İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.49K photos
312 videos
2 files
788 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Forwarded from Anar Əliyevin bloqu
🚋 Tramvay sanki sehrli bir ictimai nəqliyyat növüdür.

Həm tramvayda gedəndə şəhərə baxıb zövq alırsan, həm də sadəcə küçədə bir skamyada oturub keçən və səni tarixə aparan vaqonlara baxmaqdan yorulmursan.

Bu cəhətdən şəhərdə küçə mebelin (skamyaların ən azı) çox olması çox önəmlidir.

Avropanın tarixi şəhərlərin küçələri heç bir aqressiya hissi yaratmır, saatlarla gəzişə bilərsən, yorulmayacaqsan.

📍🇦🇹 Vyana.
Qatarlara tək daş atmaq deyil, bu cür şeylərlə məşğul olmaq da vandalizmdir.

📸: Fotonu Bakı-Sumqayıt qatarında izləyici çəkib.
🚲 Baryerlər quraşdırıldı, amma xeyri olmadı.

🔸 Cərimə mexanizmi tətbiq olunmayana qədər belə olacaq, təəssüf ki.


#velosipedzolaqları
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Küçə sahəsinin ədalətli paylanılması.

🇸🇰 #Bratislava şəhəri.
🇸🇰 Geniş velosiped zolağı, avtobus zolağı və cəmi bir zolaq avtomobillər üçün.

🇦🇿 Bakıda da edək, yoxsa 2040-ci ili gözləyək?

#Bratislava #avtobuszolaqları #velosipedzolaqları
🇰🇿 Astana şəhərinin akimi (şəhərin rəhbəri) etiraf etdi ki, yolların genişləndirilməsi tıxac problemini həll etmir.

Təbii ki, bu çoxdan sübut olunmuş bir faktdır, bu haqda ətraflı yazmışam və dəfələrlə postlar paylaşmışam

🔸 Lakin çox istəyərdim ki, bu açıqlama ilə bizdə də yüksəkvəzifəli bir məmur çıxsın və şəhərin yeni urbanistik stategiyası elan etsin.

#yollarıngenişləndirilməsi
💡 Şəhər küçələri bu cür işıqlandırılmaldıır.

Statistikaya görə daha çox ağır nəticəli qəzalar gecə vaxtı baş verir. Buna baxmayaraq, küçələrimizin əksəriyyətində kifayət qədər işıqlandırma yoxdur.

⚠️ Görün piyadalar “zebra”da necə aydın şəkildə görünür.

#Bratislava #işıqlandırma #təhlükəsizlik
Cəzasızlıq hökm sürənə qədər bu mənzərələrə hələ çox rast gəlinəcək.

Bu sürücülər gözəl bilirlər ki, qayda pozurlar. Lakin bir o qədər də əmindir ki, belə şeylərə görə bu gün Bakıda sənə cərimə yazılmayacaq.

#velosipedzolaqları
🖌️ Heç kimə maneə olmayan qrafiti silindi.

Yazırlar ki, “Sovetski” ərazisində 2019-cu ildə çəkilən bu qrafiti icra hakimiyyəti tərəfindən silindi.

🔹 Daha çox Avropa ölkələrində tez-tez rast gəlinir qrafitilərə və onlar tarixi binaların fasadlarını korlayır, məna daşımayan yazılar olur, yəni daha çox vandalizmə oxşayır.

⬆️ Amma bu həqiqətən rəsm kimi çəkilmiş qrafitini saxlamaq olardı. Sadəcə müasir təfəkkürün olmaması buna imkan vermədi.
🅿️ İçərişəhərin ətrafı parkinqə çevrilir.

İzləyicinin göndərdiyi bu foto qoruğa avtomobillərin girişi qadağan olunandan öncə göndərilib, güman ki, bundan sonra vəziyyət daha da pisləşəcək. Əraziyə daxil ola bilməyən maşınlar "necə gəldi" səkilərdə və qala divarlarında maşını saxlayacaq ki, küçə parklanmasına görə pul ödəməsin.

#içərişəhər
Velosiped zolağında dayananlara qarşı polis reyd keçirib.

🔸 Fotoları izləyici göndərib.

#velosipedzolaqları
🇦🇹 Vyananın transformasiyası.

Küçəni avtomobillər üçün bağlayandan sonra burada biznes canlanıb, havanın keyfiyyəti artıb, daha çox turistik axın cəlb olunub.


#əvvəlsonra #Vyana