İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
313 videos
2 files
790 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Piyadalaşdırma, park, filan öz yerində, amma unutmayaq ki belə reallığımız da var.

Səki problemi mütləq kökündən həll olunmalıdır.

⬆️ Belə video baxanda adamın ürəyi ağrıyır.

#piyadalaşma
Memar Elçin Əliyevin bu cür paylaşımı çox qəribə gəldi.

🔹 Birincisi, bütün müasir şəhərlər məhs insan yönümlü, daha çox piyadalar üçün şəraitin yaradılmasına dair addımlayır. Avropada mərkəzi tarixi küçələr isə ümumiyyətlə avtomobillər üçün bağlanır.

💬 Elçin bəy yazır ki, "rahat parkinq üçün şərait saxlamaq olardı", buna da urbanistika cavab verir: parkinq heç vaxt rahat olmayacaq. Parkinq yerlərin yaradılması bu əraziyə sadəcə avtomobil ilə gəlmək stimul yaradır. Üstəgəl əlavə təhlükə, maneələr, dəm qazları və s. Zatən, burada çoxmərtəbəli parkinq var və ora giriş onsuzda açıq qalır.

🔸 Lakin razıyam ki, şəhərdə seçkili mer sistemi olmalıdır və bu cür layihələrin vətəndaşlara təqdim edilməsi daha şəffaf formada olmalıdır. Renderlər və eskizlər küçədə asılmalıdır: "Baxın ay sakinlər, bu ərazini biz gələcəkdə bu cür edəcəyik". Amma şəhəri idarə edən o qədər qurum var ki, indiyə qədər koordinasiya məsələsi ən zəif bənd olaraq qalır.

#piyadalaşma
🇳🇱 Amsterdam 1988-ci ildə və indi.

Görünür ki, 35 il əvvəl bu şəhərdə Bakının hazırdakı vəziyyəti müşahidə olunub - kim səkidə park edib, kim düz yolayrıcının ortasında.

🔹 Bizim isə üstünlüyümüz odur ki, belə misallara bu gün baxıb, daha tez ibrət götürə bilərik.

#əvvəlsonra #Amsterdam
💬 "Mən də skuter olmaq istəyirəm, yoxsa burada nə işim var" 💩

Dayanma-durmaya görə qayda pozuntuları Bakıda get-getə yeni sərhədləri aşır...
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Xaqani küçəsinin bu hissəsində daimi xaos yaşanırdı, maşınlar 2-3 cərgə park edirdi, baxmayaraq ki, bura dalandır.

İndi ödəniş parkinq elədilər, nisbətən boşaldı, amma bura da mütləq piyadalaşdırılmalıdır.

🔹 Video: bu səhifənin izləyicisindən.

#parklanma
⚡️🟢 Ölkə sürətlə "elektrifikasiya" olunur, amma tramvaylardan xəbər yoxdur.

Bu gün nəqliyyat ilə bağlı iki xəbər yayılıb ki, hər ikisi də elektriklə çalışan nəqliyyata aiddir.

1️⃣ Elektromobil istifadəsinin təşviqi və elektrik enerjisi doldurma məntəqələrinin artırılması nəzərdə tutulur.

2️⃣ Bakıya 100 yeni elektriklə çalışan avtobus (elektrobus) gətirilir. Markası və modeli açıqlanmır.

🔹 OK, əgər bu işlərin hər biri "Yaşıl dünya naminə həmrəylik ili" və COP29-a hazırlıq çərçivəsində edilirsə, onda Bakıda tramvayların bərpa edilməsinin əsl vaxtıdır. Elektromobillər və elektrobuslarların karbon izinin azadılmasında, təbii ki, təsiri olacaq, lakin paytaxtın bu günki tıxac məsələsində bunların rolu olmayacaq.

🚊 Bu gün Bakıya iritutumlu ictimai nəqliyyat hava-su kimi lazımdır. Niyə tramvay? Niyə relsli nəqliyyat? Bunları artıq vloqda ətraflı danışmışıq.

🔸 Amma deyəsən danışan elə biz oluruq. Baş planın təsdiq edilməsindən 2 aydan çoxdur vaxt keçib, lakin hələ də cavab ala bilməmişik - bu baş planda nəzərdə tutulan tramvay xətlərinin çəkilməsi baş tutacaq yoxsa yox?

