İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.5K photos
312 videos
2 files
790 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚇 Bakı metropoliteninin dünənki press-konfransından sitatlar yayırlar ki, bəs aeroporta və Xırdalana metro olmayacaq, yenə də bunu neqativ halda təqdim edirlər.

Mən isə xatırlayıram ki, son vloqumuzda ətraflı olaraq Bakı metrosunun planları haqqında danışdıq. Və niyə Xırdalana metronun mənası yoxdur, onu da qonaqlarımız cavablandırdı.

🔥 İndiyə qədər ən çox baxış yığıan reportaja bir daha baxmağa dəvət edirəm: https://youtu.be/xTRevoEOoJI?si=UDl-Z_N65N1oJ0Ln

#metro #Xırdalan
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿 Tovuzdan izləyici yazır ki, küçələrdəki səkilər bu vəziyyətdədir.

Heç kim sirr üçün deyil ki, regionlarda piyadalar üçün şərait Bakıdan da pis vəziyyətdədir. Lakin sevindirici haldır ki, insanlar bu məsələyə də önəm verməyə başlayıb.

🔸 Səkilər ilə problemləri mütləq icra hakimiyyətinə bildirin və müraciətlər yazın. Bu, birbaşa olaraq onların məsuliyyət zonasıdır.

🔹 Elektron müraciəti buradan göndərmək olar: rih.gov.az

#regionlar #səkilər
Nəqliyyat Nazirinin müşavirinin bu cür paylaşımları ümidvericidir.

Ümid edirəm yaxın zamanda Bakıda belə transformasiyalar reallaşacaq.

#piyadalaşma
Forwarded from Papirus
Media is too big
VIEW IN TELEGRAM
🗣 Mütəxəssislər deyir ki, şəhərlərin quruluşu və dizaynın təşkili bilavasitə xoşbəxtliyə təsir edir. Bəs Bakıda bununla bağlı vəziyyət necədir?

@voaazerbaijan

#insanyönümlüşəhər
🌳 Və nəhayət bu baş tutdu.

Xəqani ("Molokan") bağının ətrafını üçtərəfli avtomobillər üçün bağladılar.

📸 Fotonu izləyici göndərib.

#piyadalaşma
İnsan yönümlü şəhərlər ️
🌳 Və nəhayət bu baş tutdu. ⠀ Xəqani ("Molokan") bağının ətrafını üçtərəfli avtomobillər üçün bağladılar. ⠀ 📸 Fotonu izləyici göndərib. #piyadalaşma
⬆️ Yaxın günlərdə bu qərarın güya "səhv" olduğunu bəyan edən müxtəlif "kampaniyalar" başlaya bilər.

💬 "Camaat avtomobillərini harada saxlasın, yer yoxdur!", "Sakinlər nə etsin?", "Biznes bağlanacaq, müştəri maşın saxlaya bilməyəcək!" və digər tipik populist ifadələr ortaya çıxacaq.

Dövlət qurumları müxtəlif vaxtlarda (hələ BNA sağ olanda) demişdir ki, mərkəzi küçələrin bağlanması nəzərdən keçirilir. Baş planda da bu küçələr xüsusi qorunan ərazi kimi qeyd olunur. Əminəm ki, bir gün tək Molokan bağı deyil, ətraf küçələr də piyada yönümlü olacaq. İndi əsas məsələ bəzi lobbistlər tərəfindən qızışdırılan "ictimai təzyiqə" dözməkdir.

Bu mövzunu mən dəfələrlə yozmuşam, ayrıca vloqumuz da var kanalda, izləyə bilərsiniz. Məncə, dövlət qurumları indi müxtəlif statistikanı yığmalıdır, istər piyada axını, biznesin canlanması, ekoloji təsir və s. Və bir ildən sonra bunun hesabatı paylaşılmalıdır.

🔸 Belə olsa, sonradan qərarın düzgün olmasında heç kimin nə şübhəsi, nə qarşı arqumenti olar.
💡 İnsan yönümlü tərəfdaşlarışların axtarışındayam! 🤝

Dostlar, bu yaxınlarda bir neçə Avropa ölkəsində oldum, xarici təcrübəni öyrəndim və sizin üçün yeni vloqlar hazırladım. Yaxın həftələrdə YouTube-kanalında paylaşılacaq.

📹 Kanalın auditoriyası böyüməyə davam edir, urbanistika mövzusuna marağın artması sevindirici haldır. Düşünürəm ki, onun dayanıqlı inkişafı üçün sponsorların cəlb edilməsi ayıb olmaz.

📊 "İnsan yönümlü şəhərlər"-in auditoriyası savadlı və yeniliklərə müsbət qəbul edən insanlar təşkil edir. Bu insanları bir icmaya toplamaq, onlardan pozitiv geri dönüş almaqdan xoşbəxtəm.

🔹 Qarşılıqlı hörmət saxlayaraq, hazırlanan reportajlarda reklam inteqrasiya üçün tərəfdaş axtarıram. Formatlar fərqli ola bilər, hamısını nəzərdən keçirməyə hazıram. Adekvat qiymətlər təklif edirəm, əlimdə YouTube-kanalının və sosial mediadakı aparılan hesabların bütün statiskasını ilə bölüşməyə hazıram.

🔹 Məhsulunuz və ya xidmətləriniz insan yönümlü şəhərlər, səyahət, nəqliyyat, yaxşı yaşayış mühiti ilə necəsə əlaqələdirsə, tərəfdaşlıq daha da faydalı ola biləcək.

