir standartlara uyğunlaşdırılır.
🔹 Avtobus zolağı təşkil olunur.
🔹 Velosiped zolağı salınır.

⬆️ Beləliklə, küçənin vacib göstəricisini - buraxılış qabiliyyətini 3 dəfədən çox qaldırmaq mümkün olacaq.

🚍 Qeyd edim ki, hazırda bu küçədə avtobus marşrutları hərəkət etmir, çünki bu küçənin davamı olan Cavanşir körpüsü qəzalı vəziyyətdə idi, ağır tonnajlı nəqliyyat vasitələri körpüyə buraxılmırdı. Köhnə körpünün yerində düz yol olacaqsa, bura ictimai nəqliyyatı da qaytarmaq olar.

🚲 Velosiped zolağı idealda ikitərəfli olsa çox yaxşı olar, lakin bunun üçün daha radikal addımlara ehtiyac olacaq, misal üçün daha dar hərəkət zolaqları və yaxud onların daha da az olması. Həmin addımların atılmasına hələ ki inanmıram (olsa təəccüblənərəm).

Və qeyd etdiyim ki, bu təklif yalnız hərəkət hissəsinin yenidən paylanılmasına aiddir, burada küçənin profilinin dəyişdiriliməsi, səkilər və onların abadlaşdırılması nəzərdə tutulmur, bunun üçün əsaslı yenidəqurma lazımdır.

Necədir, dəstəkləyirsiniz?

#təklif
Bir köşkün traqikomik hekayəsi.

🔸 Deməli, keçən ilin iyul ayında Bakıda səkinin zəbt edilməsi ilə bağlı bir foto paylaşılmışdır.

🔹 Sonra sosial mediada gündəm olandan sonra, məsələni həll etdilər, soyuducuları çəkdilər qırağa.

🔸 Amma üstündən bir il keçməmiş işə vəziyyət eynidir. 3-cü foto bu gün çəkilib, yenə soyuducular əvvəlki qaydada düzülüb.

Bu necə baş verir? Bu köşklərdən gecə-gündüz şikayət edirlər, amma qayda-qanuna salmaq niyə mümkün deyil?


#köşklər
🚊 Dünyanın ən uzun tramvayı təqdim olunub.

🇨🇿 Çexiyanın tanınmış "Şkoda" şirkəti Almaniyanın Reyn-Nekkar regionu üçün belə bir tramvay istehsal edib.

🔹 Tramvayın uzunluğu 58,7 metr təşkil edir. Bundan öncəki rekordsmen Budapeştdə hərəkət edən CAF Urbos tramvayı idi.

🔹 Bu tramvay 366 sərnişin daşıya bilir, yəni ən azı 5 avtobusu əvəz edə bilir. Nəzərə alsaq ki, avtobusun təxmini 10-15 il istifadə oluna bilər, tramvay 30 ilə qədər şəhərə xidmət göstərə bilər.

💶 Bir tramvayın qiyməti təxmini 3 milyon avro təşkil edir.

#tramvay
🚲 Bakıda yeni velosiped zolaqları və avtobus dayanacaqlarının kəsişdiyi yerlər ciddi konflikt nöqtəsinə çevrilib.

Bunun həll yolları çoxdan icad olunub. Adətən küçələr yenidən qurulanda, velozolaqları dayanacaqların arxası ilə salırlar (8 noyabr prospektində belə olacaq, misal üçün), amma sonradan salınan velozolaqlar üçün çıxış yolu xüsusi platformalar ola bilər.

⬆️ Müxtəlif şəhərlərdən misallar fotolarda.

#velosipedzolaqları #dayanacaqlar
🚧 Vağzal meydanı yenidən qurulur, bu əladır.

Lakin bundan öncə ictimaiyyətlə paylaşılan eskizlərdə bir ərazi var ki, görünür yenidənqurma layihəsi onu əhatə etmir. Burada bir neçə yaşayış binası var ki, onların önündə çox aqressiv bir mühit var - çox dar səkilər, məhəccərələr, baryerlər və xaotik parklanma.

Sizcə buranı olduğu kimi saxlayacaqlar?

#vağzalmeydanı
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⛔️ Uşaq arabası ilə Bakıda hərəkət etməyin reallığı.

Hər bir pilləkən bu analar üçün maneədir. Ona görə şəhərdə mühit baryersiz olmalıdır.

📸: farah_sicoco.
💫 Qara Qarayev prospektində möcüzə.

“Laçın” ticarət mərkəzinin qabağındakı səkini tam olaraq parkinqdən azad ediblər.

#səkilər