#tramvay
O gün olsun Bakıya tramvaylar qayıtsın və tramvay sürücülərin sırasında xanımlarımızı görək.

Bayramınız mübarək, əziz qadınlar! 💐
🌳 Hibrid dəhlizin inşasına başlanıldı.

Üç gündür inboksa yazırlar ki, mərkəzdən keçən köhnə dəmir yolları sökülür, bu haqda bir məlumat var ya yox.

💬 “Caliber” jurnalistləri məndən qabaq bu məsələni araşdırdılar, və görünür ki baş planda nəzərdə tutulan yaşıl dəhlizin tikintisinə artıq start verilib.

🚊 “Yaşıl dəhliz” tək park deyil, bura piyada və velosiped yolları və ən əsas tramvay da keçməlidir. Bu haqda tramvay vloqunda danışmışdıq.

❗️ Amma tramvayın nə vaxt salınacağı ən böyük dövlət sirri kimi saxlanılır və ictimaiyyətə açıqlanmır.

#başplan
🚊 İctimai nəqliyyatın saat kimi işləyən daha bir şəhəri - 🇨🇿Praqa.

🔹 Bu gün Avropanın arxitektur cəhədindən ən gözəl şəhərlərindən birinə, xüsusilə öz tramvay sistemi ilə bütün dünyada tanınan Praqaya dəvət edirəm.

💬 “Bakıda tramvay üçün yer yoxdur” deyənlər üçün arqumentləri məhz bu vloqda topladım.

Videonu sona qədər izləyənlər isə məndən tramvay suvenirini qazanmağın yolunu biləcək. 🚋

➡️ https://youtu.be/Qh5r4wAsr6s

#Praqa #vloq
🇦🇿 Bakıda daha bir urbanistik islahat.

⚠️ Sabahdan 28 May metrosu və Dəmiryol vağzalının qarşısı avtomobillər üçün tamamilə bağlanacaq.

💬 Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

#vağzalmeydanı
⬆️ "28 May" üçün BNA hələ 5 il əvvəl belə layihə vermişdir.

Bir də ADY-nin belə layihəsi var idi.

Amma güman ki artıq hər ikisi aktual deyil, əgər avtomobillərə giriş tam bağlanacaqsa.
Forwarded from Papirus
❗️🚶 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə səsləndirilən fikirlər:

- Şəhər sakinlər üçün olmalıdır. Hazırda Bakı piyada gəzmək üçün əlverişsiz şəhərdir.
- Sabahdan metronun “28 May” stansiyasının qarşısına avtomobillərin girişi bağlanacaq.
- Biz nə qədər çox yol yaradırıqsa, ölkəyə daha çox avtomobil cəlb olunur.
- Bir il ərzində Bakı şəhərində təxminən 2 milyard səfər həyata keçirilir, bunun yalnız 28%-i ictimai nəqliyyatın, 52%-i isə fərdi avtomobillərin və taksilərin payına düşür.
- Əhalinin 17%-nin ümumiyyətlə ictimai nəqliyyata çıxışı yoxdur. Şəhərdə 2500-dən çox avtobus olmalıdır. Hazırda bu say 2000-dən azdır.
- Hazırda məktəb avtobuslarının tətbiqi çox çətindir.
- Qayda pozuntuları, dayanma-durma ilə bağlı tələblər sərtləşdiriləcək.
- Parklanma tətbiq edilən küçələr daha səliqəli olub.
- Bakıda kifayət qədər avtoparklar olsa da, onların arasında əlaqəlilik zəifdir. Bunun üçün yeni sistem tətbiq ediləcək.

#insanyönümlüşəhər
⬆️ Dəmiryol vağzalının bağlanmasına qarşı çıxanlara bu fotoları göstərin.

İndiyə qədər burada əsl "Banqladeş" idi. Səkilər kəsilib, piyadalar yol ilə gəzmək məcburdur, avtomobillər bütün sahəni və avtobus dayanacaqlarını zəbt edir, bir sözlə xaos.

🔹 Qafqazın ən böyük şəhərində mərkəzi meydanının bu vəziyyətdə olması utancvericidir. Ümid edirəm, buna son qoyulacaq və burada müasir bir ictimai məkan yaradılacaq.


#vağzalmeydanı