❗️ Onu da qeyd edim ki, mənim üçün ən üstün olan izləyicilərin etimadıdır, ona görə gizli reklamlar və insanları aldada, çaşdıra biləcək paylaşımlar heç bir halda nəzərdən keçirilməyəcək.

Bütün digər dostlar ətraflı məlumat üçün mənə e-mail yaza bilər: anar@city4people.az

📩 Başlıqda "Salam" yazın, mətndə isə qısa olaraq şirkətinizi təqdim edin, sizə cavab məktubda ətraflı məlumat göndərəcəm. Bu həftə ərzində müraciət edənlər və qarşılıqlı razılığa gələnlər üçün xüsusi güzəştli şərtlərlərə söz verirəm.

İzləyən, paylaşan və şəhərlərimizi daha yaxşı etmək üçün bizimlə bir yolda gedən hər kəsə təşəkkür! 🫶
🔹 Ərazini avtomobillərdən tam boşaltdılar.

Bir gün keçmədən insanlar artıq yeni mühitdən faydalanırlar.

Güman ki, asfalt da daş örtüklə əvəzlənəcək. Ümumiyyətlə, bura çox maraqlı layihələr vermək olar, təəssüf ki, eskiz filan paylaşmır İcra Hakimiyyəti.

📸 Foto: Road Safety - Təhlükəsiz yol
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Piyadalaşdırma, park, filan öz yerində, amma unutmayaq ki belə reallığımız da var.

Səki problemi mütləq kökündən həll olunmalıdır.

⬆️ Belə video baxanda adamın ürəyi ağrıyır.

#piyadalaşma
Memar Elçin Əliyevin bu cür paylaşımı çox qəribə gəldi.

🔹 Birincisi, bütün müasir şəhərlər məhs insan yönümlü, daha çox piyadalar üçün şəraitin yaradılmasına dair addımlayır. Avropada mərkəzi tarixi küçələr isə ümumiyyətlə avtomobillər üçün bağlanır.

💬 Elçin bəy yazır ki, "rahat parkinq üçün şərait saxlamaq olardı", buna da urbanistika cavab verir: parkinq heç vaxt rahat olmayacaq. Parkinq yerlərin yaradılması bu əraziyə sadəcə avtomobil ilə gəlmək stimul yaradır. Üstəgəl əlavə təhlükə, maneələr, dəm qazları və s. Zatən, burada çoxmərtəbəli parkinq var və ora giriş onsuzda açıq qalır.

🔸 Lakin razıyam ki, şəhərdə seçkili mer sistemi olmalıdır və bu cür layihələrin vətəndaşlara təqdim edilməsi daha şəffaf formada olmalıdır. Renderlər və eskizlər küçədə asılmalıdır: "Baxın ay sakinlər, bu ərazini biz gələcəkdə bu cür edəcəyik". Amma şəhəri idarə edən o qədər qurum var ki, indiyə qədər koordinasiya məsələsi ən zəif bənd olaraq qalır.

#piyadalaşma
🇳🇱 Amsterdam 1988-ci ildə və indi.

Görünür ki, 35 il əvvəl bu şəhərdə Bakının hazırdakı vəziyyəti müşahidə olunub - kim səkidə park edib, kim düz yolayrıcının ortasında.

🔹 Bizim isə üstünlüyümüz odur ki, belə misallara bu gün baxıb, daha tez ibrət götürə bilərik.

#əvvəlsonra #Amsterdam
💬 "Mən də skuter olmaq istəyirəm, yoxsa burada nə işim var" 💩

Dayanma-durmaya görə qayda pozuntuları Bakıda get-getə yeni sərhədləri aşır...
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Xaqani küçəsinin bu hissəsində daimi xaos yaşanırdı, maşınlar 2-3 cərgə park edirdi, baxmayaraq ki, bura dalandır.

İndi ödəniş parkinq elədilər, nisbətən boşaldı, amma bura da mütləq piyadalaşdırılmalıdır.

🔹 Video: bu səhifənin izləyicisindən.

#parklanma
⚡️🟢 Ölkə sürətlə "elektrifikasiya" olunur, amma tramvaylardan xəbər yoxdur.

Bu gün nəqliyyat ilə bağlı iki xəbər yayılıb ki, hər ikisi də elektriklə çalışan nəqliyyata aiddir.

1️⃣ Elektromobil istifadəsinin təşviqi və elektrik enerjisi doldurma məntəqələrinin artırılması nəzərdə tutulur.

2️⃣ Bakıya 100 yeni elektriklə çalışan avtobus (elektrobus) gətirilir. Markası və modeli açıqlanmır.

🔹 OK, əgər bu işlərin hər biri "Yaşıl dünya naminə həmrəylik ili" və COP29-a hazırlıq çərçivəsində edilirsə, onda Bakıda tramvayların bərpa edilməsinin əsl vaxtıdır. Elektromobillər və elektrobuslarların karbon izinin azadılmasında, təbii ki, təsiri olacaq, lakin paytaxtın bu günki tıxac məsələsində bunların rolu olmayacaq.

🚊 Bu gün Bakıya iritutumlu ictimai nəqliyyat hava-su kimi lazımdır. Niyə tramvay? Niyə relsli nəqliyyat? Bunları artıq vloqda ətraflı danışmışıq.

🔸 Amma deyəsən danışan elə biz oluruq. Baş planın təsdiq edilməsindən 2 aydan çoxdur vaxt keçib, lakin hələ də cavab ala bilməmişik - bu baş planda nəzərdə tutulan tramvay xətlərinin çəkilməsi baş tutacaq yoxsa yox?

#tramvay